Kremlin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməsi, böyük ehtimalla Rusiyanın Cənubi Qafqazdakı sülh prosesini əngəlləmək üçün göstərdiyi son cəhdlərdən biridir... ABŞ və Qərb bu prosesin inkişafını intensivləşdirdikcə, Rusiyanın müqavimət mexanizmləri də öz təsirini sürətlə itirir və 2023-cü ilin sonlarına doğru yekun sülh sazişinin reallığa çevrilə biləcəyi artıq qətiyyən istisna deyil...

Cənubi Qafqazda sülh prosesi inkişaf etdikcə, Rusiyanın müqavimət cəhdləri də güclənir. Hər dəfə ABŞ və Qərbin vasitəçiliyi uğurlu sonluğa doğru yaxınlaşdıqda, Kreml dərhal isterik şəkildə kobud müdaxilə cəhdi edir. Və prosesi əngəlləməyə, bu, mümkün olmadıqda isə heç olmasa, gecikdirməyə çalışır.

Bu dəfə də istisna deyil. Belə ki, Azərbaycan və Ermənistan liderləri Brüssel görüşündə kifayət qədər mövqe yaxınlaşmasına nail ola biliblər. Kreml dərhal hərəkətə keçərək, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək qərarı verib. Bu görüşün müsbət nəticələr verəcəyinə isə hazırda yalnız sadəlövhlər inana bilər.

Məsələ ondadır ki, Rusiyanın tarixində heç vaxt sülhyaratma örnəyi mövcud olmayıb. Kremlin indiyə qədər göstərdiyi "vasitəçilik xidməti" bir qayda olaraq, yalnız gündəmdəki problemin daha da qəlizləşməsinə yol açıb. Yəni, imperialist və işğalçı bir ölkə olan Rusiyanın hər hansı sülhməramlı missiyanı öz üzərinə götürməsi həmin prosesin həm hədəflərinə, həm də məntiqinə ziddir. Və indiyə qədər postsovet məkanında bəzi ölkələr hələ də Rusiyanın "sülhməramlı vasitəçilik missiyası"nın real girovuna çevrilib.

Artıq qətiyyən şübhə doğurmur ki, Cənubi Qafqazda sülh və sabitliyin bərpa edilməsi tamamilə mümkündür. Ancaq buna nail olmaq üçün əsas şərt Rusiyanın bu prosesdən kənara çəkilməsi və ya Kremlin sadəcə, uzaqlaşdırılması ilə birbaşa bağlıdır. Çünki Azərbaycan və Ermənistan birbaşa təmaslar sayəsində daha tez bir zamanda anlaşa bilər. Ancaq Kreml araya girib, situasiyanı qəlizləşdirir, sülh prosesini bloklamağa çalışır.

Maraqlıdır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünə paralel olaraq, baş nazir Nikol Paşinyan da müəyyən açıqlamalar verib. O, bildirib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sülh sazişinin daha bir neçə maddəsi üzrə Azərbaycanla razılaşma baxımdan, proqresə nail ola biləcəyinə ümid bəsləyir. Erməni baş nazir onu da vurğulayıb ki, Ermənistandakı siyasi dairələr bütün dünyanın "Dağlıq Qarabağ" problemini necə həll etmək lazım olduğunu düşünərək, "yatıb, oyandığı" barədə yanlış məntiqdən uzaqlaşmalıdır.

Yəni baş nazir Nikol Paşinyan öz qəbiləsinə anlatmağa çalışır ki, ermənilərin inanmağa vərdiş etdikləri "bütün dünya Ermənistanın ətrafında fırlanır" xəyalının reallıqla heç vaxt əlaqəsi olmayıb. Erməni baş nazir açıq şəkildə etiraf edib ki, Ermənistan Qarabağın taleyini həll edə bilməz. Bu "mövzu"da hələ də Rusiyaya ümid bəsləyənlərə isə o, prezident Vladimir Putinin "Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir" bəyanatını xatırladıb.

Baş nazir Nikol Paşinyanın Azərbaycanın Qarabağ regionundakı erməni separatçı-terrorçuların son davranışları ilə bağlı dedikləri isə Ermənistan cəmiyyətində şok effekti yaradıb. O, bildirib ki, "Dağlıq Qarabağ" təmsilçilərinin Azərbaycanla danışıqları istisna edən açıqlamalar o qədər də anlaşılan deyil: "Biz istəklərimizə deyil, məhz reallığa əsaslansaq, əvvəlki 30 il ərzində olduğu kimi, yenə də yaxın 10, 15, 30 ildə qarşıdurma rejimində yaşamağa razıyıqmı? Əgər, kimsə hələ də bunu istəyirsə, deməli, əslində, Ermənistan dövlətçiliyini, müstəqilliyini və suverenliyini təhlükə altında buraxır".

Erməni baş nazir rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü həmişə tanıdığını da vurğulayıb. O, bildirib ki, dünyada "Dağlıq Qarabağ"ın Azərbaycanın tərkib hissəsi olduğunu tanımayan bir dövlət belə, yoxdur. Onun fikrincə, bu reallığı hazırda dəyişmək qətiyyən mümkün deyil. Və rəsmi İrəvan bu baxımdan, praqmatik mövqedən çıxış etmək məcburiyyətindədir.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan başqa ölkələrdən, o cümlədən, dünya nəhənglərindən davamlı olaraq, dəstək gözləməyin də faydasız və nəticəsiz olduğuna eyham vurub. Onun fikrincə, Ermənistanın problemlərini həll etmək üçün hər dəfə "rus çarına məktub" janrına ümid bəsləməkdən imtina olunması da vacibdir. O, hesab edir ki, bu janrın yaranmasında Qarabağ klanına aid erməni siyasətçilərin xüsusi rolu var. Və erməni baş nazir Ermənistan cəmiyyətinin diqqətini növbəti dəfə Rusiyanın "5-ci kalonu" üzərinə yönəldib.

Göründüyü kimi, baş nazir Nikol Paşinyan növbəti dəfə Ermənistan cəmiyyətinə bəzi reallıqları çatdırmağa çalışır. Onun açıqlamalarının ümumi izahı ondan ibarətdir ki, Cənubi Qafqazda sülhə və sabitliyə Rusiya əngəl törədir. Və Kreml bu məqsədlə Rusiyanın "5-ci kalon"undan alət kimi istifadə edir.

Əgər, erməni baş nazir bu mövqeyini qorumağa bacararsa, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması tamamilə mümkündür. Çünki rəsmi İrəvan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Brüssel prosesində də kifayət qədər ciddi proqresin olduğu bildirilir. Bu baxımdan, indi rəsmi İrəvanın son bəyanatlarını sadəcə, sənədləşdirməyə də cəsarət göstərməlidir. Yəni, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişini rəsmən imzalamalıdır.

Təbii ki, Rusiya buna əngəl törətməyə çalışacaq. Çünki Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi Rusiyanın Cənubi Qafqazdakı geopolitik qarşıdurma mexanizmlərini sıradan çıxartmış olacaq. Və həmin qarşıdurma mexanizmləri olmadan Rusiyanın Cənubi Qafqazda mövqelərini qoruması isə demək olar ki, mümkün deyil.

Kremlin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməsi böyük ehtimalla Rusiyanın Cənubi Qafqazdakı sülh prosesini əngəlləmək üçün göstərdiyi son cəhdlərdən biridir. ABŞ və Qərb bu prosesin inkişafını intensivləşdirdikcə, Rusiyanın müqavimət mexanizmləri də öz təsirini sürətlə itirir. Və bu baxımdan, yaxın gələcəkdə, məsələn, 2023-cü ilin sonlarına doğru yekun sülh sazişinin reallığa çevrilə biləcəyi artıq qətiyyən istisna deyil.(musavat.com)

Elçin Xalidbəyli

28 Noyabr 2024 Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar
28 Noyabr 2024 Avropanın daha bir “qazlı” qərəzi -Bakıya şər atılır, Ermənistana göz yumulur...
28 Noyabr 2024 Polşanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb, etiraz bildirilib
28 Noyabr 2024 İlham Əliyev Albaniya Prezidentini təbrık edib
28 Noyabr 2024 İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidentini və Mavritaniyanın dövlət başçısını təbrik edib
28 Noyabr 2024 Fransa Azərbaycanlaşır: 63% fransız Makrona "GET" deyir
28 Noyabr 2024 Qərbdən sərhəddəki missiyaya görə Paşinyana qəzəbli demarş
28 Noyabr 2024 Bələdiyyə sədrliyinə namizəd olmaq istəyənlərin NƏZƏRİNƏ
27 Noyabr 2024 Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
27 Noyabr 2024 Xırda məsələləri böyüdürsünüz, elə bilirsiniz ki... - Sahibə Qafarovadan deputata
27 Noyabr 2024 Spikerdən deputatlara irad: "Sizə qulaq asdıqca..."
27 Noyabr 2024 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker

Xəbər lenti