Paşinyana qarşı yeni “kart”: Diaspor və pul dövriyyədə - NƏ BAŞ VERİR?Son vaxtlar müxtəlif çevrələrdə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın aktiv siyasi təmasları barədə çox danışılır.

Bu barədə “Hraparak” qəzeti yazıb.

“Bəziləri hətta qarşıdakı siyasi proseslərdə mümkün aktivləşmə ilə bağlı geniş fərziyyələr irəli sürürlər. Digərləri isə Serj Sarkisyanın daim aktiv təmaslarda olduğunu iddia edirlər. Deyirlər ki, bunda qeyri-adi heç nə yoxdur.

Ancaq bir gün əvvəl üçüncü prezidentin Rusiyaya qısamüddətli səfər etdiyi, Moskvada yaşayan bir qrup varlı erməni ilə görüşdüyü barədə məlumat aldıq. O, onların əhval-ruhiyyəsini qarşıdan gələn fövqəladə siyasi proseslər və onun mümkün aktivləşməsi ilə bağlı anlamağa çalışıb, təbii ki, öz şəxsində deyil, təzə, yeni qüvvələr vasitəsilə”.

Qəzet yazıb ki, ümumiyyətlə, növbədənkənar seçkilərlə bağlı bütün qüvvələrdə, xüsusilə də hakimiyyət daxilində müzakirələr davam edir:

“Nikol Paşinyan bütün bunlara - aktiv davranışı və seçki kampaniyasını xatırladan addımları ilə töhfə verir. Baxmayaraq ki, “Vətəndaş Müqaviləsi” Partiyasının bəzi üzvləri hələ də onun sözlərinə inanır və deyirlər ki, o, bir neçə ay əvvəl onları erkən seçkilərin olmayacağına inandırıb”, - nəşr qeyd edir.

Serj Sarkisyanın Moskva səfəri ilə bağlı rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası hər hansı açıqlama verməyib. Hələlik eks-prezidentin Rusiyadakı erməni diasporunun nümayəndələri ilə görüşməsi barədə məlumatlar üstünlük təşkil edir.

Lakin bunun Serj Sarkisyanın siyasi səhnədə yenidən fəallaşmasına hesablanmış bir addım olduğu, yoxsa başqa məqsəd daşıdığı aydın deyil.

Qarşıdan gələn payız aylarında Ermənistanda müxalifətin siyasi aktivliyinin artacağını nəzərə alsaq, Serj Sarkisyanın da müəyyən hazırlıqlar apardığına dair fikirlər yürütmək olar. Bölgələrə tez-tez səfərlər edən arxiyepiskop Baqrat Qalstanyan sentyabr ayından başlayaraq etiraz aksiyalarını bərpa etmək niyyətindədir.

Ancaq may-iyun aylarında, yəni Baş nazir Paşinyanı istefaya göndərmək üçün keçirilən mitinqlərin nəticə verməməsi və impiçment təşəbbüsünün iflasa uğraması keşiş Baqrata olan etimadı azaldıb. Bu isə etirazların əsl təşkilatçısı olan erməni kilsəsinin və sabiq prezident Robert Köçəryanın mövqelərini zəiflədib.

Ona görə də payız aylarında başqa siyasi liderlər, o cümlədən Serj Sarkisyan bu funksiyanı öz üzərinə götürmək üçün müəyyən addımlar ata bilər. Təbii ki, revanşsit müxalifətin dəstəyini qazanmağın vacib şərtlərindən biri Rusiyanın və erməni diasporunun siyasi razılığını almaqdır. Qeyd edilən səbəbdən Serj Sarkisyanın Moskvada keçirdiyi görüşlər siyasi proseslərin yeni mərhələsinə hazırlıq kimi şərh edilir.

Ancaq digər keçmiş prezidentlər kimi Serj Sarkisyan da Ermənistan cəmiyyətində siyasi nüfuzunu itirmiş fiqurdur. Hətta Kreml 2018-ci ildə Qərbin “məxməri” inqilabı nəticəsində istefa vermiş Serj Sarkisyana dəstək vermir. Rusiya Prezidenti Vladimir Putin Robert Köçəryanı köhnə dostu kimi həmişə müdafiə etsə də, Serj Sarkisyan ümumiyyətlə, yada salınmır.

Separatçı rejimin ləğvindən sonra “Qarabağ klanı”nın siyasi, hərbi və maliyyə dayaqlarının sıradan çıxması istər Köçəryanın, istərsə də Sarkisyanın mövqelərini xeyli sarsıdıb. Son zamanlar Ermənistanda ABŞ, Avropa İttifaqı və Fransanın geosiyasi fəallığının artması Nikol Paşinyan hakimiyyətinin “əlini gücləndirib”.

Qərb Paşinyanın hakimiyyətdən getməsində maraqlı olmadığı üçün müxalifətin etiraz aksiyalarının ciddi nəticə verəcəyi mümkünsüz görünür. Paşinyanın 2026-cı ildən tez parlament seçkilərinə getməmək qərarı bununla bağlıdır.

Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın ailəsinin barəsində cinayət işinin açıldığını nəzərə alsaq, eks-prezidentin istənilən revanşı ona baha başa gələ bilər.

Qeyd edək ki, prokurorluq Aleksandr Sarkisyan, onun həyat yoldaşı və iki oğlundan 14 daşınmaz əmlakın və 3,5 milyard dram vəsaitin müsadirə olunmasını tələb edir. O cümlədən, prokurorluq Sarkisyanın İrəvan şəhərinin mərkəzində, Tumanyan küşəsi 3 ünvandakı üçmərtəbəli malikanəsini qanunsuz hesab edir. İstintaq orqanı Kotayk rayonundakı 10 ədə daşınmaz əmlakın dövlət xeyrinə Sarkisyan və onun ailə üzvlərindən müsadirə edilməsini tələb edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin, 4 nəqliyyat vasitəsini, üç hüquqi şəxsdə pay sahibi kimi iştirakını, (eləcə də Kotayk rayonunda mehmanxana) təxminən 1 milyard dram dəyərində depozit və istiqrazları müsadirə etmək istəyir. Prokurorluq Sarkisyanın 1995-ci ildən əldə etdiyi əmlaka baxış keçirib.

Aleksandr Sarkisyana məxsus bütün əmlaklara həbs qoyulub. Belə bir vəziyyətdə Aleksandr Sarkisyanın və ailəsinin Ermənistan Baş Prokurorluğuna çağırılması Paşinyanın əlində Serj Sarkisyana qarşı ciddi təzyiq “kartı”dır. Bu isə Serji geri çəkilməyə vadar edə bilər.

Müşfiq Abdulla
“Cebheinfo.az”
22 Aprel 2025 "Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir"
22 Aprel 2025 Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi
22 Aprel 2025 Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 Aprel 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 Aprel 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 Aprel 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 Aprel 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 Aprel 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 Aprel 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib
16 Aprel 2025 Prezident: Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır
16 Aprel 2025 Prezident İlham Əliyev: Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil

Xəbər lenti