150 illik nağıl başa çatdı: Son seçim Bakıya və Ankaraya sığınmaqdır... - FAKT BUDUR!Ermənistan indiki halda çox ağır psixoloji seçim qarşısındadır. Çünki 150 il bir millət bu təsəvvürlə yaşayıb. İndi isə onların təsəvvürləri darmadağın olub. Görünən odur ki, ermənilər əvvəlki əsatirlərdən, düşüncələrindən, inanclarından çox çətinliklə qopur. Ona görə də məğlubiyyəti heç cür qəbul etmək istəmirlər. Fakt isə odur ki, 2020-ci ildə 44 günlük müharibədəki məğlubiyyət erməni əsatirlərini alt-üst etdi.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O bildirib ki, toylarında “müzəffər erməni ordusu”, “nəhəng Ermənistan” dövləti sağlığına tost deyirdilər. Bütün bunlar məhv oldu. İndi ermənilər ağır itkini ağrı-acı ilə qəbul edirlər. Ona görə də məsələləri uzadırlar. Hansısa möcüzəyə ümid edirlər. İrandan, Fransadan, Avropadan, Hindistandan ümid gözləyirlər. İmkanları olsa, Çilidən, Argentinadan da yardım alardılar”.

Politoloq hesab edir ki, Ermənistan daxilində Azərbaycanın tələblərindən imtina etməyə qadir olan qüvvə yoxdur:

“Ona görə də, məsələləri hey uzadırlar. Bunun üçün də müxtəlif hiylələrdən istifadə edirlər. Amma bunların heç biri onlar üçün yaxşı sonluq vəd etmir. Sonda məcbur olub sülhə razılıq verəcəklər. Erməni tərəfinə bu məsələdə kimsə zamin durmayacaq. KTMT-dən də onların gözləntisi puç oldu”.

Zərdüşt Əlizadəyə görə, Ermənistan qonşuları, ilk növbədə Azərbaycan və Türkiyə ilə xoş münasibətlər qursa idi onun heç bir zaminə ehtiyacı qalmazdı:

“Belə olsa idi Ermənistanın bir nömrəli zamini, hamisi Azərbaycan və Türkiyə ola bilərdi. Sadəcə olaraq erməni cəmiyyətində öz xeyrlərini anlamırlar. Bu da onlara 150 il xəstə fikirlərin təlqin edilməsi ilə bağlıdır”.
03 May 2025 İlham ƏIiyev həmkarını təbrik etdi
02 May 2025 Zəngəzur uğrunda yeni mübarizə - Bakıdan gözlənilməz həmlə
02 May 2025 Prezidentin Balaxanı Sənaye Parkının genişləndirilməsi ilə bağlı sərəncamının icrasına başlanılıb
01 May 2025 İlham Əliyev sərəncam imzaIadı
01 May 2025 Kamran Əliyevdən təşəkkür: “Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb”
01 May 2025 Kamran Əliyev yenidən Baş prokuror təyin edildi - YENİLƏNİB
01 May 2025 Milli Məclis bu gün Kamran Əliyevin məsələsinə baxacaq
30 Aprel 2025 Prezident yük maşınının sükanı arxasında - FOTO
30 Aprel 2025 İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
30 Aprel 2025 “Azərbaycan yaxın dostu İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir”
30 Aprel 2025 Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar
30 Aprel 2025 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB

Xəbər lenti