Rusiya bizi batdığı BATAQLIĞA SÜRÜKLƏYİR... - NƏ ETMƏLİ?

Qərbin ən kəskin sanksiyaları ilə üzləşən Rusiya 2022-ci ildən etibarən nəzərlərini postsovet məkanı, Asiya və Afrikaya yönəldib. Asiya və Afrikaya Qərbin almadığı neft-qaz, neft-kimya, kənd təsərrüfatı məhsullarını yönəltməyə çalışan Moskva bu sahədə müəyyən uğurlara nail olub. Sanksiyaların getdikcə sərtləşməsi, yayınmalara qarşı addımların atılması fonunda Şimal qonşu postsovet məkanına daha çox qadağan olunan Qərb texnologiyalarının, ikili xarakterli məhsulların dolayı idxal imkanı kimi baxır. Bu baxımdan, Rusiyanın patronajlığı altında yaradılan Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələr xüsusilə fərqlənirlər. Belə ki, 2022-ci ilin yekunları, 2023-cü ilin birinci rübünün nəticələri göstərir ki, İttifaqa daxil olan Ermənistan, Qazaxıstan və Qırğızıstan qadağan olunan məhsulların Rusiyaya ikili idxalında ən mühüm həlqələrə çevriliblər.

İttifaq daxilində qarşılıqlı ticarətin həcmi 2022-ci ildə 10,3 faiz artaraq 80,6 milyard dollara çatıb. Bu zaman Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan İttifaqa daxil olan ölkələrə ixracı 1,9 faiz, yaxud 9,8 milyard dollar artırıblar. Bu artımın 9,5 milyard dolları məhz Rusiyaya ixracın payına düşür. Ermənistan İttifaq üzvlərinə ixracı 1,6 milyard dollar (2,8 dəfə artım), Belarus 5,6 milyard dollar(1,3 dəfə arım), Qazacıstan 1,9 milyard dollar(1,2 dəfə artım), Qırğızıstan 646 milyon dollar(1,8 dəfə artım) artırıb. Nəticədə İttifaq üzvlərinə ixrac Ermənistanın ümumi ixracının 46,8 faizinə, Qırğızıstanın ixracının isə 65,8 faizinə çatıb.

2023-cü ilin birinci rübündə İttifaq üzvlərinin qarşılıqlı ticarətində ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artım qeydə alınıb. Bu zaman Ermənistan İttifaq üzvlərinə ixracı 4,5 dəfə artırıb. O cümlədən Rusiyaya ixracı ermənilər 2,3 dəfə artırıblar. Ermənistan birinci rübdə idxalı da 2,2 dəfə artırıb.

Yanvar-mart aylarında İttifaq üzvlərinin Çin, Hindistan və Türkiyə ilə ticarətinin həcmində kəskin artım müşahidə olunub. Bu ölkələr İttifaqın ümumi ticarətində 40 faizdən yuxarı paya malik olublar. Bu artımın 90 faizdən yuxarısı bilavasitə Rusiyanın payına düşür. Belə ki, Qərbin almaqdan imtina etdiyi neft, neft məhsullarını Moskva məhz Çin, Hindistan və Türkiyəyə yönəldir. May ayının əvvəllərinə doğru Rusiya gündə Çinə 2 milyon barel, Hindistana isə 1,6 milyon barel neft satıb. Qalan ixrac həcmində ən böyük paya Türkiyə sahib olub.

Avrasiya İttifaqı Komissiyasının sədri İy Malkinin dediyinə görə, İttifaq ölkələri arasında qarşılıqlı ticarətin daha da artırılması üçün bir sıra baryerlərin aradan qaldırılması lazımdır. Belə ki, 2022-ci ilin sonunda üzv ölkələrdə baryer kimi qeydə alınan 11 məsələdən 3-ü artıq aradan qaldırılıb: Belarus dərman ticarətinə tətbiq etdiyi baryeri, Qazaxıstan nəqliyyat vasitələrinə əlavə tələblər və dövlət təhsil müəssisələrinin ərzaq təminatı sahəsində dövlət satınalmaları sahələrindəki baryerləri ləğv edib. Komissiyanın qiymətləndirmələrinə əsasən yaxın vaxtlarda daha 4 baryer də aradan qaldırılacaq. Bundan əlavə, Rusiya, Qazaxıstan və Qırğızıstan hər hansı bir tərəfin qadağan etdiyi məhsulun ölkə ərazisi ilə daşınmasının qarşısını almaq üçün yeni elektron sistem işə salırlar.

Avropa Yenidənqurma və İnkişaf Bankının məlumatına əsasən, 2022-ci ildə Avropa İttifaqı ölkələri Rusiyaya ixracı rekord həcmdə azaldıb, onun qonşularına ixracı kəskin artırıblar. Bu zaman Avrasiya İqtisadi İttifaqına üzv olan Qırğızıstana ixrac 84 faiz, Ermənistana ixrac 72 faiz, Qazaxıstana ixrac isə 14 faiz artıb. Bankda hesab edirlər ki, bu artımda əsas rolu qadağan olunan məhsulların qonşu ölkələr vasitəsilə Rusiyaya idxalının təşkil olunmasıdır. Artıq bununla bağlı Avropa İttifaqının narahatlıqları son dərəcə artıb, Rusiyaya ikili idxalın qarşısını almaq üçün sanksiyalar hazırlanmasına başlanıb. 2022-ci ilin dekabrında sanksiyalardan yayınan fiziki şəxslərin (Avropa İttifaqı ölkələrinin vətəndaşları - red.) 5 il azadlıq məhrum edilməsi, şirkətlərin isə ümumi dövriyyələrinin 5 faizi həcmində cərimələnməsinə dair qərar qəbul edib. Eyni zamanda Avropa İttifaqı daxilində Rusiyanın hərb sənayesində istifadə edə biləcəyi məhsulların bu ölkəyə dolayı yollarla çatdırılmasının qarşısını almaq üçün daha sərt addımların atılması ilə bağlı müzakirələr aparılır. Gözlənilir ki, yaxın vaxtlarda açıqlanması nəzərdə tutulan Rusiyaya qarşı 11-ci sanksiya paketində məhz sanksiyalardan yayınmaya qarşı mübarizə məqsədli məhdudiyyətlər üstünlük təşkil edəcək. Bir çox Avropa rəsmiləri məhsulları Rusiyaya çatdırmaqda şübhəli görünən Ermənistan, Qazaxıstan və Qırğızıstan kimi ölkələrə də həmin məhsulların satışının qadağan olunmasını təklif edirlər. Artıq ABŞ Ermənistan mənşəli 2 şirkəti qara siyahıya salıb. Bu addımların getdikcə daha da sərtləşəcəyi gözlənilir.

Qərbin belə addımları fonunda Rusiya yeni ixrac və idxal mənbələri tapmağa çalışır. Bu prosesdə AİB-lə əməkdaşlıq cəlbedici faktor kimi istifadə edilir: Rusiya İttifaqın təklif etdiyi əlverişli ticarət şərtlərini önə çəkir. Bu il Rusiyanın təklifi ilə İttifaq üzvlərinin yeni ixrac zənciri formalaşdırmaları üçün prioritet istiqamətlər müəyyənləşib. Bu zaman xarici ticarət üçün Top-20 ölkə müəyyənləşdirilib. İlk onluğa Çin, Hindistan, Misir, Vyetnam, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, İndoneziya, Meksika, Türkiyə, ikinci onluğa isə Azərbaycan, Serbiya, İsrail, Monqolustan, Səudiyyə Ərəbistanı, Tailand, İran, Banqladeş, Seneqal və Əlcəzair daxil edilib. Hər bir ölkə üçün ixracı mümkün olan sənaye sahələri, məhsulların çərçivəsi müəyyən edilib.

Rusiya Avrasiya İqtisadi İttifaqına üzv olmayan postsovet ölkələrindən də öz məqsədləri üçün istifadə imkanlarını genişləndirməyə çalışır. Bu zaman onları İttifaqın digər ölkələri üçün də keçərli olan güzəştlərlə cəlb etmək istəyir. Bu baxımdan, Azərbaycanı İttifaqa cəlb etmək üçün uzunmüddətli cəhdlərdən sonra əməkdaşlığın dərinləşdirilməsi təklifləri yenidən səslənməyə başlayıb. Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk “Rusiya - İslam Dünyası: Kazan Forum” XIV Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı İttifaqın Azərbaycanla əməkdaşlığa mühüm əhəmiyyət verdiyini qeyd edib: “Rusiya Azərbaycanla Avrasiya İqtisadi Birliyi (AİB) arasında əməkdaşlığın inkişafı üçün böyük potensial görür. Azərbaycanın unikal coğrafi mövqeyini, iqtisadiyyatının strukturunu, xarici ticarətini, milli inkişaf planlarını nəzərə alaraq, biz Azərbaycan Respublikası ilə Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlığın inkişafı üçün yaxşı potensial görürük”.

Rusiyalı yüksək çinli məmurun sözlərinə görə, Azərbaycan və AİB ölkələri İran və Türkiyə ilə sərhəddə gömrük nəzarətinin götürülməsi ilə Şimal-Cənub kəsiksiz dəhlizin yaradılmasından faydalanacaq: “Bu gün Azərbaycanda Avrasiya İqtisadi Birliyində görülən işlərə çox ciddi maraq və ekspertlər səviyyəsində dialoq var. Biz bunu yüksək qiymətləndiririk. Və təbii ki, belə bir kəsiksiz Şimal-Cənub nəqliyyat və logistika dəhlizinin yaradılması istiqamətindəki qarşılıqlı fəaliyyətimiz fonunda, əlbəttə ki, gömrük sərhədlərimizin İran və Türkiyə sərhədinədək çatması həm Azərbaycan, həm də AİB-ə üzv dövlətlərin özləri üçün iqtisadi baxımdan açıq-aşkar faydalı olardı. Düşünürəm ki, bundan hamı uduşlu çıxardı”.

Ukrayna müharibəsi və Rusiyaya qarşı sanksiyalar başlayandan Azərbaycanın adı bir dəfə də olsun ikili idxalda hallanmayıb. Rəsmi Bakı qadağan olunan məhsulların Rusiyaya reixracına imkan vermir. Eyni zamanda Rusiyaya qarşı sanksiyalara da qoşulmur.

Bundan əlavə, Azərbaycan Rusiya və İranın iştirakçı olduğu Şimal-Cənub nəqliyyat dəhlizi layihəsində iştirak edir, Zəngəzur dəhlizini onun tərkib hissəsi kimi görür. Bu dəhliz çərçivəsində həyata keçirilən layihələri dəstəkləyən Bakı eyni zamanda Avropa İttifaqı və ABŞ-ın böyük önəm verdiyi Şərq-Qərb dəhlizinin fəaliyyətinin genişləndirilməsini aktiv dəstəkləyir. Belə bir şəraitdə Rusiya və onun başçılıq etdiyi İttifaqla əlaqələrin genişləndirilməsi, orada təmsil olunmaq Bakı üçün nə qədər əlverişli ola bilər? Ölkəmizin bundan hansı qazancları, itkilərinin olması mümkündür?

İqtisadçı-ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanın ixracatında həmişə Avropa İttifaqı, İsrail və Böyük Britaniya üstün mövqeyə sahib olub: “İnvestisiyalara baxsaq, Azərbaycana qoyulan xarici investisiyaların çox böyük hissəsi Avropa və ABŞ mənşəlidir. Yalnız idxalda Rusiyanın ilk üçlükdə qərar tutduğunu görürük. Buna görə də ikitərəfli əlaqələrin olmasından Azərbaycanın qazanclı çıxması mümkündür. Lakin Avrasiya İttifaqına, yaxud KTMT-yə üzv olmaq özü ilə böyük risklər, təhdidlər gətirə bilər. Nəzərə almaq lazımdır ki, Ermənistan da hər iki qurumun üzvüdür. Bu baxımdan, Azərbaycan hər bir dövlətlə ikitərəfli əlaqələrə üstünlük versə, daha yaxşı olar”.

29 Noyabr 2024 Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb
29 Noyabr 2024 Parlamentin iclası başladı
28 Noyabr 2024 Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar
28 Noyabr 2024 Avropanın daha bir “qazlı” qərəzi -Bakıya şər atılır, Ermənistana göz yumulur...
28 Noyabr 2024 Polşanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb, etiraz bildirilib
28 Noyabr 2024 İlham Əliyev Albaniya Prezidentini təbrık edib
28 Noyabr 2024 İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidentini və Mavritaniyanın dövlət başçısını təbrik edib
28 Noyabr 2024 Fransa Azərbaycanlaşır: 63% fransız Makrona "GET" deyir
28 Noyabr 2024 Qərbdən sərhəddəki missiyaya görə Paşinyana qəzəbli demarş
28 Noyabr 2024 Bələdiyyə sədrliyinə namizəd olmaq istəyənlərin NƏZƏRİNƏ
27 Noyabr 2024 Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
27 Noyabr 2024 Xırda məsələləri böyüdürsünüz, elə bilirsiniz ki... - Sahibə Qafarovadan deputata
27 Noyabr 2024 Spikerdən deputatlara irad: "Sizə qulaq asdıqca..."
27 Noyabr 2024 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı

Xəbər lenti