Güney Qafqaz uğrunda yeni SAVAŞ GEDİR... - ŞƏRHGürcüstan parlamentinin Hüquqi Məsələləri Komitəsi Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı” qanununa vetosunun ləğvini dəstəkləyib. Ölkə başçısı Salome Zurabişvili mayın 18-də “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoymuşdu. Almaniya xarici işlər naziri Annalena Berbok isə deyib ki, Gürcüstan hakimiyyəti “Xarici təsir haqqında” qanun layihəsini qəbul etməklə ölkənin Avropa İttifaqına gedən yolunu bağlayır. O bildirib ki, sözügedən addım həm də hakimiyyətin gürcü xalqının iradəsinə qarşı çıxmaq niyyətindən xəbər verir: “Mən çox təəssüf edirəm ki, Gürcüstan hakimiyyəti bu qanunla ölkəni Avropaya aparan yolunu bağlayır. Bu isə gənclər başda olmaqla, bütün vətəndaşların arzusudur”.
Azərbaycan Demokratik Partiyasının sədr müavini, politoloq Həsrət Rüstəmov "Sherg.az"a deyib ki, Gürcüstandakı proseslər Qafqaz uğrundakı mübarizənin yenidən alovlandığını göstərir. Partiya təmsilçisi vurğulayıb ki, "rus qanunu" adlandırılan bu layihə gürcü demokratları üçün ölümcül zərbədir:

"Çünki bütün qeyri-hökumət sektoru məhz Avropa fondlarından maliyyələşir. Bu qanunun qəbulu isə xaricdən maliyyələşməni qadağan edir. Prezidentin və ictimaiyyətin hökumətə və parlamentdəki çoxluğa müqaviməti təqdirəlayiqdir. Burada söhbət təkcə maliyyələşmədən də getmir. Rusiya və ya Qərbin timsalında demokratiya və imperiyaçılığın mübarizəsi gedir. Rusiya həm Ukrayna, həm də digər bütün cəbhələrdə, o cümlədən Gürcüstanda Qərbə maksimum dirəniş göstərir. Amma hesab edirəm ki, demokratiya tərəfdarları qalib gələcək. Köhnəlmiş rus imperiyaçılığının müqaviməti mütləq qırılacaq".
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB
10 May 2025 Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib

Xəbər lenti