Rəsmi Bakının növbəti həlledici addımı məhz Azərbaycan ərazisindən rus sülhməramlıların çıxarılması ilə bağlı ola bilər... Azərbaycanın öz ərazində hər hansı xarici hərbi kontingentə ehtiyacı yoxdur, əksinə bu, ölkənin suveren hüquqları ilə kəskin ziddiyyət yaradır...

Cənubi Qafqaz regionunun davamlı sülhə ehtiyacı var. Bu region keçmiş SSRİ-nın süqutundan sonra təxminən 30 il milli-etnik zəmində münaqişələrə məruz qalıb. Bu müddət ərzində Cənubi Qafqazın inkişaf perspektivləri demək olar ki, bloklanmış vəziyyətdə olub. Və Cənubi Qafqaz ölkələri fərqli inkişaf səviyyəsi üçün onilliklərlə zaman itiriblər.

İndi isə bu regionda real sülh və əmin-amanlıq şansı yaranıb. Ermənistanın işğalçılıq siyasəti ucbatından mövcud olmuş savaş dövrü artıq arxada qalıb. Cənubi Qafqazda inkişaf perspektivlərinin dəyərləndirilməsinin vaxtı artıq gəlib, çatıb. Və bu, birmənalı şəkildə Azərbaycan ordusunun tarixi hərbi zəfəri sayəsində mümkün olub.

Məsələ ondadır ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş əraziləri azad edib, öz ərazi bütövlüyünü təmin edib. Eyni zamanda, rəsmi Bakı Azərbaycan və Ermənistan savaşının əsas səbəbi olan Qarabağ problemini də tam şəkildə həll edib. İndi Azərbaycan son 30 ildə erməni separatizminin və terrorizminin "boz zona"sı müasir dünyadan ayrı qalmış Qarabağa tam nəzarət edə bilir. Üstəlik, Ermənistan Qarabağ regionu da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini tanıdığını rəsmən bəyan edib. Və bu, sülh prosesinin uğur qazanması üçün böyük imkanlar açır.

Bütün bunlara dayanaraq, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına əngəl törədən əsas mübahisə və münaqişə faktorlarının sıradan çıxarıldığını iddia etmək mümkündür. Yəni, 30 illik "münaqişə ocağı" və regional problem artıq mövcud deyil. İndi rəsmi Bakı bütün imkanları işə salaraq, sülh sazişinin imzalanmasına, eləcə də, regional inkişaf mərhələsinin başladılmasına cəhd göstərir. Halbuki, rəsmi İrəvan və Ermənistanın beynəlxalq himayədarları hələ də sülh prosesini ləngitmək, bu barədə yekun sənədin imzalanmasına əngəl törətmək niyyətlərindən imtina etməyiblər.

Təbii ki, rəsmi Bakı Cənubi Qafqazda sabitliyə qarşı yönəlmiş bütün bu kənar təsirləri və Ermənistanın gələcəyə istiqamətli revanşist ümidlərini nəzərə almamış deyil. Azərbaycanın regional mövqeyində bütün bu məqamlarla bağlı risklər ön planda tutulur. Ona görə də, rəsmi Bakı yaxın gələcəkdə həm Azərbaycanın, həm də bütövlükdə Cənubi Qafqazın regiona aidiyyəti olmayan kənar güclərin qarşıdurma poliqonuna çevrilmək təhlükəsindən yayındırılmasına yönəlik hədəflərini reallaşdırılmasında israrlı və prinsipial davranır.

Maraqlıdır ki, rəsmi Bakı Azərbaycan ərazisində separatizmə və terrorizmə bağlı "erməni layihə"sini birdəfəlik ləğv etsə də, bu problemin doğurduğu süni problemlərin tamamilə sıradan çıxarılması üçün hələ də cəhdlər göstərir. Belə ki, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın artıq birbaşa rəsmi Bakı tərəfdən nəzarət olunan Qarabağ bölgəsində qalması istənilən halda, ciddi problem sayıla biləcək bir geopolitik məqamdır. Hər halda, Rusiyanın ərazisində Azərbaycan hərbi kontingenti yoxdur və heç vaxt da olmayıb. Və bu baxımdan, Azərbaycan ərazisində hər hansı bəhanə altında Rusiya hərbi kontingentinin mövcudluğu da artıq yolverilməz xarakter daşıyır.

Onu da nəzərə almaq lazımdır ki, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsi üçün istifadə olunmuş süni səbəb də artıq yoxdur. Yəni, Xankəndi və ətraf bölgədə rus sülhməramlıların sabitlik yaratmasına heç bir ehtiyac qalmayıb. Bu missiyanı həm indi, həm də bundan sonra Azərbaycanın ordusu və daxili qoşunları böyük uğurla yerinə yetirmək imkanındadır. Bu baxımdan, rus sülhməramlıların Azərbaycan ərazisindən çıxarılmasının da vaxtı artıq çatıb.

Əslində, rus sülhməramlıların Azərbaycan ərazisində fəaliyyət müddəti ən uzağı 2025-ci ildə sona çatacaq. Rəsmi Bakı bu müddətin uzadılması niyyətində olmadığını qətiyyən gizlətmir. Üstəlik, bunun üçün heç bir hərbi-siyasi və geopolitik səbəb də yoxdur. Çünki Rusiyanın regional maraqları belə bir geopolitik səbəb hesab oluna bilməz. Və indi bu məsələnin həlli kifayət qədər aktual müzakirə mövzusuna çevrilməyə başlayıb.

Məsələ ondadır ki, hazırda rus sülhməramlıların həm missiyası, həm də öz üzərlərinə götürdükləri öhdəliklər artıq formal xarakter daşıyır. Onların Qarabağ regionunda atəşkəsi təmin etməsinə ehtiyac yaradacaq səbəb indi mövcud deyil. Deməli, hazırda rus sülhməramlılar Azərbaycan ərazisində səbəbsiz qalmaqdadırlar. Onların hətta nəzarət-müşahidə məntəqələrinin də böyük əksəriyyəti artıq ləğv olunub. Yəni, hazırda rus sülhməramlıların sadəcə, öz hərbi texnika inventarlarını da toplayıb, Azərbaycan ərazisini tərk etmələri bölgədə heç nəyi mənfiyə doğru dəyişməyəcək. Və yəqin ki, yaxın vaxtlarda bunu etməli olacaqlar.

Üstəlik, rus sülhməramlıların Azərbaycan ərazisində yerləşdirilməsində vaxtilə hüquqi faktor rolunu oynamış 10 noyabr üçtərəfli anlaşması da artıq qüvvədən düşmüş sənədə çevrilib. Xüsusilə də, rəsmi İrəvanın Ermənistan ərazisindən Zəngəzur dəhlizinin açılmasına əngəl törətməsi bu anlaşmaya icra edilməyən sənəd statusu qazandırıb. Və bu səbəbdən də, rəsmi Bakının Laçın dəhlizini həmişəlik qapatması yeni situasiya yaradıb.

Maraqlıdır ki, rəsmi Bakı son geopolitik manevrləri ilə əslində, yalnız Rusiyanın deyil, həm də ABŞ və Qərbin məkrli regional oyunlarını pozmağa nail olub. Belə ki, ABŞ, Fransa və Avropa Birliyi rus sülhməramlıların Azərbaycan ərazisindən çıxarılmasına yönəlik uzaqgedən planlar qurmuşdular. Yəni, rəsmi Bakı Qarabağ regionuna tam nəzarəti bərpa etməzdən əvvəl bu "müqəddəs üçlük" həmin bölgəyə beynəlxalq missiyasının yerləşdirilməsi barədə tələblər irəli sürməyə başlamışdı. Ancaq indi belə tələblər tamamilə absurd xarakter daşıyır.

Bütün bunlara əsasən, iddia etmək olar ki, rəsmi Bakının növbəti həlledici addımı məhz Azərbaycan ərazisindən rus sülhməramlıların çıxarılması ilə bağlı ola bilər. Çünki Azərbaycanın öz ərazində hər hansı xarici hərbi kontingentə ehtiyacı yoxdur. Əksinə, belə xarici kontingentin mövcudluğu Azərbaycanın suveren hüquqları ilə kəskin ziddiyyət yaradır.(musavat.com)

03 May 2025 İlham ƏIiyev həmkarını təbrik etdi
02 May 2025 Zəngəzur uğrunda yeni mübarizə - Bakıdan gözlənilməz həmlə
02 May 2025 Prezidentin Balaxanı Sənaye Parkının genişləndirilməsi ilə bağlı sərəncamının icrasına başlanılıb
01 May 2025 İlham Əliyev sərəncam imzaIadı
01 May 2025 Kamran Əliyevdən təşəkkür: “Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb”
01 May 2025 Kamran Əliyev yenidən Baş prokuror təyin edildi - YENİLƏNİB
01 May 2025 Milli Məclis bu gün Kamran Əliyevin məsələsinə baxacaq
30 Aprel 2025 Prezident yük maşınının sükanı arxasında - FOTO
30 Aprel 2025 İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
30 Aprel 2025 “Azərbaycan yaxın dostu İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir”
30 Aprel 2025 Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar
30 Aprel 2025 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB

Xəbər lenti