Bu olmadan İrəvanla sülh imzalanmayacaq - Əmirbəyov

"Ermənistan Konstitusiyasına dəyişiklik edilmədən, daha doğrusu, Müstəqillik Bəyannaməsindəki qeyd Əsas Qanundan çıxarılmadan İrəvanla Bakı arasında sülh müqaviləsi imzalanmayacaq. Çünki bu sənəddə Azərbaycana qarşı ərazi iddiaları var”.

Bunu "Azadlıq" radiosuna müsahibəsində Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.

Əmirbəyov hesab edir ki, hazırda sülh prosesinə yeganə maneə olan məsələ də budur. “Biz əmin olmaq istəyirik ki, Ermənistanla sülh müqaviləsi hər hansı revanşizmə qayıtmağı və ya gələcəkdə Azərbaycana qarşı hər hansı ərazi iddiasını mümkünsüz edəcək. Hnası ki, biz bunun şahidi olmuşuq”,- o qeyd edib.

Fikrini davam etdirən Əmirbəyov bildirib ki, bu baxımdan Ermənistanın sülh danışıqlarına, müqavilənin yekun imzalanmasına hərbi potensialını gücləndirmək və bu prosesi yenidən başlamaq üçün vaxtı gecikdirmək taktikası kimi baxması bizim üçün qəbuledilməzdir.
Əmirbəyovun fikrincə, sülh danışıqlarının mümkün qədər tez başa çatdırıb noyabrda COP29 çərçivəsində müqavilə layihəsinin imzalanmasının vacib olduğu barədə fikirlər səslənsə də, lakin Ermənistan Konstitusiyasında Azərbaycana qarşı təsbit olunmuş ərazi iddialarını nəzərə almadan bunun mənası olmayacaq. "Hesab edirəm ki, bu, əks effekt verə bilər. Çünki saziş layihəsi tələsik imzalanarsa, dayanıqlı və uzunmüddətli sülhü təmin etməyən hüquqi maneələr qalarsa, bu, gələcəkdə regionda qüvvələr nisbəti onların xeyrinə dəyişdikdə Ermənistana ərazi iddialarını canlandırmağa imkanı verə bilər”, - Əmirbəyov qeyd edib.

Əmirbəyov əlavə edib ki, əgər biz hazırkı Konstitusiyanı dəyişməsinə məhəl qoymadan sülh müqaviləsi imzalasaq belə, imzalanacaq sülhün uzunmüddətli olmaya bilər:

"Ermənistanda hakimiyyətə gələn yeni hökumət gəlib onu ləğv edəcək. O hesab edəcək ki, bu sənəd texniki baxımdan Ermənistanın hazırkı Konstitusiyasına ziddir. Ermənistanın Konstitusiya Məhkəməsi də sülh müqaviləsinin qeyri-qanuni olduğunu deyə bilər, çünki Əsas Qanunda başqa müddəalar öz əksini tapıb”.

Əmirbəyov onu da qeyd edib ki, Ermənistanın yeni Konstitusiya qəbul etməsi illər çəkə bilər. "Biz Konstitusiyadakı ərazi iddiası ilə bağlı preambulanın dəyişdiirlməsidir. Bunun dəyişməsi isə illər tələb etmir. Bunu referendum yolu ilə də etmək olar".

Referendumun keçirilməsinə gəldikdə isə Əmirbəyov bununla bağlı İrəvana çox maraqlı bir verib. Bildirib ki, İrəvan referendumda “Azərbaycanla sülh əldə etmək istəyirsiniz, yoxsa yeni münaqişə?" Düşünürəm ki, məsələni bu cür qoysalar, erməni xalqının əksəriyyəti sülhü dəstəkləyəcək.

23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Palau Prezidenti ilə görüşüb

Xəbər lenti