Rusiya özünü Güney Qafqaz masasına necə pərçimləyir... - İNCƏLƏMƏPutinin Bakı səfərindən sonra Paşinyana zəngi, ardınca Əliyevlə müzakirələri telefonda davam etdirməsi diqqəti iki məsələyə yönəldir.
Birincisi bəllidir: daha öncə də Rusiyanın Bakı-İrəvan danışıqlarında təşəbbüsü ələ almaq, Qərb qüvvələrini kənarlaşdırmaq və regionun kommunikasiyanın açılmasında (Zəngəzur dəhlizi) iştirakını təmin etmək istədiyini yazmışdıq. Bu fakt danışıqlarla bağlı rəsmi məlumatlarda da əksini tapır.
İkincisi açıq olaraq qalır: Paşinyan nə istəyib və Putin Əliyevə nəyi çatdırıb?
Rusiya danışıqların indiki məqamda Moskvaya köçürülməsini istəyir, hətta bu müvəqqəti xarakter daşısa da. Çünki ABŞ-ın aktivliyi fonunda Rusiyaya bir addım önə çıxmaq lazımdır. Putin Azərbaycanda olarkən, rəsmi Bakı Moskvada danışıqların davam etdirilməsinə razı olduğunu bəyan etdi. Məntiqlə Putinin Paşinyanla müzakirəsindən konkret nəticə çıxmalı idi. Lakin yenidən Bakıya zəng etmək zərurətinin yaranması müəyyən ehtimallar yaradır: mümkündür ki, Paşinyan Moskvada danışıqlara gəlmək üçün şərt irəli sürür.
Mövcud vəziyyətdə İrəvanın iki mümkün şərt irəli sürməsi ehtimalı var.
- Kommunikasiyanın suverenlik prinsipi əsasında açılması: Bakının ən azı Naxçıvana maneəsiz keçid reallaşmadan Bakının bu məsələdə razılaşmayacağı məlumdur; maneəsiz keçid dəhlizdə yer almaq üçün Rusiyayaya da lazım olduğu üçün belə bir şərt real görünmür;
- Sərhədin delimitasiyasında Alma-Ata bəyannaməsinin danışıqlardakı əsas prinsip kimi qəbul edilməsi: bu, İrəvana mövcud sərhədlərdə legitimlik əldə etmək və Azərbaycan qoşunlarının geri çəkilməsinə nail olmaq üçün lazımdır;
Sülh danışıqlarını ələ almaq və kommunikasiyada iştiraka nail olmaq istəyən Rusiya üçün sərhəd məsələsi o qədər də prinsipial görünmür. İstisna deyil ki, Putin Paşinyanın bu “şərtini” Əliyevə çatdırıb. Bu ehtimalı önə çıxaran məqamlardan biri də Putin-Əliyev danışıqları ilə bağlı rəsmi məlumatlardakı detal fərqlidir: Kremlin rəsmi məlumatında sərhədin delimitasiyası məsələsi qeyd olunsa da, Bakının rəsmi məlumatında bu məqam yer almır.
Proseslər hələki diplomatik müstəvidə gedir, hərçənd, isti mərhələyə keçməsi və hərbi təxribatların olması da istisna edilməməlidir. Mümkündür ki, Rusiya masasına gəlmək istəməyən Paşinyan Putinə birbaşa “yox” deyə bilmir və çətin “şərt” irəli sürməklə Bakını görüşdən imtina edən tərəfə çevirmək istəyir. Diplomatik manevrlər tükənəndə Ermənistanın eskalasiya yaratmaq və bunu Rusiya və Azərbaycanın birgə planı kimi göstərmək ssenarisinə əl atması gözlənilən versiyalardandır.

Asif Nərimanlı 
22 Aprel 2025 "Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir"
22 Aprel 2025 Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi
22 Aprel 2025 Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 Aprel 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 Aprel 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 Aprel 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 Aprel 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 Aprel 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 Aprel 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib
16 Aprel 2025 Prezident: Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır
16 Aprel 2025 Prezident İlham Əliyev: Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil

Xəbər lenti