Azərbaycanda 397 min 420 nəfərə Prezident təqaüdü verilir

2024-cü il iyulun 1-nə görə, Azərbaycanda 397 min 420 nəfərə Prezident təqaüdü verilir.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, 253 nəfər "Xalq" fəxri adına görə, 4 560 nəfər isə "Əməkdar" fəxri adına görə təqaüd alır. Bundan başqa, 333 nəfərə fərdi təqaüd verilir.

Bildirilib ki, şəhid ailəsi olduğu üçün təqaüd alanların sayı 18 493 nəfərdir.

Komitənin məlumatına görə, "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslər, onların dul arvadları və 18 yaşına çatmamış uşaqları olan 180 nəfər, “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslər, onların dul arvadları və 18 yaşına çatmamış uşaqları olan 177 nəfər, 20 Yanvar şəhidinin ailəsi üçün olduğuna görə 89 nəfər bu təqaüddən yararlanır.

Ölkədə hazırda 21 nəfər 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçsına Prezident təqaüdü verilir.

O cümlədən, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan 231 nəfər, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrindən 31 nəfər sözügedən təqaüdü alır.

Müharibə ilə əlaqədar əlilliyi olan 19 858 nəfər Prezident təqaüdü alır. Onlardan 14 526 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir. 2 819 nəfər Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan, 2 513-ü isə Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 180 354 nəfər, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrində və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslər və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri olan 3 740 nəfər Prezident təqaüdü alır.

Komitənin məlumatında o da qeyd edilib ki, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 52 227 nəfər, gözdən əlilliyi müəyyən edilmiş 13 188 nəfər də həmçinin təqaüd alır.

18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən 44 061 nəfər də bu təqaüdü alır.

Məlumatda o da vurğulanıb ki, elmlər doktoru elmi dərəcəsi olan 229 nəfər, fəlsəfə doktoru elmi dərəcəsi olan 1522 nəfər sözügedən təqaüdü alır.

22 Aprel 2025 İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
22 Aprel 2025 "Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir"
22 Aprel 2025 Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi
22 Aprel 2025 Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 Aprel 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 Aprel 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 Aprel 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 Aprel 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 Aprel 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 Aprel 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib
16 Aprel 2025 Prezident: Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır

Xəbər lenti