ABŞ və Qərbə Rusiyanın for-postu olan Ermənistan lazım deyil, ona görə də, rəsmi İrəvanın beynəlxalq dəstək almaq şansı getdikcə daha da zəifləyir... Azərbaycan-Türkiyə İttifaqı Ermənistanı Rusiyanın asılılığından xilas edə biləcək yeganə geopolitik iradə mərkəzidir, düşmənçilik davam edərsə, Qərbə çıxış "pəncərə"si həmişə qapalı qalacaq...

Cənubi Qafqazda geopolitik şərtlərin müəyyən edilməsi hüquqları yalnız iki dövlətin əlində cəmləşib. İndi bu region şəriksiz olaraq, Azərbaycan və Türkiyənin nəzarəti altındadır. Ona görə də, nə Rusiya, nə də ABŞ və Qərb Cənubi Qafqazın gələcək taleyində həlledici mövqe nümayiş etdirmək şansına sahib deyil. Və bu reallıq Ermənistanın xarici siyasət kursuna da birbaşa təsir göstərməyə başlayıb.

Cənubi Qafqazda yeni savaşın vaxtı məlum oldu: ABŞ, AB və Rusiya  Ermənistana necə dəstək verəcəkOnu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti son vaxtlar nə qədər Azərbaycan əleyhinə beynəlxalq təzyiq dalğası yaratmağa çalışsa da, rəsmi İrəvan real nəticələrdən çox-çox uzaqdır. Böyük ehtimalla rəsmi İrəvan da Azərbaycan və Türkiyə faktorunun Ermənistanın gələcək taleyini müəyyən edəcəyini anlayır. Sadəcə, Paşinyan hakimiyyəti bu reallığı Ermənistan cəmiyyətinə qəbul etdirmək üçün beynəlxalq məkanda bacardığı qədər siyasi manevrlər etmək məcburiyyətindədir.

Çünki beynəlxalq məkanda Azərbaycan qarşısında alınan hər sarsıdıcı məğlubiyyət Paşinyan hakimiyyətinə daxili ictimai rəyi dəyişdirmək şansı qazandırır. Hər halda, Paşinyan hakimiyyəti hazırda "biz əlimizdən gələn hər şeyi edirik, ancaq situasiyanı dəyişmək mümkün deyil" tezisinin Ermənistan cəmiyyətində qəbul edilməsinə cəhd göstərir. Və böyük ehtimalla rəsmi İrəvanın Ermənistanın gələcək taleyini xilas etmək planlarının effekti məhz bundan birbaşa asılıdır.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinin əsas xarici siyasət hədəfinin Ermənistanı Rusiyadan uzaqlaşdırmaq olduğunu indi Kremldə də tam dəqiqliyi ilə bilirlər. Ancaq rəsmi İrəvanın bu hədəfi reallaşdırması qətiyyən asan deyil, əksinə, olduqca qəliz prosesdir. Xüsusilə də, Ermənistanın hərbi-siyasi, eləcə də, maliyyə-iqtisadi cəhətdən tamamilə Rusiyanın ovucunda olması Paşinyan hakimiyyəti qarşısında təhlükəli perspektiv vəd edir. Üstəlik, Rusiyadan uzaqlaşmaq üçün Ermənistana etibarlı alternativ də lazımdır.

Kamal Aliyev: Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdıra bulərmi? -  KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar MerkeziTəbii ki, İran Ermənistanı himayə edən ölkələrin sırasına daxildir. Ancaq Ermənistan üçün hətta Rusiya belə, İrandan daha sərfəli variantdır. Çünki İran Ermənistanı həm qoruya, həm də inkişaf etdirə biləcək ölkə deyil. Yəni, rəsmi İrəvan heç bir halda, Rusiyanı İranla əvəzləməkdə maraqlı olmaz. Və bu baxımdan, əslində, İran da Rusiya kimi, Ermənistanın əvvəl-axır arxa çevirəcəyi müvəqqəti tərəfdaşdır.

Ona görə də, Paşinyan hakimiyyətinin ABŞ və Qərbi hər imkanda Rusiyaya ən sərfəli alternativ kimi təqdim etməyə çalışması qətiyyən təəccüblü görünmür. Ancaq burada da rəsmi İrəvanın qarşısına olduqca ciddi əngəllər çıxır. Çünki ABŞ və Qərbə indiki Ermənistan heç bir halda, lazım deyil. Birincisi, Ermənistan Rusiyanın hərbi müttəfiqidir, Kremlin patronajlığı altında olan KTMT-nın üzvüdür. Ermənistanın ərazisində Rusiya hərbi bazası və rus sərhədçilər dislokasiya olunub. ABŞ və Qərb tamamilə Kremlin ovucunda olan Ermənistana siyasi, maliyyə-iqtisadi və hərbi-texniki dəstək vermək niyyətindən uzaqdır.

Belə vəziyyətdə Paşinyan hakimiyyətinin üzünü Azərbaycan və Türkiyə istiqamətinə çevirməkdən başqa çarəsi qalmır. Birincisi, Azərbaycan və Türkiyə Ermənistanla müqayisə edilməyəcək səviyyədə güclü iki qonşu ölkədir. Üstəlik, Ermənistanın Qərbə çıxış "pəncərə"si də məhz Azərbaycan-Türkiyə İttifaqının tam nəzarəti altındadır. Yəni, rəsmi İrəvanın Azərbaycan-Türkiyə İttifaqından yan keçərək, Qərbə yaxınlaşmaq şansına qətiyyən malik deyil.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblərVə bu iki Türk dövləti hazırda Ermənistan üçün mövcudluğu təyin edə biləcək əsas vahid geopolitik siyasi iradə mərkəzidir.

Təbii ki, bütün bunlar Paşinyan hakimiyyəti üçün real geopolitik labirint durumu yaradır. Çünki Ermənistan özü üçün Qərbə yeganə çıxış "pəncərə"si olan Azərbaycan-Türkiyə İttifaqı ilə düşmən münasibətlərə malikdir. Yəni, əgər, rəsmi İrəvan həqiqətən Rusiyadan uzaqlaşıb, ABŞ və Qərbə yaxınlaşmaq şansı qazanmaq istəyirsə, deməli, mütləq Azərbaycan-Türkiyə İttifaqı ilə münasibətlərini düşmənçilik keyfiyyətindən çıxarıb, tərəfdaşlıq səviyyəsinə çatdırmalıdır. Əks halda, Ermənistan həmişə blokada şəraitində və Rusiyanın for-postu statusunda qalmalı olacaq.

Ona görə də, Paşinyan hakimiyyətinin qarşısında olduqca qəliz situasiya mövcuddur. Birincisi, Türkiyə ilə mövcud olan problemləri, xüsusilə də, Ermənistan konstitusiyasında və gerbində yer alan ərazi iddialarından imtina etməlidir. Əslində, baş nazir Nikol Paşinyan artıq bir neçə dəfə bu mövzuda Ermənistan cəmiyyətinə ehtiyatla müəyyən mesajlar verib. Halbuki, erməni radikal-revanşist siyasi dairələri buna kəskin müqavimət göstərməyə çalışırlar. Və bununla da, Ermənistanın gələcək mövcudluq şansını böyük risk altına atmış olurlar.

Digər tərəfdən, hətta Türkiyə ilə münasibətləri normallaşdıra biləcək addımların atılması belə, Paşinyan hakimiyyətinə rəsmi Ankaraya yaxınlaşmaq şansı vəd etmir. Çünki rəsmi Ankara Türkiyə-Ermənistan münasibətlərini Azərbaycanla anlaşma variantına bağlayır. Yəni, əgər, Paşinyan hakimiyyəti Türkiyə ilə normal münasibətlərə can atırsa, ilk növbədə Azərbaycanın maraqlarını təmin etməlidir. Əks halda, rəsmi İrəvanın normallaşma cəhdləri iflasa məhkumdur.

Erməni media mənbələri - Rusiya Ermənistana “atıb”

Belə anlaşılır ki, Paşinyan hakimiyyətinin Ermənistanı Rusiyadan qoparıb, ABŞ və Qərbə yaxınlaşdırmaq niyyətinin perspektivi ilk növbədə məhz Azərbaycan-Türkiyə İttifaqından asılı vəziyyətə düşüb. Rəsmi İrəvan əvvəlcə Azərbaycan və Türkiyə ilə anlaşıb, problemlərini həll etməlidir. Yalnız bundan sonra Qərb siyasi məkanı ilə yaxınlaşma barədə düşünməlidir. Və Rusiyanın da buna bütün imkanları çərçivəsində kəskin müqavimət göstərməyə çalışacağını nəzərə aldıqda, planın reallaşma şansı hələlik o qədər də real görünmür.

Məsələnin digər maraqlı tərəfi də ondan ibarətdir ki, Ermənistanı Rusiyanın asılılığından xilas edə biləcək yeganə geopolitik iradə mərkəzi də məhz elə Azərbaycan-Türkiyə İttifaqıdır. Çünki rəsmi İrəvan Azərbaycan-Türkiyə İttifaqı ilə normal münasibətlər çərçivəsində iqtisadi-ticari əlaqələr qurmağa nail olarsa, bu, Ermənistanın həm hərbi-siyasi, həm də maliyyə-iqtisadi problemlərini həll edə bilər. Və bu halda, Ermənistan Rusiyadan asılılığı minimuma endirmək şansı qazanmış olar.

Belə anlaşılır ki, Ermənistan hazırda Azərbaycan-Türkiyə İttifaqının ovucundadır. Rəsmi İrəvan Türk İttifaqıyla düşmənçiliyi davam etdirərsə, Ermənistan üçün Qərbə çıxış "pəncərə"si həmişə qapalı qalacaq. Və bu, Ermənistanın tədricən əriyib, yoxa çıxması ilə bağlı təhlükəni daimi olaraq, reallıq səviyyəsində saxlayacaq.(musavat.com)

28 Noyabr 2024 Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar
28 Noyabr 2024 Avropanın daha bir “qazlı” qərəzi -Bakıya şər atılır, Ermənistana göz yumulur...
28 Noyabr 2024 Polşanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb, etiraz bildirilib
28 Noyabr 2024 İlham Əliyev Albaniya Prezidentini təbrık edib
28 Noyabr 2024 İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidentini və Mavritaniyanın dövlət başçısını təbrik edib
28 Noyabr 2024 Fransa Azərbaycanlaşır: 63% fransız Makrona "GET" deyir
28 Noyabr 2024 Qərbdən sərhəddəki missiyaya görə Paşinyana qəzəbli demarş
28 Noyabr 2024 Bələdiyyə sədrliyinə namizəd olmaq istəyənlərin NƏZƏRİNƏ
27 Noyabr 2024 Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
27 Noyabr 2024 Xırda məsələləri böyüdürsünüz, elə bilirsiniz ki... - Sahibə Qafarovadan deputata
27 Noyabr 2024 Spikerdən deputatlara irad: "Sizə qulaq asdıqca..."
27 Noyabr 2024 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker

Xəbər lenti