Sülh Zəngəzur dəhlizində ilişib - FAKT BUDUR!Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması planlarının vacib hissəsidir. Bunu britaniyalı jurnalist Onnik Krikoryan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması barədə danışarkən deyib. Jurnalist qeyd edib ki, hazırda məsələ sərhəddən keçidin yalnız xüsusi nümayəndələr üçün deyil, adi vətəndaşlar üçün də nə zaman normaya çevriləcəyi ilə bağlıdır. Eyni zamanda Krikoryan görüşün münasibətlərin normallaşması ərəfəsində simvolik xarakterli olduğunu deyib. Onun fikrincə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında irəliləyiş Ermənistan-Azərbaycan münasibətlərinin inkişafı ilə sıx bağlı olub və belə də qalmaqdadır. Münasibətlərin normallaşmasının hər hansı iqtisadi faydalarına gəlincə, bəziləri hesab edirlər ki, heç bir fayda olmayacaq və Ermənistan hətta əlverişsiz vəziyyətə düşə bilər: "Ancaq gələcəkdə Ermənistanın Türkiyəyə elektrik enerjisi satması da daxil olmaqla bəzi faydalar ola bilər". Krikoryan qeyd edib ki, Ermənistan Rusiyadan uzaqlaşmaq üçün üzünü Qərbə tutub. Buna görə də Türkiyə ilə münasibətlərin normallaşması təkcə İrəvan üçün deyil, ABŞ üçün də inanılmaz dərəcədə vacibdir, çünki xüsusilə bu ölkə Rusiyanı bölgədən sıxışdırmağa çalışır. Ekspertin sözlərinə görə, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib ki, həm Ermənistan-Türkiyə, həm də Ermənistan-Azərbaycan münasibətləri normallaşarsa, rəsmi Ankara regionda yeni dominant oyunçu olmaq üçün əsas namizəd olacaq: "ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn iyul ayında həm İrəvanda, həm də Bakıda bu iki prosesi məhz belə nəzərdən keçirdiyini açıq şəkildə deyib: bu proseslər bir-biri ilə əlaqəlidir, ona görə də İrəvanı inandırmağa çalışıb ki, Azərbaycanla Naxçıvan arasında əlaqə yaradılması vacibdir". Xatırladaq ki, ötən gün Ermənistan-Türkiyə sərhədində xüsusi nümayəndələr - Ruben Rubinyan və Serdar Kılıçın 5-ci görüşü keçirilib. Görüşdə hər iki ölkənin rəsmiləri iki ölkə arasında rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarının sadələşdirilməsinə dair razılıq əldə olunub. Bundan əvvəl xüsusi nümayəndələr iki il əvvəl Vyanada görüşmüşdülər.

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Türkiyə Ermənistanla əlaqələrin normallaşmasını Azərbaycanla paralel aparır. Ekspertin sözlərinə görə, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqelərini kifayət qədər zəiflədəcək:

"İkitərəfli əlaqələrin inkişafı İranın mane olduğu Zəngəzur dəhlizinin açılması ilə nəticələnə bilər. Məhz qardaş Türkiyənin Azərbaycana hərtərəfli dəstəyi nəticəsində ölkəmizə təzyiqlərin, təhdidlərin qarşısı alındı. Azərbaycan öz silahlı qüvvələri ilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Xarici təhdidlər məhz Türkiyə faktoruna görə neytral qaldı. Yoxsa Rusiya 2016-ci il aprel döyüşlərində olduğu kimi irəliləyişimizə imkan verməyəcəkdi. Bizə nə İsrailin, nə də Pakistanın Türkiyə qədər dəstəyi olmayıb və olmayacaq. Türkiyə işğal faktoruna görə, Ermənistanla sərhədləri bağlayıb. İşğal ortadan qalxıb və Ermənistanla sərhədlərin açılmasında problem də aradan qalxib. Cənab Prezident İlham Əliyev işğal faktoru aradan qalxdığı üçün Türkiyənin Ermənistanla normallaşma prosesində problem olmadığını qeyd etmişdi. Buna baxmayaraq, qardaş Türkiyə Ermənistanla əlaqələrin inkişafını Azərbaycanla kordinasiyalı aparıldığını elan etdi".

Analitikin fikrincə, Cənubi Qafqazda formalaşmış yeni geosiyasi nizamda Türkiyə ABŞ ilə birgə əməkdaşlıq edir:
"Əsas məsələ Türkiyə-Ermənistan əlaqələrinin bərpası, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi və Zəngəzur dəhlizinin açılmasıdır. ABŞ-nin regiona yanaşması praqmatikdir və Azərbaycanın təhlükəsizlik maraqlarına cavab verir. Çünki Vaşinqton Orta Asiyaya açılım siyasətini və yüklərin Zəngəzur yolu ilə daşınmasını strateji hədəf hesab edir. Yəni bu məsələdə ABŞ-Azərbaycan maraqları üst-üstə düşür. Ona görə də Azərbaycanın və Türkiyənin tələb etdiyi Zəngəzur dəhlizinin açılmasını artıq ABŞ özü Ermənistandan tələb edir".
22 Aprel 2025 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalanıb
22 Aprel 2025 İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
22 Aprel 2025 "Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir"
22 Aprel 2025 Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi
22 Aprel 2025 Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 Aprel 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 Aprel 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 Aprel 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 Aprel 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 Aprel 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 Aprel 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib

Xəbər lenti