Kursk döyüşündən Paşinyana çatan PAY... - İrəvana fürsət yaranıb...Bizim ən böyük istəyimiz Rusiyanın Qarabağdakı hərbi kontingentinin Azərbaycan ərazisini tərk etməsi idi. Bu vaxtından əvvəl baş verdi, çünki Rusiyaya Ukraynaya qarşı müharibədə hər hərbçiyə və zirehli texnikaya ehtiyacı var idi. Məncə, Ermənistanın baş naziri Nikol Paşinyanın və onun hökumət üzvlərinin də oxşar arzusu var: Rusiya Gümrüdəki hərbi bazasını qapadaraq hərbçilərini Kursk ətrafındakı döyüşlərə göndərsin. Müxtəlif mənbələrə görə, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında 5 minə yaxın hərbçisi, onlarla ağır zirehli texnikası var. Kreml Ukraynanın şərq cəbhəsində silahlı birliklərini Kursk istiqamətinə göndərməyə risq etmir. Çünki bu halda Ukraynaya öz ərazisini azad etmək üçün əks-həmlə imkanı yaranacaq. Kremlə Kursk istiqamətində əlavə qüvvələr lazımdır. Putin Gümrüdəki hərbi bazanı qapadıb hərbçilərini Rusiyanın ərazi bütövlüyünün təmininə cəlb etməklə Paşinyanın Qərblə hərbi yaxınlaşmasını sürətləndirmiş olar. Məncə, Kreml sahibi üçün bu gün ən ümdə vəzifə Cənubi Qafqazdakı son hərbi bazasını saxlamaqla, burada tənbəllik basan hərbçilərini istirahətini davamına şərait yaratmaq deyil imicinə dəydiyi zərbədən qurtulmaq və ərazi bütövlüyünü təmin etməkdir. Bu gün Kreml üçün Rusiyanın ərazi bütövlüyünü təmin etmək, Ermənistanda hərbi varlığını davam etdirməkdən daha vacibdir.

Elxan Şahinoğlu
22 Aprel 2025 İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
22 Aprel 2025 "Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir"
22 Aprel 2025 Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi
22 Aprel 2025 Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 Aprel 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 Aprel 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 Aprel 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 Aprel 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 Aprel 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 Aprel 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib
16 Aprel 2025 Prezident: Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır

Xəbər lenti