Yol-xeber.az" xəbər verir ki, 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, dəmir yolunun hərtərəfli inkişafını, iqtisadiyyatın və əhalinin daşımalara olan tələbatının daha dolğun ödənilməsini, bu sahədə idarəetmənin təkmilləşdirilməsini və görülən işlərin səmərəliliyinin daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
Ötən 15 il ərzində Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Dəmir yolları müasir, qabaqcıl və dayanıqlı sahə kimi ölkəmizin nəqliyyat sektorunun aparıcı güclərindən birinə çevrilib.
Bu illər ərzində ADY Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsi istiqamətində önəmli addımlar atıb, ölkədən keçən beynəlxalq dəhlizlər üzrə vacib infrastruktur layihələri həyata keçirib.