Bakı ilə İrəvanın araçıya ehtiyacı yoxdur... - Kiyevlə Moskvaya vasitəçi lazımdır...Əliyevlə Putinin mətbuata bəyanatlarında diqqətçəkən əsas məqamlardan biri Azərbaycan-Ermənistan danışıqları ilə bağlı idi. Azərbaycan Prezidenti bəyanatında bu məsələyə toxunmadı, çünki rəsmi Bakı İrəvanla danışıqlarda ikitərəfli formata üstünlük verir.
Rusiya isə Bakı-İrəvan xəttindəki bütün danışıqlara – sülh sazişinin imzalanmasına, uzunmüddətli proses olan delimitasiya prosesinə, kommunikasiyanın açılmasına və digər humanitar məsələlərə qoşulmaq istəyir. Putin bəyanatında bunu dilə gətirdi.
Bunun Moskvanın regional maraqlarından qaynaqlandığı bəllidir, lakin Rusiya da daxil olmaqla istənilən üçüncü tərəfin müdaxiləsi bölgədə maraqlı olan bütün oyunçuların prosesə qoşulmasına, nəticədə sülh danışıqlarının geosiyasi mübarizəyə çevrilməsinə səbəb olur. Son 4 ilin təcrübəsi bunu təsdiq edib. Və bu, Bakının maraqlarına uyğun deyil. Əliyevin məsələyə toxunmaması və üzərindən səssiz keçməsi də bununla bağlı idi.
Mövcud vəziyyətdə Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur, əksinə, bu gün Azərbaycanın özü Rusiya və Ukrayna arasında vasitəçilik edə, danışıqlar üçün platforma rolunu üzərinə götürə bilər. Bunun üçün lazım olan hər şeyə - hər iki tərəflə münasibətlərə, tərəflər arasında körpü olmaq potensialına və qlobal danışıqlara ev sahibliyi etmək təcrübəsinə malikdir.

Asif Nərimanlı
22 Aprel 2025 "Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir"
22 Aprel 2025 Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi
22 Aprel 2025 Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 Aprel 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 Aprel 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 Aprel 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 Aprel 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 Aprel 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 Aprel 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib
16 Aprel 2025 Prezident: Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır
16 Aprel 2025 Prezident İlham Əliyev: Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil

Xəbər lenti