Qarabağ erməniləri Azərbaycan vətəndaşı kimi yaşaya bilərmi? - AKTUAL

Avropa İttifaqının rəhbəri Şarl Mişelin himayəsi altında Brüsseldə keçirilən dörd saatlıq danışıqlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi müzakirə olunub. “Liderlər 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29,8 min kvadrat kilometr) və Azərbaycanın (89,6 min kvadrat kilometr) müvafiq ərazi bütövlüyünə birmənalı sadiqliklərini təsdiqləyiblər”, - deyə Şarl Mişel görüşdən sonra bildirib. Amma Şarl Mişelin bu açıqlaması ermənilərin içinə sözün əsl mənasında qorxu salıb.
Ermənistanda ana müxalifət bloku “Hayastan”ın əsas üzvü olan Erməni İnqilabi Federasiyası (Daşnaksütyun) Mişelin bəyanatından dərin narahatlığını bildirib. Partiya rəhbərliyi bəyanatında cənab Paşinyanı Bakıya Qarabağ üzərində tam nəzarəti bərpa etməkdə və xalqı öz vətənlərini tərk etməyə məcbur etməkdə ittiham edib. Bəyanatda Ermənistanın Aİ rəhbərinin istinad etdiyi 1991-ci il bəyannaməsini Qarabağla bağlı qeyd-şərtlərlə imzaladığı iddia edilir. O, həmçinin Ermənistan hökumətlərinə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyan hər hansı sənədi imzalamağı qadağan edən 1992-ci il parlament qanununa istinad edir. Bu qərara zidd olan istənilən Ermənistan-Azərbaycan razılaşması buna görə də “boş və etibarsız olacaq” deyə Daşnaksütyun xəbərdarlıq edib. 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri olmuş Vartan Oskanyan deyib: “Aydındır ki, biz Artsaxın kapitulyasiyasının son mərhələsinə qədəm qoyuruq”. “Əgər belə bir sənədə imza atmamaq üçün Paşinyanın əlindən tutmaq lazımdırsa, indi vaxtıdır. Əks halda, çox gec olacaq”, - deyə nazir qeyd edib.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İttifaqının rəhbəri Şarl Mişelin iştirakı ilə keçən 5-ci Brüssel görüşündə müəyyən irələyişlər əldə olunub. Əldə edilən irəliləyişlər Şarl Mişelin mətbuata bəyanatında öz əksini tapıb. Qeyd edilib ki, sülh lahiyəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyanın bərpası üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb.

“Azərbaycanın fikir mübadiləsi səmimi, açıq və məqsədyönlü olub. Əsas diqqət Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə yönəldirilib. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır”,- deyə politoloq bildirib. Onun sözlərinə görə, ərazilərin tanınması keçən ilin Praqa görüşündə də təsdiq olunmuşdu. Tərəflər bir-birinin ərazi bütövlüyünü tanımışdılar. Bu görüşdə isə, Naxçıvana və əks istiqamətə dəmir yolununun əlaqəsinin bərpası ilə bağlı fikir mübadiləsi aparılıb. Bu işdə tərəflər Ümüdünya Gömrük təşkilatından dəstək alınmasına dair razılığa gəliblər. Politoloq bildirib ki, əvvəlki danışıqlarda heç vaxt bu məsələ müzakirə olunmamışdı və Ümumdünya Gömrük təşkilatının adı çəkilməmişdi. Bu, yenilikdir. Bu məsələdə hansı gömrük qanunlarının işləcəyi ilə bağlı məsələlər də müzakirə edilib.

Elşad Həsənov əlavə edib ki, bu görüşdə humanitar məsələlər də müzakirə olunub.

“Əsirlərin dəyişdirilməsi, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və minasızlaşdırılma sahələrində addımlar atılması vacibliyi vurğulanıb. Burada Daşnaksütyun partiyası və onların ali rəhbərliyini narahat edən məsələ Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasıdır. 89,6 min kvadrat kilometr ərazinin tanınması Qarabağın Azərbaycan ərazisi kimi tanınması deməkdir. Bu ərazini dünyanın bütün beynəlxalq təşkilatları - Birləşmiş Millətlər Təşkilatı, Avropa ittifaqı, Amerika, qısa desək bütün dünya tanıyır. Bütün dünya bilir ki, Qarabağ bizim tarixi ərazimizdir”-deyə Həsənov qeyd edib. Hazırda həmin ərazidə 25-30 min erməninin yaşadığını qeyd edən politoloq bildirib ki, ermənilər 300 min azərbaycanlını öz dədə-baba yurdundan deportasiya etdiyi zaman, azərbaycanlılara qarşı soyqırım törədildiyi zaman Daşnaksütyun partiyası sakit durmuşdu.

Elşad Həsənov bildirib ki, tarixi torpaqlarımızdan deportasiya edilmiş 3000-ə yaxın azərbaycanlının ərizəsi BMT-yə təqdim edilib. Həmin şəxslər öz dədə-baba torpaqlarına qayıtmaq istəyirlər. Bu vəziyyət isə, erməniləri, xüsusilə də Daşnaksütyun partiyasını narahat edir.

“Paşinyan tez-tez bəyanat verir ki, Ermənistanın 29,8 min kvadrat kilometr ərazisi tanınsın. Çünki biz müəyyən yüksəkliklər əldə etmişik. O ərazilər də bizim nəzarətimizdədir. Bununla yanaşı deportasiya olunan azərbaycanlıların əvvəlki torpaqlarına - öz dədə-baba yurdlarına qayıtmasını istəyirik. Bu gün ermənilər Azərbaycanın həmin torpaqları iddia etməsindən qorxur. Bu səbəbdən də Paşinyan tez-tələsik bu rəqəmləri göstərməklə, həmin ərazilərin Azərbaycan tərəfindən tanınmasını istəyir”,- deyə politoloq bildirib.

Həsənov qeyd edib ki, Daşnaksütyun hər zaman obyektiv siyasətin əleyhinə olub. Partiyanın əsas fəallarının Ermənistandan xaricdə olduğunu bildirən politoloq qeyd edib ki, həmin şəxslər böyük pullara sahibdirlər. Belə ki, bu şəxslər Fransada, Amerikada və digər ölkələrdə böyük var-dövlətə və maliyyə resuslarına malikdirlər. Ermənistandakı ermənilərin də beyinlərini yuyub, xarab edirlər.

“Onlar bax belə, neçə illərdir ki, özlərini zəlil günə qoyublar. Erməni xalqı bu gün olduqca aşağı həyat səviyyəsində yaşayır. Elə Qarabağda yaşıyanların da, Ermənistanda yaşayanların da vəziyyəti eynidir. Bu da Daşnaksütyun partiyasının apardığı siyasətin nəticəsidir”,- deyə politoloq bildirib.

Politoloq vurğulayıb ki, Qarabağın Ermənistana heç bir aidiyyatı yoxdur. Bu, Azərbaycanın əzəli-əbədi torpağıdır.

“Biz etiraf edirik ki, burada ermənilər yaşayır. 5-ci Brüssel görüşündə də biz onların təhlükəsizliyinə təminat verəcəyimizi qeyd etdik.

Onların Azərbaycan cəmiyyətinə reinteqrasiya olması üçün əlimizdən gələni edəcəyik. Bu, bizim təklifimizdir. Bizim bayrağımızı və konstitusiyamızı qəbul edib, yaşamaq istəyənə lazımi köməklikləri göstərəcəyik. İstəməyənlər isə, çıxıb gedə bilərlər. Onlar bizim 300 mindən çox vətəndaşımıza soyqırım etdilər, yandırdılar, öldürdülər, vətəndaşlarımızı dədə-baba yurdundan didərgin saldılar. Biz onlar kimi etmərik, biz o vəhşilikləri törətmərik. Ancaq bizimlə eyni torpaqda yaşamaq istəmirlərsə, çıxıb gedə bilərlər. Qalmaq istəyənlərə Azərbaycan lazımi qayğı göstərəcək, onların təhlükəsizliyinə təminat verəcək.

Daşnaksütyun partiyasının bəyanatı heç bir şeyi həll etmir. Onların bəyanatı Ermənistanda olan revanşist qüvvələri müəyyən mənada hərəkətləndirə bilər və onlar bu sülh prosesinin imzalanmasına müəyyən mənada maneçilik törədə bilərlər”,- deyə politoloq izah edib.

29 Noyabr 2024 Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb
29 Noyabr 2024 Parlamentin iclası başladı
28 Noyabr 2024 Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar
28 Noyabr 2024 Avropanın daha bir “qazlı” qərəzi -Bakıya şər atılır, Ermənistana göz yumulur...
28 Noyabr 2024 Polşanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb, etiraz bildirilib
28 Noyabr 2024 İlham Əliyev Albaniya Prezidentini təbrık edib
28 Noyabr 2024 İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidentini və Mavritaniyanın dövlət başçısını təbrik edib
28 Noyabr 2024 Fransa Azərbaycanlaşır: 63% fransız Makrona "GET" deyir
28 Noyabr 2024 Qərbdən sərhəddəki missiyaya görə Paşinyana qəzəbli demarş
28 Noyabr 2024 Bələdiyyə sədrliyinə namizəd olmaq istəyənlərin NƏZƏRİNƏ
27 Noyabr 2024 Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
27 Noyabr 2024 Xırda məsələləri böyüdürsünüz, elə bilirsiniz ki... - Sahibə Qafarovadan deputata
27 Noyabr 2024 Spikerdən deputatlara irad: "Sizə qulaq asdıqca..."
27 Noyabr 2024 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı

Xəbər lenti