Moskva-İrəvan münasibətlərində yeni konfiqurasiya - “Qarabağdan sonra”Rusiya ilə Ermənistan arasında münasibətlər əvvəlki kimi olmayacaq. Amma Rusiyanın Zaqafqaziyadan çıxması ilə bağlı nəticə çıxarmağa tələsməyə də ehtiyac yoxdur. Çünki bu region Rusiya Federasiyasının cənub bölgələrinin təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Lakin o da həqiqətdir ki, Rusiyanın postsovet Avrasiyasının ən təlatümlü hissələrindən birində mövcudluğunun konfiqurasiyası dəyişir”. Bu fikirləri məşhur rusiyalı politoloq və beynəlxalq məsələlər üzrə mütəxəssis Sergey Markedonov sosial şəbəkədəki hesabında yazıb.

Analitik hesab edir ki, İrəvanla Moskva arasında dialoqda bir növ aşağılama hissi var: “Belə ki, Ermənistanın Baş naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minsk sammitində iştirak etmədi. Onunla yanaşı, ən yaxın silahdaşları - xarici işlər naziri Ararat Mirzoyan, həmçinin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyan KTMT-nin müvafiq struktur bölmələrinin iclaslarında iştirak etmədilər. Ermənistanın media məkanında isə KTMT-yə yumşaq desək, üstünlük verilmir. Söhbət həm ənənəvi mediadan, həm də sosial şəbəkələrdən gedir. Eyni zamanda, belə bir hiss var ki, İrəvan münasibətlərdə dərinləşən uçuruma hazır deyil. Ən azı indiki dövr üçün”.

“Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Nikol Paşinyanın Rusiyanın “şimal paytaxtı” Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitində iştirakı gözlənilir. Bundan əvvəl Vladimir Putinin köməkçisi Yuri Uşakov da oxşar məlumat vermişdi. Hesab edirəm ki, məhz Peterburqda İrəvanın “Qarabağdan sonra” yanaşmalarında konfiqurasiya dəyişikliyi planlaşdırılır. Əgər Ermənistan rəhbərliyi KTMT-yə soyuqqanlı, bəzən də bilərəkdən nümayişkaranə şəkildə soyuq münasibət bəsləyirsə, deməli, Avrasiya İqtisadi İttifaqı ilə bağlı yanaşması fərqlidir”, - Markedonov vurğulayıb.

“Paşinyan Peterburqa gedib-getməyəcəyini bilmirəm, hələ qərar verilməyib, amma mənim şəxsi fikrimcə, Ermənistan bu sammitdə iştirak etməlidir, çünki biz Aİİ-yə sədrliyi öz öhdəmizə götürürük”, - deyə Ermənistan Parlamentinin sədri Alen Simonyan noyabrın 28-də bildirmişdi. Çətin ki, belə yüksək rütbəli dövlət xadimi bu vəziyyətdə sıradan bir bəyanat versin. Əgər İrəvan Moskvanın təhlükəsizlik zəmanətlərinə açıq-aşkar şübhə ilə yanaşırlarsa, o zaman Rusiya Federasiyası və Aİİ-dəki digər tərəfdaşlarla iqtisadi inteqrasiyanı nəinki saxlamaq, hətta bəlkə də dərinləşdirmək perspektivlərinə də açıq-aşkar skeptisizm var”, - analitik əlavə edib.

Politoloq qeyd edib ki, müttəfiqlər arasında münasibətlərdə hansı yeni konfiqurasiyalar yaransa da, köhnə problemlərin qarşısını almaq mümkün deyil: “Münasibətlərin şəxsi müstəvisinin əhəmiyyətini nəzərə alsaq, Rusiya Prezidenti ilə Ermənistanın Baş naziri arasında söhbət vəziyyəti sakitləşdirə və onu daha konstruktiv istiqamətə apara bilər. Amma yenə deyirəm, əvvəlki münasibətlərin bərpası mümkün görünmür”.

Müəllif: Turan Abdulla - Mənbə: AYNA.az
03 May 2025 İlham ƏIiyev həmkarını təbrik etdi
02 May 2025 Zəngəzur uğrunda yeni mübarizə - Bakıdan gözlənilməz həmlə
02 May 2025 Prezidentin Balaxanı Sənaye Parkının genişləndirilməsi ilə bağlı sərəncamının icrasına başlanılıb
01 May 2025 İlham Əliyev sərəncam imzaIadı
01 May 2025 Kamran Əliyevdən təşəkkür: “Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb”
01 May 2025 Kamran Əliyev yenidən Baş prokuror təyin edildi - YENİLƏNİB
01 May 2025 Milli Məclis bu gün Kamran Əliyevin məsələsinə baxacaq
30 Aprel 2025 Prezident yük maşınının sükanı arxasında - FOTO
30 Aprel 2025 İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
30 Aprel 2025 “Azərbaycan yaxın dostu İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir”
30 Aprel 2025 Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar
30 Aprel 2025 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB

Xəbər lenti