Nə qədər lazımdırsa, səbr etməli, konstitusiya dəyişikliyinədək gözləməliyik - BAŞQA YOLU YOXDUR...Bakı üçün hazırda vacib olan odur ki, Qarabağ məsələsi tamamilə bağlansın. Bu iddia ilə erməni konfliktoloq Artur Martirosyan çıxış edib. O bildirib ki, proses şəffaf olmadığına görə, ermənilər digər razılaşmalar barəsində heç nə bilmirlər: "Məsələn, Azərbaycan deyir ki, Zəngəzur dəhlizi məsələsinə sülh müqaviləsində baxılmayacaq və biz bilmirik ki, o bunun qarşılığında nə alıb. Burada yalnız təxminlər irəli sürə bilərik. Azərbaycanın bu addıma nəsə almadan getməsi inandırıcı deyil. Zəngəzurun qarşılığında Bakı Qarabağ məsələsinin birdəfəlik bağlanması vədini ala bilər. Bu o deməkdir ki, ermənilərin Qarabağa qayıtması məsələsi qaldırılmayacaq”. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan da deyib ki, İrəvan Azərbaycanın tələbi ilə Konstitusiyaya dəyişiklik etməyəcək: "Bu, ölkənin daxili işidir. Ermənistan Respublikası öz konstitusiyasını vətəndaşların qərarı ilə dəyişə bilər. Bunu etmək, yaxud etməmək daxili məsələdir". Siyasi şərhçilərə görə, kommunikasiyaların açılmasını sonrakı illərdə də müzakirə etmək olar, çünki vaxt aparan mövzudur. Əvvəlcədən də sülh sazişində Zəngəzur dəhlizi məsələsi yox idi. Zəngəzur dəhlizi regionun inkişafı ilə bağlı məsələdir və bu, Orta Dəhlizin tərkib hissəsi kimi Azərbaycanla yanaşı, Ermənistanın da xeyrinədir. Əslində, kommunikasiya məsələlərinin ayrıca müzakirə olunması ilə bağlı razılaşma sülh sazişinin imzalanmasını sürətləndirmək məqsədi daşıyır. Lakin görünən odur ki, bu addım da prosesi irəli daşımağa kifayət etməyib. Ermənistan rəhbərliyi konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını aradan qaldırmaq istəmir. "Sülhpərvər" açıqlamaları da sadəcə manipulyasiya xarakteri daşıyır.
Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında deyib ki, sülh danışıqlarının dalana dirənməsinin məsuliyyəti birbaşa Ermənistanın üzərinə düşür. Deputatın sözlərinə görə, istənilən müharibənin və yaxud münaqişənin sonu danışıqlar yolu ilə bitir:

"Lakin Ermənistan Baş naziri Nikol Paşinyanın Londondakı davranışları, Fransa, Hindistan, İran vasitəsilə silahlanma, ABŞ hərbçiləri tərəfindən təlimatlandırma tamam başqa mətləblərdən xəbər verir. Bu o deməkdir ki, Ermənistan sülhə hazır deyil. Digər tərəfdən, Paşinyan stabil mövqeyi olmayan, xarici təsirlər və yaxud təzyiqlər altında tez-tez fikirlərini dəyişən siyasətçilərdəndir. Paşinyan regiona daxil olmaq istəyən güclərin işinə yarayır. Avropaya gedir Fransanın, İrana gedir Tehranın tapşırıqlarını yerinə yetirir, yerinə görə təlimatlar alır. Bu yaxınlarda, İranın yeni prezidentinin andiçmə mərasimində dini lider S.Xameneyi Paşinyana dedi ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın ziyanınadır. Paşinyan özünə hörmət edən dövlət başçısı olsaydı, deyərdi ki, "necə olur, həmin yol İrandan keçəndə zərərli olmur, amma Ermənistandan keçəndə zərərli olur?!". Heç kim üçün sirr deyil ki, Zəngəzur dəhlizinin açılması Ermənistana yüz milyonlarla iqtisadi dividend gətirə bilər.
Ermənistanı təcrid olunmaqdan xilas edər".
Parlamentari diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tam haqlı olaraq, Ermənistan konstitusiyasının dəyişdirilməsini, qonşu ölkələrin ərazi bütövlüyünə təhdid olan maddələrin çıxarılmasını tələb edir: "İmkan verə bilmərik ki, Ermənistan havadarlarının dəstəyi ilə silahlansın, vaxt qazansın, güclənsin və yenidən müharibəyə başlasın. Gələcək nəsillərə separatçılıq problemlərini ötürə bilmərik. Konstitusiya dəyişikliyinə nail olmadan sülh müqaviləsini imzalamaq olmaz. Heç kim qarantiya verə bilməz ki, növbəti hökumət Paşinyanın imzaladığı sülh müqaviləsini qeyd-şərtsiz tanıyacaq. Tələsmək lazım deyil. Əsas odur ki, torpaqlarımız işğaldan azad olunub və hazırda orada genişmiqyaslı tikinti, quruculuq-bərpa işləri aparılır. Soydaşlarımız yurdlarına qayıdırlar. Nə qədər lazımdırsa, səbr etməli, konstitusiya dəyişikliyinədək gözləməliyik. Sülh müqaviləsi bizim diktə etdiyimiz şərtlərlə bağlanmalıdır. Bir məsələni də vurğulamaq istərdim. Azərbaycan Prezidenti müstəqil siyasət aparır, müstəqil qərarlar verir. Paşinyanın isə müstəqil qərarlar vermək imkanları məhduddur. Ermənistan bir-birinə zidd olan xarici güclərdən çox asılıdır. Ona görə də sülh müqaviləsinin imzalanması geosiyasi faktorlardan asılıdır".
22 Aprel 2025 "Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir"
22 Aprel 2025 Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi
22 Aprel 2025 Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 Aprel 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 Aprel 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 Aprel 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 Aprel 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 Aprel 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 Aprel 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib
16 Aprel 2025 Prezident: Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır
16 Aprel 2025 Prezident İlham Əliyev: Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil

Xəbər lenti