Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində işgüzar görüş keçirilib

Yol-xeber.az" xəbər verir ki,  Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin Birinci katibi, İqtisadi və iqtisadi-əməkdaşlıq şöbəsinin rəhbəri Amada Şuniçinin iştirakı ilə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində işgüzar görüş keçirilib.

Görüşdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri qonağa Agentliyin fəaliyyəti, strukturu, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində regionlar üzrə yerləşən avtomobil yollarının təmiri işlərinin uğurla həyata keçirildiyi qeyd edilib.

Bildirilib ki, Proqram üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi öz üzərinə düşən tədbirləri demək olar ki, tam şəkildə yerinə yetirərək, cari ilin doqquz aylıq hesabatını nəzərə alaraq ümumilikdə 4564.1 kilometr yerli və respublika əhəmiyyətli avtomobil yolları əsaslı təmir olunmuşdur.

Agentlik tərəfindən inşa edilmiş avtomobil yollarının keyfiyyəti barədə yüksək fikir bildirən qonaq ödənişli yol, o cümlədən Qarabağ və Şərqi Zəngəzur İqtisadi regionları ərazisində icra olunan yol infrastrukturu layihələrinin əhəmiyyətini qeyd etmişdir.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ilkin mərhələdə proqram üzrə işğaldan azad olunmuş ərazidə 2453.9 km avtomobil yolunun bərpası və yenidən qurulmasının nəzərdə tutulduğu, bundan 185.5 kilometrində işlərin artıq başa çatdığı qonağa bildirilmişdir.

Görüşdə avtomobil yollarının tikintisi sahəsində əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, görüşdə Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin Regional və yerli əhəmiyyətli avtomobil yollarının istismarı və təmiri şöbəsinin rəisi İlham Süleymanov, şöbənin baş mütəxəssisi Fərid Yusubov və Agentliyin Aparatının Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin baş mütəxəssisi Rəşad Ələkbərov iştirak etmişdir.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində işgüzar görüş keçirilib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində işgüzar görüş keçirilib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində işgüzar görüş keçirilib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində işgüzar görüş keçirilib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində işgüzar görüş keçirilib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində işgüzar görüş keçirilib
03 May 2025 İlham ƏIiyev həmkarını təbrik etdi
02 May 2025 Zəngəzur uğrunda yeni mübarizə - Bakıdan gözlənilməz həmlə
02 May 2025 Prezidentin Balaxanı Sənaye Parkının genişləndirilməsi ilə bağlı sərəncamının icrasına başlanılıb
01 May 2025 İlham Əliyev sərəncam imzaIadı
01 May 2025 Kamran Əliyevdən təşəkkür: “Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb”
01 May 2025 Kamran Əliyev yenidən Baş prokuror təyin edildi - YENİLƏNİB
01 May 2025 Milli Məclis bu gün Kamran Əliyevin məsələsinə baxacaq
30 Aprel 2025 Prezident yük maşınının sükanı arxasında - FOTO
30 Aprel 2025 İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
30 Aprel 2025 “Azərbaycan yaxın dostu İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir”
30 Aprel 2025 Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar
30 Aprel 2025 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB

Xəbər lenti