Ermənistan böyük maliyyə dəstəyinə hazırlaşırdı, AMMA... - NƏ BAŞ VERİR?Ermənistanın qərbyönlü qüvvələrindən yaradılan “Demokratik Qüvvələrin Platforması” yaxın günlərdə Avropa Birliyinə (AB) üzvlük məsələsinin referenduma çıxarılması tələbi ilə imzatoplama təşəbbüsünə başlayacaq. Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır. “Respublika”, “Respublika Naminə” və digər avropayönlü partiya, eləcə də QHT nümayəndələrinin iştirakı ilə formalaşan platforma bir neçə həftə əvvəl AB-yə üzvlüklə bağlı referendum üçün ümumxalq imzatoplamasının keçirilməsi təşəbbüsü barədə məlumat vermişdi. Artıq 200 mindən çox izləyicisi olan “Eurovote” Feysbuk qrupu ötən həftə fəaliyyətə başlayıb. Platformaya daxil olan Tiqran Xzmalyan “Hraparak”a bildirib ki, hazırlıq işləri yekunlaşmaq üzrədir, yaxın günlərdə imzatoplamaya start veriləcək. Onun sözlərinə görə, ikinci mərhələdə ideyanı həyata keçirməyə, 300 min imza toplamağa çalışacaqlar ki, məsələ qanunun gücü ilə referenduma çıxarılsın. Referendumla bağlı qanunda 45 gün nəzərdə tutulub, bu müddət ərzində 50 min imza toplanmalı, sonra bu imzaların qanuniliyi Mərkəzi Seçki Komissiyası tərəfindən yoxlanılmalıdır. Ardınca sənəd parlamentə göndərilməlidir, parlament də referendum təklifini ya qəbul, ya da rədd edəcək.

Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Tofiq Abbasov bildirib ki, Avropa Xalq Partiyası, Avropa Solçular Partiyası, Birləşmiş Millətlər Təşkilatı kimi birliklər mövcuddur:

"Amma bunların fəaliyyətindəki pik dövr geridə qalıb. Yəni 1990-cı illərin axırlarında və 2000-ci illərin əvvəllərində həmin partiyaların nüfüzları var idi. Eyni zamanda onların simasını formalaşdıran güclü siyasətçilər mövcud idi. İndi isə bütün dünyada, xüsusilə də Qərbdə güclü lider qıtlığı yaşanır. Özləri də bunu sir kimi saxlamırlar. Çünki demokratiya vaxt ötdükcə tərs mütənasib nəticələr verir. Seçim etmək, əlbəttə, üstünlük gətirən məqamdır. Amma rəqabətdə qalib gələnlər daha sonra çoxluğun nüfüzunu qazanmalıdır. Bax bu baxımdan onların zəifliyi açıq şəkildə özünü büruzə verir. Ermənistanda cidd cəhdlə çalışan Qərbyönümlü partiyalar var. Qərbyönümlü partiyaların əsas məqsədi isə Rusiyanın təsirini Ermənistanda minimuma endirməkdən ibarətdir. Amma sözügedən məsələ alınan deyil. Çünki Ermənistanda rusiyayönümlü partiyalar daha güclüdürlər. Digər tərəfdən Rusiyanın ciddi potensialı sahib "5-ci kolon" adlanan şəbəkəsi mövcuddur. Yəni Rusiya istəsə, Ermənistanda vəziyyəti qəlizləşdirə və hakimiyyət çevrilişi edə bilər. Ermənistanın siyasi sistemi çox kövrəkdir. 20 ildən çox rusiyayönümlü siyasət yürüdən Ermənistanın bəzi qüvvələri, xüsusilə də "Qarabağ klanı" adlanan quldur dəstəsi faktiki olaraq Rusiyanın səhmlərini rəsmi İrəvanın seçici kütləsi arasında müflisləşdirdilər. Ona görə də hazırda Rusiyaya böyük rəğbət yoxdur".

Ekspert qeyd edib ki, sözügedən qurumlara üzvlüklə bağlı Ermənistan tərəfindən müraciət edənlərin amalı Qərbin dəstəyini almaqdır:
"Ermənistan böyük maliyyə dəstəyinə hazırlaşırdı. 5 aprel Brüsseldə görüşə Nikol Paşinyan həvəslə getdi. Nəticədə isə Ermənistanın gözləntiləri özünü doğrultmadı. Belə hadisələr Qərb institutlarının tipik yanaşmasıdır. Hazırda Ermənistanı Qərbə doğru yönəldən qüvvə və imza toplayanlar üzvlük haqqını qazansalar da, erməni xalqının rifahını düzəldə biləcəklərinə inanmıram. Ermənilər intizarında olduqları maddi, mənəvi, investisiya dəstəyini ala bilməyəcəklər. Avropa çox yaxşı bilir ki, bəzi ölkələri öz təsirləri altına almaq üçün belə oyunlar aparmaq lazımdır. Onlar, sadə üzvlük hesabına Ermənistanın maliyyə xərclərini öz çiyinlərinə yığacaq qədər sadəlövh deyillər. Qərb tərəfi kiməsə yardım etmədən öncə yüz ölçüb, min biçirlər".
22 Aprel 2025 İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
22 Aprel 2025 "Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir"
22 Aprel 2025 Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi
22 Aprel 2025 Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 Aprel 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 Aprel 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 Aprel 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 Aprel 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 Aprel 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 Aprel 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib
16 Aprel 2025 Prezident: Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır

Xəbər lenti