Tehran-Bakı münsaibətlərində YENİ FAZA? - Ortada kifayət qədər SUAL VAR...Azərbaycan-İran arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən Tehrandakı səfirliyimiz yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb. İran tərəfi akkreditasiya ölkəsi kimi, “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib. Hazırda İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək. Azərbaycan Xarici İşlər Nazirliyi ümid edir ki, səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianı Azərbaycana, o da İlham Əliyevi İrana dəvət edib. Hər iki lider dəvəti “məmnunluqla qəbul edib”. İranın yeni seçilmiş Prezidentinin etnik azərbaycanlı olması yenicə mülayimləşən Azərbaycan-İran münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyinə, o cümlədən İran azərbaycanlılarının milli hüquqları ilə bağlı problemlərin həllinə diqqət artırıb. Yeni prezidentdən həm də ölkədə iqtisadi problemlərin həlli, Qərblə gərgin münasibətlərin yoluna qoyulması, ölkədə hicab azadlığına imkan yaradılması kimi problemlərin həlli də gözlənir.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a danışarkən deyib ki, Azərbaycanla İran arasında münasibətlərin normallaşmasını əlaqələrin gələcəkdə daha da irəli aparılmasını göstərən mühüm bir fəaliyyət aktı diqqət çəkdi. Söhbət Azərbaycanın İrandakı səfirliyini bərpa etməsindən gedir. Ekspertin sözlərinə görə, bu addım Bakı ilə Tehran arasında perspektivdə problemli məsələlərin həllini sürətləndirəcəyini deməyə əsas verir:

"Lakin suallar da qalmaqdadır. Məsud Pezeşkian Azərbaycanla bağlı siyasətində İranın köklü və ənənəvi baxışını dəyişə biləcəkmi? Bu, çox problemli və mürəkkəb məsələdir. Ona görə ki, Pezeşkian ilk növbədə İranın daxili sistemində maneələrlə qarşılaşa bilər. Çünki İranın xarici siyasətini formalaşdıran əsas qurumlardan biri də Ali Milli Təhlükəsizlik Şurasıdır. Prezidentin təqdim etdiyi xarici siyasətin konturları AMTŞ-də təsdiqləndikdən sonra ali rəhbərə təqdim olunur. Şuranın süzgəcindən keçməyən və ali rəhbər tərəfindən təsdiqlənməyən layihələr reallaşmır. Bu məqam Pezeşkiana ciddi maneələr yarada bilər. Ancaq Pezeşkian qeyd edir ki, qonşu dövlətlərlə diplomatik münasibətlərin canlandırılmasını ölkə iqtisadiyyatının tənəzzülünün qarşısının alınması yönündə həlledici açar kimi görür. Digər məqam odur ki, İranın xarici siyasətində Qərb amili, Yaxın Şərqdəki ambisiyaları Cənubi Qafqazdakı normativlərə necə təsir göstərəcək? Bu da açıq qalan suallardan biridir. Çünki proseslər hələ yekunlaşmayıb. ABŞ-də seçkinin nəticələri ilə bağlı İranda həyəcanlı gözlənti mövcuddur. İsrail-HƏMAS savaşı da getdikcə qanlı şəkil almaqdadır. Başqa bir nüans ondan ibarətdir ki, İran Məsud Pezeşkianın öz vədləri fonunda yeni ambisiyalar formalaşdırmaq qabiliyyətini göstərə bilər. M.Pezeşkian İranın parçalanmasında deyil, daha güclü və vahid ölkə şəklində prioritetlərin önə çəkilməsində maraqlıdır".
23 Aprel 2025 Naxçıvan şəhəri ilə Çinin Urumçi şəhəri qardaşlaşır
23 Aprel 2025 Pekində Azərbaycan-Çin sənədləri imzalandı - Fotolar
23 Aprel 2025 Ərdoğandan Azərbaycan və Pakistanla bağlı ŞOK ANONS: üçümüz BAŞLAYIRIQ, türk ordusu İNQİLABA GEDİR
23 Aprel 2025 Prezident Çində belə qarşılandı - Video
23 Aprel 2025 Əliyev Qafqazda "Çin səddi" çəkir: Qərbin regiona "pəncərə"si tam qapanır
23 Aprel 2025 İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub
22 Aprel 2025 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalanıb
22 Aprel 2025 İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
22 Aprel 2025 "Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir"
22 Aprel 2025 Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi
22 Aprel 2025 Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib

Xəbər lenti