Ərdoğan ABŞ və Qərbə “tarixi dərs” verir: Türkiyə NATO və Avropa Birliyinə rəqib qütbü gücləndirir

Rəsmi Ankara Türkiyəni ABŞ və Qərbin təsir dairəsindən tamamilə çıxartmaq niyyətində olduqca qərarlı görünür, NATO üzrə “formal müttəfiqlər” sarsıdıcı itkilərlə üzləşəcək... Türkiyənin milli maraqları baxımından, Avropa Birliyi ilə yaxınlaşma indi daha o qədər də cəlbedici variant deyil, rəsmi Ankaranın riyakar Qərblə qarşıdurma ehtimalı isə artır...
Dünya məkanında qütbləşmə prosesi artıq intensiv xarakter daşıyır. Belə ki, yeni dünya düzəninin ilkin əlamətləri tədricən müşahidə olunmağa başlayıb. Xüsusilə də, beynəlxalq qütbləşmənin məzmun və keyfiyyətində müəyyən dəyişikliyin ola biləcəyi qətiyyən istisna deyil. Çünki inkişaf etməkdə olan dövlətlər son vaxtlar dünyanı idarə etməyə iddialı ölkələrin maraqları ilə hesablaşmağa o qədər də həvəsli deyillər. Və beynəlxalq siyasi-iqtisadi ədalətsizliyə qarşı müqavimət göstərməyə çalışırlar.

Onu da qeyd etmək lazımdır ki, Türkiyə yeni dünya düzəninində avanqard dövlətə çevrilmək istiqamətində kifayət qədər prinsipial addımlar atmaqdadır. Rəsmi Ankara dünyanın superdövlətlərin geopolitik maraqlarına girov düşməsinə kəskin müqavimət cəhdləri hazırda açıq müstəviyə keçməyə başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın “dünya beşdən böyükdür” tezisi indi rəsmi Ankaranın xarici siyasət kursunda əsas prioritetə çevrilib. Və Türkiyə bu mövqeyindən geri çəkilmək niyyıtindən artıq çox-çox uzaqdır.

Məsələ ondadır ki, Türkiyə son illərdə intensiv şəkildə güclənir, iqtisadi inkişaf səviyyəsini yüksəldir. Türkiyənin xarici ticarət dövriyyəsi artıq yüzmilyardlarla dollar həcmində hesablanır. Rəsmi Ankara son onilliklərdə Türkiyənin hərbi-sənaye kompleksinin inkişafına da nail olub. Müasir hərbi texnologiyalarda Qərb ölkələrinin önünə keçməyə nail olan Türkiyə hətta NATO üzrə formal müttəfiqlərini məyus etməyə də başlayıb. Hər halda, Türkiyənin güclənməsi rəsmi Ankaranı NATO üzrə formal müttəfiqlərinin maraqları ilə hesablaşmaq məcburiyyətindən xilas edib.

Bu baxımdan, rəsmi Ankara beynəlxalq məkanda Türkiyənin geopolitik iradəsini daha israrla və prinsipial şəkildə diqtə etməkdədir. Yəni, rəsmi Ankara indi ABŞ və Qərbə demək olar ki, heç bir məsələdə möhtac deyil. Əksinə, son vaxtlar ABŞ və Qərbin Türkiyəyə möhtac duruma düşmə ehtimalı artmaqadır. Rəsmi Ankaranın Qərbdəki “riyakar müttəfiqliyə” müqaviməti Türkiyənin alternativ tərəfdaşlıq məkanı axtarması ilə də müşahidə olunur. Və Türkiyənin bu istiqamətdə atdığı prinsipial addımlar indi Qərbdə ciddi narahatlıqla müşahidə olunur.

Maraqldır ki, rəsmi Ankara əvvəlki dövrlərdən fərqli olaraq, artıq Avropa Birliyinə tamhüquqlu üzvlüyə qətiyyən can atmır. Hər halda, Türkiyə bu quruma üzvlüyü artıq özünün prioritet hədəfləri sırasından çıxartdığı inkaredilməz reallıqdır. Avropa Birliyi onilliklər boyu Türkiyəni öz sıralarına buraxmamaqla, rəsmi Ankaranın səbrinin tükənməsinə səbəb olub. Üstəlik, dünyada dəyişən şərtləri nəzərə aldıqda, Avropa Birliyinə üzvlük Türkiyənin maraqları ilə ziddiyyət təşkil etməyə də başlayıb.

Digər tərəfdən rəsmi Ankara iqtisadi-ticari tərəfdaşlıq üçün yeni alternativ də tapmış kimi görünür. Belə ki, Türkiyə BRİCS ilə yaxınlaşmaq xəttinə üstünlük verir. Son məlumatlara görə, rəsmi Ankara Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirən BRİCS sıralarına qatılmaq üçün artıq rəsmən müraciət edib. Türkiyə bu məsələdə Rusiya və Çinin isə rəsmi dəstəyini dərhal ala bilib. Və yaxın vaxtlarda resmi üzvlüyün reallaşa biləcəyi qətiyyən istisna deyil.

Onu da qeyd etmək lazımdır ki, BRİCS sıralarında olan dövlətlər bu qurumu təxminən Avropa Birliyinə aid iqtisadi-ticari prinsiplərə uyğunlaşdırmağa çalışırlar. Son məlumatlara görə, daha 15 ölkə bu qurumun sıralarına qatılmaq niyyətini bəyan edib. Ümumilikdəsə, BRİCS-də təxminən 25 ölkənin təmsilçiliyi nəzərdə tutulub. Və bu, reallaşarsa, dünayda yeni siyasi-iqtisadi qütbün yaranma ehtimalı barədə danışmaq lazım gələcək.

Göründüyü kimi, rəsmi Ankara Türkiyəyə qarşı riyakar mövqedən çıxış edən Avropa Birliyinə alternativ tərəfdaşlıq məkanını artıq tapıb. ABŞ və Qərb indi rəsmi Ankaranı bu yeni hədəfindən yayındırmağın mümkün yollarını axtarmağa başlayıblar. Çünki Türkiyənin ABŞ və Qərbə rəqib düşərgəyə meyl etməsi həm Ağ Evdə, həm də Brüsseldə ciddi narahatlıq doğurur. Qərb siyasi dairələri hesab edirlər ki, rəsmi Ankaranın BRİCS sıralarına qatılmaq qərarına olduqca ciddi yanaşmaq lazımdır.

Qərbdə əmindirlər ki, NATO-nun aparıcı dövlətlərindən olan Türkiyənin əks düşərgəyə üz tutması onlar üçün böyük itkiyə çevrilə bilər. Halbuki, Qərb siyasi dairələri son illərə qədər Türkiyəni Avropa Birliyinin qapıları qarşısında saxlamaqla, rəsmi Ankaraya təzyiq mexanizmi yaratmağa nail olduqlarını düşünürdülər. İndisə, rəsmi Ankara Avropa Birliyindən üz çevirir və alternativ siyasi-iqtisadi məkana doğru yönəlir. Və bu, əks düşərgəni ciddi şəkildə gücləndirə biləcək önəmli faktordur.

Bəzi ehtimallara görə, ABŞ və Qərb Türkiyəni əks düşərgəyə buraxmamaq üçün müəyyən priventiv addımlar atmağa çalışa bilər. Xüsusilə də, rəsmi Ankaraya cəlbedici tərəfdaşlıq variantlarının, hətta Avropa Birliyinə üzvlüyün təklif olunacağı qətiyyən istisna olunmur. Halbuki, bəzi Qərb ekspertləri hətta belə addımların atılmasını belə, gecikmiş manevr cəhdi kimi dəyərləndirirlər. Onların fikrincə, rəsmi Ankara Türkiyəni ABŞ və Qərbin nəzarətindən tamamilə çıxartmaq niyyətində olduqca qərarlı görünür.

Digər tərəfdən, Avropa Birliyi ilə yaxınlaşma indi Türkiyənin maraqları baxımından o qədər də cəlbedici variant deyil. Çünki Türkiyə üçün Rusiya və Çinlə iqtisadi-ticari əməkdaşlığın inkişaf etdirilməsi daha sərfəli, üstəlik uyğun istiqamətdir. Türkiyə siyasi dairələrinin son vaxtlar ardıcıl olaraq, həm Çin, həm də Rusiya ilə ikitərəfli təmasları dərinləşdirməsi də bunun əlaməti sayıla bilər. Və bu, o deməkdir ki, Qərb Türkiyə kimi önəmli müttəfiqi artıq itirmək üzrədir.

Belə anlaşılır ki, nə qədər narahatlıq keçirilsə də, hər halda, məhz ABŞ və Qərb öz riyakarlığı ilə Türkiyəni fərqli tərəfdaşlıq məkanı axtarmaq məcburiyyətində buraxıb. Çünki, Türkiyə onilliklər boyu Avropa Birliyinə tamhüquqlu üzvlük cəhdlərinə pozitiv qarşılıq ala bilməyib. Eyni zamanda, NATO üzrə formal müttəfiqlər Türkiyənin milli təhülkəsizlik maraqlarına laqeyd yanaşıblar. Hətta Türkiyəyə qarşı terrorçuluq fəaliyyəti göstərən PKK-ya genişmiqyaslı dəstək göstəriblər. Və indi rəsmi Ankaranın NATO üzvü olan Türkiyənin milli maraqları çərçivəsində fərqli istiqamətə yönəlməsi qətiyyən gözlənilməz deyil.(Yeni Müsavat)

23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Palau Prezidenti ilə görüşüb

Xəbər lenti