|
Bunu ATA blokundan prezidentliyə namizəd olan Sinan Oğan Kamal Kılıçdaroğlunun Zəngəzur dəhlizi və yeni “İpək yolu” layihəsi ilə bağlı mövqeyini şərh edərkən deyib.
Onun sözlərinə görə, SSRİ dövründə yürüdülən siyasət nəticəsində Zəngəzurun Ermənistana verilməsi, Türkiyə ilə türk dünyası arasında bir xəncər kimi saplanıb.
“Bununla da Türkiyənin digər türk dövlətləri ilə birbaşa quru əlaqəsi kəsilib. Rellaşdırılması nəzərdə tutulan Zəngəzur dəhlizi Türkiyənin türk dünyası ilə birbaşa quru əlaqəsini nəzərdə tutan layihədir”, - o qeyd edib.
Sinan Oğan deyib ki, bu ideyanın reallaşması ancaq İkinci Qarabağ savaşının yekunu olaraq mümkün olub: “Qarabağın azad olunması ən böyük arzularımdan biri olub. Amma nə yalan deyim ki, mən 44 gün ərzində belə bir zəfərin qazanılacağına inanmırdım və savaşın sonu olaraq Zəngəzur dəhlizinin açılması, bunun da Ermənistana qəbul elətdirilməsi, heç xəyalımdan keçməzdi. Bu, böyük bir diplomatik qələbədir”.
O əlavə edib ki, həmin diplomatik qələbəni daha da irəli aparmaq əvəzinə kimsə ortaya başqa mənasız, türk dünyasının maraqlarına uyğun olmayan bir layihə qoyur:
“Bu dəhlizin əhəmiyyətini azaltmağa çalışır. Çin belə, Zəngəzur dəhlizini qəbul edib, ondan istifadə etmək istədiyi bir zamanda sən (Kılıçdaroğlunu nəzərdə tutur-red.) belə bir alternativ layihə ortaya qoyursan. Bununla da İran və Ermənistanın tarixi röyasını gerçəkləşdirərsən.
Ona görə də mənim seçimimdə təkcə HDP deyil, həm də bu məsələ mənim üçün önəmlidir. Türk dünyasının birliyi mənim üçün önəmlidir. Ömrünü türk birliyinə həsr dən turançı bir siyasətçiyəm. Turançı bir adam olaraq qalxıb Ermənistanın və bilmirəm kimin könlü xoş olsun deyə, Azərbaycanla birbaşa yaranacaq əlaqəyəmi qarşı çıxacağam?! Belə bir insanın yanında olmağım belə, müzakirə mövzusu ola bilməz. Mənim Kılıçdaroğlunu dəstəkləməməyimin səbəblərindən biri də budur.
Doğru başa düşülməlidir. Bir turançı, bir türk millətçisi üçün Zəngəzur dəhlizi “olmazsa olamazdır”. Bu dəhlizin mahiyyətini doğru anlamaq lazımdır.
Bu dəhlizə xələl gətirə biləcək hər cür maneənin qarşısndayam. Həm siyasi, həm də düşüncə və fikir baxımından.
O baxımdan da Qarabağda əldə edilən qələbənin davamı olaraq Zəngəzur dəhlizinin açılması istiqamətindəki addımlar atılmalı və nəticə əldə edilməlidir. Bir atalar sözü var, deyərlər: “Su yatar, düşmən yatmaz”. Bu gün Qarabağdakı qələbəni və Zəngəzur dəhlizinin açılmasını istəməyən qüvvələr var və onlar buna mane olmağa çalışırlar”.
Sinan Oğan onu da qeyd edib ki, erməni mediası 14 mayadək olan dövrdə Ərdoğanın məğlub olmasından, Kılıçdaroğlunun qalib gələcəyindən yazırdı: “Yazırdılar ki, gözləyin, az qaldı. Ermənilər 14 mayı o qədər ümidlə gözləyirdilər ki... Səmimi sözümdür. Gözləyirdilər ki, Ərdoğan uduzacaq və istədiklərini edəcəklər. Deyirdilər ki, 14 may gəlsin, görəcəksiniz. Amma arzuları ürəklərində qalacaq.
Mayın 28-də yüksək səs çoxluğu ilə qalib gələcək, Zəngəzur dəhlizinin qarantı olan Türkiyənin səyi ilə dəhliz açılacaq: “Bir turançı üçün bundan artıq nə ola bilər”.
“Bu gün türkiyənin türk dünyası ilə birbaşa quru əlaqəsi yoxdur. Ona görə də Zəngəzur dəhlizi türk dünyası üçün bir nəfəslikdir”.
“Ölkə.Az” xəbər verir ki, bunu ATA blokundan prezidentliyə namizəd olan Sinan Oğan Kamal Kılıçdaroğlunun Zəngəzur dəhlizi və yeni “İpək yolu” layihəsi ilə bağlı mövqeyini şərh edərkən deyib.