Ermənilər Azərbaycanla həmsərhəd rayonları tərk edirlər - NƏ BAŞ VERİR?Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarının - Qeqarkunik, Tavuş və Sünikin sakinləri kütləvi şəkildə evlərini tərk edirlər.

Musavat.com xəbər verir ki, bu ölkənin Statistika Komitəsinin məlumatına görə, son beş ildə sərhəd ərazilərindən 40 minə yaxın insan köçüb. Bir çox kəndlər tamamilə boşalıb.

Axının səbəbləri göz qabağındadır: baş verənlərdən dərin məyusluq, gələcəyə dair qeyri-müəyyənlik və yığılmış sosial problemlər.

Gedənlər yaxınlarına etiraf edirlər ki, 44 günlük Qarabağ müharibəsindən sonra sərhəd bölgələrində qorxu və bədbinlik daha da güclənib və bu, kütləvi köçə səbəb olub.

Kənddə hələ də yaşayanlar bunları deyirlər: “İnsanlar müharibədən sonra məyus olduqları üçün gedirlər. Yaşam üçün ən zəruri şeylər çatışmır".

Statistikaya görə, 2019-cu ilin yayında Qeqarkunikdə 230 minə yaxın insan yaşayırdı ki, onların da əksəriyyəti kəndlərdə məskunlaşmışdı. Lakin pandemiya, 44 günlük müharibə və Azərbaycanla sərhəddəki müntəzəm toqquşmalar vəziyyətə xeyli təsir edib: regionun əhalisi 13 min nəfər azalıb.

Sevan sakinləri qeyd edirlər ki, gənclərin əksəriyyəti İrəvana köçməyə üstünlük verir, çünki Sevanda iş yeri çox azdır, dövlət müəssisələri isə ümumiyyətlə, yoxdur. Qeqarkunik rəsmi statistikaya görə, Ermənistanın ən yoxsul rayonlarından biridir: burada hər üçüncü şəxs yoxsulluq həddində yaşayır və ifrat yoxsulluq səviyyəsi ölkədə ən yüksək həddədir.

“Azadlıq” radiosunun erməni xidmətinin müxbiri ilə söhbətlərində Qeqarkunik sakinləri şikayət edirlər ki, həyat getdikcə çətinləşir: insanlar getdikcə yoxsullaşır, fəlakətli pul çatışmazlığı var və ildən-ilə sağ qalmaq çətinləşir. Onların fikrincə, hökumət bu problemləri həll etmək iqtidarında deyil.
22 Aprel 2025 "Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir"
22 Aprel 2025 Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi
22 Aprel 2025 Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 Aprel 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 Aprel 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 Aprel 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 Aprel 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 Aprel 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 Aprel 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib
16 Aprel 2025 Prezident: Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır
16 Aprel 2025 Prezident İlham Əliyev: Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil

Xəbər lenti