Meğri dəmir yolu bu şərtlə açılır: Dəhlizə nəzarət edəcək ölkə bilindi – Vacib gəlişməBu günlərdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn bir daha Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasından bəhs edib. Vurğulanıb ki, hazırda Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışı üçün əsas marşrutlar mahiyyətcə Rusiya və Çin ərazisindən keçir. Bu marşrutun Azərbaycan və Ermənistandan keçməsinin zəruriliyi önə çəkilib. Bu da sözsüz ki, Zəngəzur dəhlizinin açılmasında Ağ Evin nə dərəcədə maraqlı olduğunu göstərir.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

“İranın ali dini lideri Ayətullah Xamenei isə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə Zəngəzur dəhlizinin təhlükəli olduğunu qeyd edib. Görünən odur ki, Zəngəzurdan keçəcək 44 km-lik dəmir yolu xətti ABŞ, Çin, İran və digərləri üçün çox maraqlıdır. Azərbaycanla Türkiyə də bu dəhlizin açılmasına çalışır. Hətta Türkiyədəki millətçilər Zəngəzur dəhlizinə başqa bir rəng veriblər”, - deyə o əlavə edib.

Politoloq hesab edir ki, Naxçıvanı Azərbaycanla bağlayan dəmir yolu sovet dövründə inzibati olaraq Bakıya tabe idi:

“Orada çalışan ermənilər belə maaşı Azərbaycan Dəmir Yolları İdarəsindən alırdı. Bu da onunla izah edilir ki, Meğri dəmir yolu Ermənistan dəmir yolu ilə birbaşa bağlı deyil. Naxçıvandan keçəndən sonra o, Ermənistan dəmir yolu şəbəkəsinə birləşir. 30 illik işğal dövründə ermənilər həmin dəmir yolunun relslərini, şpallarını oğurlayıb satıb. İndi isə Azərbaycanın əsas tələbi odur ki, Naxçıvanla dəmir və şosse yolu açılsın”.

Zərdüşt Əlizadə bildirib ki, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatda da Zəngəzurdan keçən kommunikasiya xəttinin bərpa edilməsi əksini tapıb:

“Bəyanatın 9-cü bəndində qeyd edilib ki, Zəngəzurdan keçən kommunikasiya xətti açılacaq. Bu xəttə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri nəzarət edəcək. Sadəcə olaraq indiki halda Ermənistan Rusiyanın cəngindən xilas olmaq üçün Moskvanın nəzarət mexanizmlərini öz ərazisindən bir-bir sıradan çıxarır. İrəvandakı Zvartnost hava limanından rus sərhədçilərinin çıxarılması bu işin başlanğıcı idi”.
22 Aprel 2025 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalanıb
22 Aprel 2025 İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
22 Aprel 2025 "Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir"
22 Aprel 2025 Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi
22 Aprel 2025 Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 Aprel 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 Aprel 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 Aprel 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 Aprel 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 Aprel 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 Aprel 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib

Xəbər lenti