Türkiyə Respublikasının İstanbul şəhərində Asiya İnkişaf Bankının təşkilatçılığı ilə CAREC proqramı (Central Asia Regional Economic Cooperation - Mərkəzi Asiya regionu iqtisadi koorparasiyası) çərçivəsində yol-nəqliyyat hadisələri məlumatlarının idarə olunması ilə bağlı tədbir keçirilib. CAREC proqramına üzv ölkələrdən Azərbaycan, Türkiyə, Tacikistan, Pakistan, Çin, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Monqolustan və Gürcüstan respublikalarından nümayəndə heyətlərinin qatıldığı tədbirdə Azərbaycanın  nümayəndə heyətinin tərkibində iştirak edən   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş idarəsinin Hərəkətin Təşkili və Təhlükəsizliyi şöbəsinin rəisi Seymur Aslanov tərəfindən respublikamızın yol infrastrukturu barədə məlumat verilib, son illərdə görülmüş işlər və təhlükəsizlik tədbirləri haqqında arayış təqdim olunub. 

Müzakirələr zamanı Azərbaycan Respublikasının Yol Təhlükəsizliyi Haqqında 2019-2023-cü illər üzrə Dövlət Proqramı, azad olunmuş torpaqlarda Böyük Qayıdışa dair I Dövlət Proqramı və Agentlik tərəfindən aparılan bərpa-quruculuq, Bakı şəhərində mobillik üzrə görülmüş işlərdən, hibrid və elektromobillər üçün dövlət siyasətindən danışılıb. 

Tədbirdə yol-nəqliyyat hadisələri barədə məlumatların yığılması, emal olunması və vahid bazaya ötürülməsi, verilənlər bazasının (data base) daha detallı şəkilə salınmasının vacibliyi barədə təlimlər keçirilib, üzv ölkələrin son dövrlərdə yol-nəqliyyat sahəsində gördüyü təhlükəsizlik tədbirləri ilə bağlı müzakirələr aparılıb, təlimin proqramına uyğun xüsusi tapşırıqlar hazırlanıb və digər ölkələrdən olan mütəxəssislərlə birgə verilən tapşırıqların icrası təmin olunub. 

Xarici təcrübələr barədə müzakirə zamanı gələcəkdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin interaktiv xəritəsinin hazırlanması və məlumatların daima yenilənərək “GİS” xəritə üzərinə köçürülməsi məqsədə uyğun hesab edilib.
    
Tədbir zamanı iştirakçı ölkələr arasında yol-nəqliyyat hadisələri zamanı həlak olanların say azlığına görə Azərbaycanın ilk yerdə olduğu da diqqətə çatdırılıb.

Qeyd edək ki, tədbirin sonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş idarəsinin Hərəkətin Təşkili və Təhlükəsizliyi şöbəsinin rəisi Seymur Aslanov yol-nəqliyyat hadisələrinin statistikasının idarə olunmasına görə Təkmilləşdirmə Sertifikatı ilə təltif edilib.

 

 

23 Aprel 2025 Bu ərazi Çinə birləşməlidir – İlham Əliyev
23 Aprel 2025 Çin liderinin adından Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
23 Aprel 2025 Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
23 Aprel 2025 Naxçıvan şəhəri ilə Çinin Urumçi şəhəri qardaşlaşır
23 Aprel 2025 Pekində Azərbaycan-Çin sənədləri imzalandı - Fotolar
23 Aprel 2025 Ərdoğandan Azərbaycan və Pakistanla bağlı ŞOK ANONS: üçümüz BAŞLAYIRIQ, türk ordusu İNQİLABA GEDİR
23 Aprel 2025 Prezident Çində belə qarşılandı - Video
23 Aprel 2025 Əliyev Qafqazda "Çin səddi" çəkir: Qərbin regiona "pəncərə"si tam qapanır
23 Aprel 2025 İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub
22 Aprel 2025 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalanıb
22 Aprel 2025 İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
22 Aprel 2025 "Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir"
22 Aprel 2025 Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi
22 Aprel 2025 Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib

Xəbər lenti