Bakıdan son xəbərdarlıq: Ermənistana güzəşt olmayacaq - İNCƏLƏMƏAzərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Azadlıq” radiosuna müsahibəsində Ermənistanın konstitusiyasını dəyişdirməyəcəyi təqdirdə, sülh müqaviləsinin imzalanmayacağını deyib.

O, həmçinin bildirib ki, Ermənistanın Baş naziri Azərbaycan hökumətinin nümayəndələri ilə Konstitusiyanın dəyişdirilməsi məsələsini müzakirə edib. Onun sözlərinə görə, Paşinyan yeni konstitusiyanın qəbulu üçün vaxt istəyib.

Bu bəyanatla bağlı Azərbaycan Prezidentinin nümayəndəsi Ermənistan Xarici İşlər Nazirliyinə yazılı sorğu göndərib. Xarici İşlər Nazirliyi cavab olaraq bildirib ki, konstitusiyaya dəyişikliklər prosesi Ermənistan Respublikasının daxili işidir. Qeyd edək ki, Azərbaycan Ermənistan Konstitusiyasının hələ 1989-cu ildə qəbul edilmiş “Sovet Ermənistanının və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” qərarına əsaslanan Müstəqillik Bəyannaməsinə istinad edilməsini özünün ərazi bütövlüyünə və suverenliyinə zidd hesab edir.

Xatırladaq ki, may ayında Baş nazir Paşinyan yeni konstitusiya layihəsinin hazırlanması və 2026-cı il dekabrın 30-dək təsdiq edilməsi barədə göstəriş vermişdi. Lakin rəsmi Bakı Ermənistan konstitusiyasına dəyişiklik edilmədən sülh müqavilsəinin imzalanmasını qeyri-mümkün hesab edir.

Konstitusiya referendumunun 2026-cı ilin sonuna saxlanılması sülh sazişinin 2027-ci ilə qədər ləngiməsi deməkdir. Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərində isə Nikol Paşinyanın komandasının yenidən qalib gələcəyinə təminat yoxdur. Hakimiyyətə gələn digər siyasi qüvvə Ermənistan konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddilarının çıxarılmasına etiraz edə bilər. Bu isə Azərbaycanla sülh müqaviləsinin, eyni zamanda, Türkiyə ilə münasibətlərin normallaşması prosesinin pozulmasına səbəb olacaq.

Digər bir ehtimal da Paşinyanın rəhbərliyi ilə Ermənistanda koalision hökumətin formalaşmasıdır ki, bu halda da konstitusiya islahatını həyata keçirmək çətin olacaq. Ona görə də Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasına və qanunvericilik aktlarına yenidən baxılmasını ilkin şərt kimi irəli sürür.

Ermənistan isə tərəflər arasında yaxın aylarda sülh sazişinin baza hissəsini təşkil edən çərçivə sənədinin imzalanmasına razı olduğunu bildirir.

Ancaq rəsmi İrəvan konstitusiya referendumu məsələsinin çərçivə sazişinin imzalanmasından sonrakı müddətə, yəni 2026-cı ilin sonuna qədər təxirə salınmasında israr edir. Ermənistanın qeyd edilən mövqeyi həm Azərbaycan Konstitusiyasına, həm də beynəlxalq hüququn prinsiplərinə ziddir. Çünki Ermənistan konstitusiya ilə Qarabağı öz ərazisi elan etməklə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımamış olur.

Belə olan təqdirdə, Azərbaycan Ermənistanla nə çərçivə sazişi, nə də sülh müqaviləsi imzalaya bilər. Bu sənədin legitimliyi şübhə altına düşdüyündən, Azərbaycan parlamenti də onu ratifikasiya etməz. Ona görə də Prezidentin köməkçisi Elçin Əmirbəyovun müsahibəsində sülhün imzalanmayacağı barədə sözləri konstitusiya referendumundan yayınan Ermənistana növbəti xəbərdarlıqdır.

Yəni Nikol Paşinyan hakimiyyəti sülhə nail olmaq üçün qarşıdan gələn aylarda yeni konstitusiya layihəsinin hazırlanması istiqamətində işlərə başlamalıdır. Əks təqdirdə, referendum tələbinin çərçivə sazişindən çıxarılması ilə bağlı Ermənistana hər hansı güzəşt olmayacaq.

Müşfiq Abdulla
“Cebheinfo.az”
22 Aprel 2025 İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
22 Aprel 2025 "Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir"
22 Aprel 2025 Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi
22 Aprel 2025 Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 Aprel 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 Aprel 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 Aprel 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 Aprel 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 Aprel 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 Aprel 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib
16 Aprel 2025 Prezident: Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır

Xəbər lenti