İrəvandan 3 tələb: Əliyev haqlıdır – Erməni politoloqPrezident İlham Əliyevin İkinci Şuşa Qlobal Forumunda Ermənistanla münasibətlər və sülh üçün zəruri şərtlər barədə açıqlamasına erməni ekspertlər çox qəribə şəkildə daha real yanaşma sərgiləməyə çalışıblar.

Axar.az xəbər verir ki, bu cür yanaşmalardan birini erməni politoloq Suren Surenyants nümayiş etdirib.

O, Azərbaycan liderinin 3 əsas tələbi olduğunu vurğulayıb: azərbaycanlı qaçqınların Ermənistana qaytarılması, ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı sənədin razılaşdırılması və Ermənistan Konstitusiyasının dəyişdirilməsi.

Surenyants bildirib ki, Azərbaycan prezidentinin tələblərinə “emosional reaksiya vermək” və ya daxili auditoriyaya “oynamaq” da olar:

“Lakin bütün bunlar özünü aldatmaq olardı, xüsusən də Bakı beynəlxalq platformalarda bəzi tələblərini artıq qanuniləşdirə bilib”.

O təsdiqləyib ki, Minsk Qrupu 6 oktyabr 2022-ci ildə Praqada dördtərəfli bəyannaməsi nəticəsində faktiki olaraq ləğv edilib, çünki Nikol Paşinyan Qarabağı unitar Azərbaycanın bir hissəsi kimi tanıyaraq, “Dağlıq Qarabağ problemi”ni mahiyyətcə bağlayıb:

“Artıq “Dağlıq Qarabağ məsələsi” qapalıdır, ona görə Minsk Qrupu öz aktuallığını itirib - hətta bunu etiraf etmək son dərəcə çətin olsa da.

Digər tərəfdən, Ermənistan-Azərbaycan münaqişəsinin transformasiyası yeni status-kvo yaradıb və bu, açıq-aşkar güc balanssızlığı şəraitində birbaşa danışıqları yenidən Ermənistan üçün olduqca həssas və təhlükəli edir. Fikrimcə, Ermənistan-Azərbaycan nizamlanması prosesinin real vasitəçiləri və təminatçısı regional supergüclər olmalıdır: Rusiya, İran, Türkiyə”.

Başqa sözlə, Surenyats Minsk Qrupunun ləğvi ilə bağlı hər iki ölkənin ATƏT-ə müraciətinin məntiqli olduğu qənaətini bölüşüb.

İkinci məsələ - Ermənistan Konstitusiyasında dəyişikliklə bağlı Surenyats qeyd edib ki, bu, heç bir halda Azərbaycanın tələbi ilə olmamalıdır:

“Bununla bağlı ölkə daxilində, kənardan müdaxilə və təzyiq olmadan, siyasi və ictimai konsensus formalaşdırmalıyıq. Mən bu fikirdəyəm ki, Ermənistan Konstitusiyasında Ermənistanın dünyanın heç bir ölkəsinə qarşı ərazi ambisiyasının olmadığını bildirən, belə bir gündəmi və proqramı olan bütün siyasi qüvvələri qanundan kənar elan edən maddə olmalıdır”.

Üçüncü tələblə bağlı isə erməni politoloq hesab edir ki, bunun vaxtı hələ gəlməyib:

“Qaçqınların qayıtması mövzusu hazırda gündəm ola bilməz. İki xalq arasındakı antaqonizmin aradan qaldırılması onilliklər tələb edir. İnstitusional və sabit sülh bərqərar edilmədən qaçqınların geri qayıtması yalnız münaqişənin yenidən başlaması üçün imkanlar yaradacaq. Ona görə də indiki vaxtda bu məsələnin müzakirəsi nizamlanmaya qətiyyən kömək etmir”.
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Palau Prezidenti ilə görüşüb

Xəbər lenti