Sülh sazişinin imzalanması imkanları getdikcə azalır - HƏQİQƏTƏN DƏ...Azərbaycanla Ermənistan arasında sülh müstəvisində müzakirələr davam edir. Bakının sülhlə bağlı konkret şərtləri var. Bu, Ermənistan konstitusiyasında dəyişiklik, Naxçıvana dəhlizin açılması və digər məqamlarla bağlıdır. Məsələ ondadır ki, bəzi kənar dairələr konstitusiya kimi şərtlərin sülhü gecikdirə biləcəyini iddia edirlər. Hətta sülh sazişinin imzalanmasının yaxın aylarda reallaşmasını mümkün hesab etməyənlər də var. Məsələn, “Karnegi” Fondunun baş eksperti Tomas de Vaal deyib ki, ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ehtimalı əlli-əlliyədir. O bildirib ki, Azərbaycanın Ermənistana sülh sazişi ilə bağlı şərtləri var: “Bakının indi yeni ilkin şərti var ki, Ermənistan konstitusiyasına düzəlişlər edilməlidir. Bu, İrəvan üçün çox çətin məsələdir”. De Vaal qeyd edib ki, sülh sazişində Zəngəzur dəhlizi məsələsi yer almaya bilər, çünki bunu Ermənistan istəmir.
Politoloq Turab Rzayev də deyib ki, Azərbaycan və Ermənistan arasında sülhün qısa zamanda əldə olunması imkanları azalmaqdadır. Analitik vurğulayıb ki, İrəvan tərəfi sülh sazişini imzalamağa hazır olduğunu bəyan etsə də, real addımlar atmaqdan qaçırlar:

"Azərbaycan tərəfi tələb edir ki, Ermənistan öz konstitusiyasını dəyişdirməlidir. Bu tələb son günlərdə bir neçə dəfə rəhbərlik tərəfindən səsləndirilib. İrəvan hökuməti "konstitusiya dəyişməlidir" desə də, prosesə nə zaman başlayacağını qeyd etmir, zaman göstərmir. Paşinyan "yeni konstitusiya" üçün 2026-cı ili nişan verir. Ermənistan qanunvericiliyində həm Azərbaycana, həm də Türkiyəyə ərazi iddiaları yer alıb. Erməni gerbində Ağrı dağının əksi qalmaqdadır. "Qarabağın Ermənistana birləşdirilməsini" təsdiqləyən hüquqi aktlar durur. Belə halda sülh necə bağlana bilər?! Bu məqamlar qarşıdakı dönəmdə ciddi problemlər və qarşıdurma yarada bilər. Sırf o səbəbdən Azərbaycan israrla və haqlı olaraq bunların dəyişdirilməsini İrəvandan tələb edir. Ermənistanda revanşist təhlükəsi də hələ qalmaqdadır. Paşinyanın devriləcəyi təqdirdə hakimiyyəti ələ keçirən Koçaryan-Sarkisyan cütlüyü dərhal sülh sazişindən imtina edəcəklər. Paşinyan ölkə qanunlarına məhəl qoymadan müqaviləyə imza atarsa, daxili qanunları pozmaqda ittiham olunacaq. Radikal müxalifət və revanşist güclər bundan istifadə edəcəklər. Əllərinə düşən ilk fürsətdə Azərbaycana qarşı yenidən müharibə başladacaqlar. Konstitusiyaya əsaslanaraq, Qarabağı Azərbaycan ərazisi kimi tanımayacaqlarını deyəcəklər. Bunlara imkan yaratmamaq üçün Paşinyan hökumətini qanunvericiliyi dəyişməyə məcbur etmək lazımdır".
Ekspert vurğulayıb ki, son günlərdə ABŞ və Böyük Britaniya da sülhün tezliklə imzalanmasından danışırlar: "Hər iki dövlət tərəfləri noyabr ayına, yəni COP29-a kimi sazişi imzalamağa çağırır. Digər ölkələrdən də bənzər çağırışlar gəlir. Əlbəttə, biz də istəyirik ki, sülh sazişi yaxın dönəmdə imzalansın. Problem odur ki, İrəvanın qətiyyətli addımlarını görmürük".

Sherg.Az
23 Aprel 2025 Bu ərazi Çinə birləşməlidir – İlham Əliyev
23 Aprel 2025 Çin liderinin adından Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
23 Aprel 2025 Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
23 Aprel 2025 Naxçıvan şəhəri ilə Çinin Urumçi şəhəri qardaşlaşır
23 Aprel 2025 Pekində Azərbaycan-Çin sənədləri imzalandı - Fotolar
23 Aprel 2025 Ərdoğandan Azərbaycan və Pakistanla bağlı ŞOK ANONS: üçümüz BAŞLAYIRIQ, türk ordusu İNQİLABA GEDİR
23 Aprel 2025 Prezident Çində belə qarşılandı - Video
23 Aprel 2025 Əliyev Qafqazda "Çin səddi" çəkir: Qərbin regiona "pəncərə"si tam qapanır
23 Aprel 2025 İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub
22 Aprel 2025 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalanıb
22 Aprel 2025 İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
22 Aprel 2025 "Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir"
22 Aprel 2025 Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi
22 Aprel 2025 Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib

Xəbər lenti