İrəvan üçtərəfli Bəyanatdan imtina edir? - Görünəni odur ki...“Həm Rusiya, həm ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlıdır”.

Bu sözləri politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a açıqlamasında ABŞ və Rusiyanın Zəngəzur dəhlizinə fərqli baxış bucaqlarını şərh edərkən bildirib. O qeyd edib ki, Moskva və Vaşinqtonun geostrateji və geosiyasi maraqlarında kifayyət qədər ziddiyyətlər var:

“Kreml üçtərəfli noyabr sazişini əsas götürərək Zəngəzur dəhlizinə yalnız rus hərbçilərinin nəzarət etmək hüququna malik olduğunu bəyan edir. ABŞ isə qətiyyən bu dəhlizin rus hərbçilərinin nəzarəti altında olmasını istəmir. Ona görə də Vaşinqton İrəvana üçtərəfli sazişdən imtina üçün təzyiq edir. Bu da Rusiyanın öz hərbçiləri vasitəsilə dəhlizə nəzarət etmək hüququnu qüvvədən sala bilər”.

Ekspertin fikrincə, bu məsələdə əsas ziddiyyətli məqam məhz budur:

“ABŞ, Avropa İttifaqı və NATO-nun Zəngəzur dəhlizi ilə bağlı ilkin strateji hədəfi Cənubi Qafqaz və Xəzər dənizi üzərindən Mərkəzi Asiyaya çıxış əldə etməkdir. Zəngəzur dəhlizinin önəmli iqtisadi-ticari marşrut olduğunu nəzərə alan Qərb güc mərkəzləri bu dəhlizi öz nəzarəti altına almaq məqsədi güdür, Rusiya və Çinin bu dəhlizə çıxış imkanlarını məhdudlaşdırmaq istəyirlər.

Rusiyanın Zəngəzur dəhlizinə münasibətdə strateji hədəfinə gəlincə, Qərb tərəfindən ağır sanksiyalarla üzləşdiyi bir dövrdə Moskva bu dəhlizə Yaxın Şərqə və Şimali Afrikaya, xüsusilə dünya bazarına çıxış imkanı kimi baxır. Moskva bu dəhlizi məhz öz nəzarəti altında saxlamaq istəyir.

Bütün bunları nəzərə aldıqda, həm Qərb güc mərkəzləri, həm də Rusiya Zəngəzur dəhlizinin fəaliyyət göstərməsində maraqlıdır. Amma hər iki tərəf bu dəhlizə rəqib tərəfin nəzarətini arzu etmir”.
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Palau Prezidenti ilə görüşüb

Xəbər lenti