Zəngəzur dəhlizində bu qüvvələr dayanacaq - İrəvanın təslim aktının detalları"ABŞ Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün Azərbaycanla Ermənistan arasında sənəd imzalanmasına çalışır. Bundan sonra Türkiyə ilə Ermənistan arasında sərhədlər açılacaq, ardınca Ermənistan-Türkiyə sərhədində Rusiyanın mövcudluğunun azalması baş verəcək. Vaşinqton buna nail olmaq üçün təsir rıçaqlarından istifadə edir, nəticədə Ermənistan Azərbaycana daha çox güzəşt edəcək".

Publika.az xəbər verir ki, bu barədə Ermənistanda "Apri" mərkəzinin eksperti Sergey Melkonyan deyib.

Melkonyan bildirib ki, Azərbaycanın Ermənistandan tələbləri var.

"Bu, anklavların qaytarılması, Qərbi Azərbaycan məsələsi (azərbaycanlıların öz yurdlarına qayıtması-red), Zəngəzur dəhlizinin açılması, Ermənistan konstitusiyasının dəyişdirilməsi, Minsk qrupunun buraxılmasıdır. Hamı başa düşür ki, ilin sonuna qədər Ermənistan konstitusiyasını dəyişmək mümkün deyil, ona görə bütün tələblərin bir-bir yerinə yetirilməsi üçün Ermənistan hökumətinin vaxtı və legitimliyi olmalıdır. Tiqraneşenin (Kərki kəndi-red) qaytarılmasından sonra Paşinyanın legitimliyi daha da azala bilər, buna görə də Qərb tələsir", - erməni ekspert qeyd edib.

Melkonyan hesab edir ki, Ermənistan tam kapitulyasiyaya məruz qalacaq.

"Ermənistan hökuməti Sünik dəhlizinə (Zəngəzur dəhlizi-red) nəzarəti beynəlxalq təşkilata verməyi düşünür. Onlar bunu belə əsaslandıracaqlar ki, dəhliz vermədik, dəhlizdə beynəlxalq təşkilat dayanır, halbuki, bu yalnız görüntü olacaq", - o vurğulayıb.
23 Aprel 2025 Bu ərazi Çinə birləşməlidir – İlham Əliyev
23 Aprel 2025 Çin liderinin adından Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
23 Aprel 2025 Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
23 Aprel 2025 Naxçıvan şəhəri ilə Çinin Urumçi şəhəri qardaşlaşır
23 Aprel 2025 Pekində Azərbaycan-Çin sənədləri imzalandı - Fotolar
23 Aprel 2025 Ərdoğandan Azərbaycan və Pakistanla bağlı ŞOK ANONS: üçümüz BAŞLAYIRIQ, türk ordusu İNQİLABA GEDİR
23 Aprel 2025 Prezident Çində belə qarşılandı - Video
23 Aprel 2025 Əliyev Qafqazda "Çin səddi" çəkir: Qərbin regiona "pəncərə"si tam qapanır
23 Aprel 2025 İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub
22 Aprel 2025 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalanıb
22 Aprel 2025 İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
22 Aprel 2025 "Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir"
22 Aprel 2025 Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi
22 Aprel 2025 Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib

Xəbər lenti