Zəngəzur dəhlizi: BİRƏDƏFLİK MASADAN QALXDI?.. - YOXSA...Azərbaycan və Ermənistanın kommunikasiyanın açılması məsələsinin sülh sazişindən çıxarılması və sonraya saxlanılmasına dair razılaşması mövcud şərtlərdə “zaman qazanmaq” gedişdir.
Kommunikasiyanın hansı prinsiplə açılması sərhədin delimitasiyası kimi tərəflər arasında əsas ziddiyyətli məsələlərdən biridir. Bu maddənin sonraya saxlanılması ilk baxışda Ermənistan üçün sərfəli görünür.
- Kommunikasiyanın Zəngəzur dəhlizinin reallaşması çərçivəsində açılması perspektivinə qarşı zaman qazanır;
- Zəngəzur dəhlizi açılmadan Azərbaycanla sülh sazişini imzalamaqla Türkiyə ilə danışıqlarda “Bakı şərtini” yerinə yetirdiyini göstərməyə və sərhədlərin açılması ilə Qərbə çıxış əldə etməyə ümid edir;
Bakı niyə buna razılaşır?
Əslində bunu Azərbaycanın zaman qazanmaq üçün strateji gedişi hesab etmək olar. Bakı “mövcud şərtlərdə kommunikasiyanın açılması Zəngəzur dəhlizi layihəsinin reallaşması imkanlarını arxa plana keçirirsə, məsələni sonraya saxlamaq daha sərfəlidir” prizmasından yanaşır, çünki sülh danışıqlarında təşəbbüsü ələ almağa çalışan və faktiki önə çıxan Vaşinqtonun irəli sürdüyü plan Zəngəzur dəhlizinin əleyhinədir.
Orta dəhliz coğrafiyasına nəzarəti ələ keçirmək istəyən ABŞ-ın Mərkəzi Asiyadan Avropaya uzanan marşrutla bağlı planında Ermənistanın “sülhün qovşağı” layihəsi dəstəklənir. Ceyms Obrayn da son dövrlər “Mərkəzi Asiyadan başlayaraq, Azərbaycan və Ermənistandan keçən nəqliyyat şəbəkəsini” mütəmadi olaraq vurğulayır. ABŞ bu planın icrasını sürətləndirmək məqsədilə Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına və kommunikasiyanın açılmasına çalışır. Bu halda nəinki Zəngəzur dəhlizi, hətta Bakının Naxçıvana maneəsiz keçid üçün təklif etdiyi “Azərbaycandan Azərbaycana” prinsipi də sual altına düşür, əvəzində, Ermənistan “sülh qovşağı” layihəsi ilə həm dəhliz məntiqini sıradan çıxarır, həm də nəqliyyat şəbəkəsində hablardan birinə çevrilmək imkanı qazanır.
Bakı kommunikasiya məsələsini sülh sazişindən çıxarmaqla məhz ABŞ-ın mümkün planının yaratdığı riskləri neytrallaşdırmaq gedişi edir.
Birincisi, kommunkasiya açılmadan sülh sazişi imzalamaqla Bakı-İrəvan danışıqları üzərindən bölgəyə müdaxilə edən üçüncü tərəfləri prosesdən uzaqlaşdıracaq;
İkincisi, üçüncü tərəflər prosesdən uzaqlaşdığı təqdirdə, İrəvanı kommunikasiyanın Zəngəzur dəhlizi, yaxud Naxçıvana maneəsiz keçid (əslində bu, birbaşa Azərbaycana xidmət edən dəhlizdir) məntiqi ilə açılmasına təşviq edəcək: Ermənistanın “dalandan” çıxmağının yeganə yolu Azərbaycan və Türkiyə ilə kommunikasiyanın açılmasıdır. Ki, masada tək qaldıqda Bakı və Ankara ilə razılaşmamaq şansı yoxdur;
Nəticə etibarilə, kommunikasiya maddəsinin sülh sazişindən çıxarılması Zəngəzur dəhlizi layihəsinin yox, bu layihəyə yaranmış risklərin arxa plana keçirilməsi məqsədi daşıyır.
Bütün bunların fonunda kommunikasiya maddəsinin yer almadığı sülh danışıqlarının əhəmiyyəti üçüncü tərəflər - ABŞ üçün azalır və bu, Vaşinqtonu heç bir strateji məsələnin yer almadığı prosesdən uzaqlaşmağa vadar edə bilər, xüsusilə seçki mübarizəsi fonunda. Bu da Zəngəzur dəhlizinə yaranmış risklərin uzaqlaşması deməkdir.

Asif Nərimanlı 
22 Aprel 2025 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalanıb
22 Aprel 2025 İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
22 Aprel 2025 "Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir"
22 Aprel 2025 Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi
22 Aprel 2025 Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 Aprel 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 Aprel 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 Aprel 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 Aprel 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 Aprel 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 Aprel 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib

Xəbər lenti