|
AVRO-2024-ün seçmə mərhələsinin V turu çərçivəsində baş tutan Türkiyə - Ermənistan matçından öncə stadiona gələn azarkeşin üzərinə baxış keçirən zamanı Azərbaycan bayrağını görüb onu öpən polis mükafatlandırılıb.
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, türkiyəli polis məmuru Ramazan Şahin göstərdiyi həssaslıq və hörmətə görə Düzce valisi Səlcuq Aslan tərəfindən müvəffəqiyyət sertifikatına layiq görülüb.
Qeyd edək ki, bayrağımızı görən Türkiyə polisi onu bir neçə dəfə öpərək dövlət rəmzinə yüksək ehtiram göstərib. Onun bu addımı ətrafdakılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.