|
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanı BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilməsi münasibətilə təbrik edib.
Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
Bildirilir ki, bu, beynəlxalq ictimaiyyətin Pakistanın beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfəyə inamını tərənnüm edir.
Xatırladaq ki, Danimarka, Yunanıstan, Pakistan, Panama və Somali iki il müddətinə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvləri seçilib. Yeni seçilən üzvlər 2025-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlayacaq.