İran-İsrail qarşıdurması: Azərbaycan üçün yaranan fürsətlər 

HƏMAS liderinin ölümündən sonra Yaxın Şərq yeni lokal və ya genişmiqyaslı müharibənin başlanması təhlükəsi ilə qarşı-qarşıyadır. Belə bir qarşıdurmanın baş verməsi qaçılmazdır. Amma bu necə və hansı formada, nə zaman baş verəcək demək çətindir. 

Qonşu Yaxın Şərqdə, xüsusən də İranın cəlb olunduğu bu durumun Cənubi Qafqaza, həmçinin Azərbaycana da təsirləri qaçılmazdır. Baş verən proseslərin həm mənfi, həm də müəyyən müsbət cəhətləri istisnasızdır. Ən azından regional gərginlik baxımından. Qonşu bölgədəki istənilən böhranların, xüsusən də hərbi qarşıdurma ilə müşayiət olunan böhranlar birbaşa və dolayı yolla mənfi təsirlər göstərir. Bu, ilk növbədə qonşu ölkələrin təhlükəsizliyinə, ictimai-siyasi sabitliyinə, ticari-iqtisadi əlaqələrinə hansısa formada mənfi təsirlərini göstərir.

Yaxın Şərqdəki münaqişədə birbaşa və dolayı iştirak edən güclərin Cənubi Qafqazda ciddi maraqlarının olduğunu nəzərə alsaq, o zaman mənzərə tam aydın olar. Nəticə etibarilə Yaxın Şərqdə baş verən proseslər Cənubi Qafqaza təsirsiz ötüşməyəcək. Amma Azərbaycan Yaxın Şərqdəki proseslərdən öz milli maraqları naminə faydalana bilər.

Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının əsas şərtlərindən biri Naxçıvanla birbaşa əlaqənin yaradılması məqsədilə nəzərdə tutulan "Zəngəzur dəhlizi" ideyasının reallaşdırılmasıdır.

"Zəngəzur dəhlizi"nin reallaşmasına maneçilik yaradan bölgədə marağı olan İran, Fransa, Hindistan olmaqla bəzi digər Qərb ölkələridir. Buna görə də bu ölkələr hər vasitə ilə Ermənistanı sürətlə silahlandırırlar. Bu planın da arxasında Ermənistanı gücləndirmək yox, Zəngəzur uğrunda gedən mübarizə dayanır. 

Orta dəhlizin tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılmasında Türkiyə, Rusiya, Çin, İsrailin, İngiltərənin mövqeyi aydındır. ABŞ də prinsipcə bunun əleyhinə deyil. Sadəcə, bir az fərqli yanaşması mövcuddur. 

467299

Onlar bölgədə maraqlarını təmin etmək üçün Zəngəzur faktorundan faydalanmağa çalışırlar. Lakin mövcud vəziyyətdə Bakı Zəngəzur məsələsində maraqları toqquşan güclərin hamısı da olmasa, əsas aktorların maraqlarını uzlaşdırmaqla məsələni həll edə bilər.  İranın diqqəti daha ciddi şəkildə İsraillə  münaqişəyə cəlb ediləcəksə, o zaman Tehran İrəvana lazımi dəstəyi verə bilməyəcək. 

İranın hazırda üzləşdiyi vəziyyətdə Ankara və Bakıya böyük ehtiyac duyduğu anda Tehranı bu məsələdə razı salmaq olar.  Moskva və Pekin isə Tehranı yola gətirə bilər.

Yaxın Şərqdə vəziyyət gərginləşən xətt üzrə inkişaf edəcəksə, o zaman bölgədə marağı olan ABŞ-nin də  diqqəti həmin bölgəyə yönələcək. Burada digər amil də ondan ibarətdir ki, Amerikada seçki ərəfəsində olduğundan Ağ Ev Cənubi Qafqaza lazımi diqqət yetirə bilməyəcək. Ağ Ev prinsipcə Ermənistanın Qərb-Şərq dəhlizinə inteqrasiyasında maraqlı olduğundan Zəngəzur dəhlizinin reallaşmasının tam əleyhinə çıxış etmir. Ağ Ev rəsmisi O`braynın Senatda dinləmələr zamanı Ermənistanın Orta Asiyaya nəqliyyat  çıxışını təmin etməsində maraqlı olması barədə son açıqlaması da bunu deməyə əsas verir.

Bura Rusiya-Ukrayna münaqişəsini əlavə etsək bölgədəki mənzərə tam aydın olar. Sadəcə olaraq Fransa burada müəyyən mənada dirəniş göstərə bilər. Əgər digər oyunların mövqelərinda uzlaşma yaratmaq mümkün olarsa, o zaman Fransanın dirənişinin ciddi nəticəsi olmayacaq. 

Onu da qeyd etmək laızmdır ki, uzun müddətdir bəzi mərkəzlər Ermənistanla Azərbaycan arasında növbəti qarşıdurmanın olacağını istisna etmirlər. Hətta payızda belə bir toqquşmanın olacağını da proqnozlaşdırırlar. Təbii ki, belə bir toqquşma baş verəcəksə, bu, ancaq Zəngəzur uğrunda ola bilər. Amma rəsmi Bakı bu istiqamətdə diplomatik səylərini və hərbi-psixoloji təzyiqini davam etdirərsə, o zaman məsələni danışıqlar yolu ilə İrəvana diktə etdirmək olar. 

22 Aprel 2025 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalanıb
22 Aprel 2025 İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
22 Aprel 2025 "Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir"
22 Aprel 2025 Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi
22 Aprel 2025 Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 Aprel 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 Aprel 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 Aprel 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 Aprel 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 Aprel 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 Aprel 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib

Xəbər lenti