Rusiya Türk İttifaqına yaxınlaşmağa məcburdur: Əks halda, Zəngəzur dəhlizi Qərbin əlinə keçəcək
Zəngəzur dəhlizi uğrunda savaş yenidən başlayaraq, amansız xarakter almaq üzrədir, ABŞ, Avropa Birliyi, Ermənistan və Fransa eyni düşərgədə yer alırlar... Qərbin sanksiyaları ilə blokadaya salınmış Rusiya Türk İttifaqına dəstək verməzsə, Zəngəzur dəhlizindən kənarda qala və dünyaya yeni “pəncərə” qazanmaq şansını itirə bilər...

Cənubi Qafqaza dünya nəhənglərinin kobud müdaxiləsi davam edir. Üstəlik, həmin dünya nəhənglərinin heç birisini bu regionun gələcək taleyi qətiyyən maraqlandırmır. ABŞ, Avropa Birliyi və Fransa Cənubi Qafqazı yeni savaş poliqonuna çevirməyə çalışırlar. Yəni, öz geopolitik maraqlarını reallaşdırmaq üçün regional sülhü və sabitliyi böyük riskə atırlar. Və son nəticədə Cənubi Qafqazı illərlə davam edə biləcək hərbi-siyasi xaosa doğru sürükləyirlər.

Onu da qeyd etmək lazımdır ki, Fransa Ermənistanı silahlandırmaq missiyasını öz üzərinə götürüb. Avropa Birliyi də Ermənistanın hərbi ehtiyaclarını ödəmək məqsədilə “Avropa Sülh Fondu”ndan maliyyə vəsaiti ayırıb. Ona görə də, hazırda Paşinyan hakimiyyəti 44 günlük savaşın Ermənistan üçün biabırçı nəticələrini unudub, yenidən revanş almaq niyyətinə düşüb. Və Ermənistanın hakim siyasi dairələrindən verilən mesajlar yaxın vaxtlarda rəsmi İrəvanın yenidən savaş qərarı verə biləcəyi ilə bağlı ehtimallara inandıcı görüntülər qatır.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)

Digər tərəfdən, Avropa Birliyi və Fransanın Ermənistana verdiyi hərbi dəstəyə ABŞ da artıq qoşulub. ABŞ bir tərəfdən Ermənistana nəqliyyat təyyarələri ilə silah-sursat daşıyır. Digər tərəıfdən isə, ABŞ Ermənistan ərazisində qeyri-leqal hərbi baza yerləşdirib. ABŞ-ın Ermənistanda və Azərbaycanda fəaliyyət göstərən səfirliklkəri təkzib etməyə çalışsalar da, Zəngəzur bölgəsində hərbi bazanın artıq yaradıldığını sübut edən faktlar mövcuddur. Belə ki, Pentaqon ABŞ ordusunda xidmət edən erməni mənşəli hərbçilərinə Ermənistan ordusunun formasını geyindirib, Zəngəzur bölgəsinə yerləşdirib. Və bu, ABŞ-ın Cənubi Qafqazda daha bir strateji hədəfinin mövcudluğunu təxmin etməyə imkan verir.

Əslində, Ağ Evin həmin hədəfi ötən ilin sonlarında dolayısı ilə gündəmə gətirilmişdi. Belə ki, ABŞ Azərbaycana Ermənistanın şərtləri çərçivəsində Zəngəzur dəhlizinin açılması üçün təzyiq göstərməyə çalışmışdı. Rəsmi Bakıya mesaj verilmişdi ki, ABŞ Azərbaycanın Zəngəzur dəhlizinə alternativ olaraq, İran üzərindən yeni marşrutun inşasına başlamasına qarşı çıxır. Halbuki, rəsmi Bakının alternativ marşruta yönəlməsinin əsas səbəbi Paşinyan hakimiyyətinin Zəngəzur dəhlizinin açılmasıyla bağlı əldə olunmuş anlaşmaları pozması ilə birbaşa bağlıdır. Və bu səbəbdən də, Azərbaycan tərəfi ABŞ-ın bu məsələ ilə bağlı təzyiqlərinə əhəmiyyət verməyə qətiyyən ehtiyac duymadı.

Ancaq Cənubi Qafqazda cərəyan edən proseslərə ABŞ, Avropa Birliyi və Fransanın kobud müdaxiləsi növbəti dəfə onu göstərir ki, Qərbin əsas strateji hədəfləri sırasına Zəngəzur dəhlizinə birbaşa nəzarət edilməsinə nail olmaq da daxildir. Yəni, Qərb Avropanı Xəzəryanı və Orta Asiya ilə birləşdirməli olan Zəngəzur dəhlizini ələ keçirtməyə can atır. Çünki bu dəhlizə nəzarət Qərbə yalnız Cənubi Qafqaza deyil, həm də Xəzəryanı və Orta Asiya regionlarına da yerləşmək üçün geopolitik “pəncərə” aça bilər. Və bu səbəbdən də, Qərbin indi Zəngəzur dəhlizi uğrunda açıq mübarizəyə başladığı tədricən təsdiqlənməyə başlayıb.

757e08c5c3e7d179e652248fe09ae261.jpg (251 KB)

Maraqlıdır ki, Qərbin Zəngəzur planlarının asanlıqla baş tuta biləcəyini iddia etmək hazırda qətiyyən mümkün deyil. Çünki Qərbin planları Zəngəzur dəhlizinin açılmasında maraqlı olan qarşı tərəfin – Azərbaycan, Türkiyə və Rusiyanın maraqları ilə kəskin ziddiyyət təşkil edir. Və bu səbəbdən də, Zəngəzur dəhlizinin yaxın vaxtlarda açılma cəhdləri hələlik pozitiv nəticələrdən kifayət qədər uzaqdır.

Onu da qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin açılmasında Azərbaycan və Türkiyənin əsas hədəflərinin sırasına geopolitik və geoiqtisadi faktorlarla yanaşı, Türk İttifaqına ortaq geostrateji “pəncərə” açmaq planı da mövcuddur. Bu baxımdan, bu dəhlizə yalnız Ermənistanın deyil, həm də Türk İttifaqına qıcıqla yanaşan ABŞ, Avropa Birliyi və Fransanın nəzarət etməsi məqbul variant deyil, hətta qəbuledilməz təhlükəli ehtimaldır. Və ona görə də, həm Azərbaycanın, həm də Türkiyənin bu ehtimalı qətiyyən yaxına buraxmaması, Qərbin təsir dairəsindən yan keçə biləcək alternativ variantlara yönəlməsi tamamilə praqmatik yanaşmadır.

Təbii ki, Zəngəzur dəhlzinin açılmasında maraqlı olan digər regionətrafı dövlət rolunda da məhz Rusiya çıxış edir. Hətta Rusiyanın iştirakı ilə imzalanmış 10 noyabr üçtərəfli anlaşmada Zəngəzur dəhlizinin açılmasını və ona rus sərhədçilərinin nəzarətini nəzərdə tutan müddəa da yer alır. Son vaxtlara qədər həm Cənubi Qafqazda, həm Zəngəzur dəhlizi ətrafında yaranmış vəziyyətə seyirçi qalan Kreml ABŞ-ın həmin bölgədə qeyri-leqal hərbi baza yaratmasından sonra regionda yenidən fəallaşmağa cəhd göstərir. Və bütün bu məsələlərin prezident Vladimir Putinin sonuncu Bakı səfəri çərçivəsində müzakirə edildiyi də qətiyyən şübhə doğurmur.

fd6657f3-6cff-45ce-8ea4-435c43778535.jpg (206 KB)Məsələ ondadır ki, Kreml sahibi Azərbaycan Prezidenti İlham Əliyevlə telefon müzakirəsində növbəti dəfə Zəngəzur dəhlizi ilə bağlı mövzunu gündəmə gətirib. Prezident Vladimir Putin Rusiyanın Zəngəzur dəhlizinin açımasında maraqlı olduğunu birmənalı şəkildə vurğulayıb. Ardıncasa, Rusiya Xarici İşlər Nazirliyi bu mövzuda bəyanat yayaraq, üçtərəfli anlaşmanı xatırladıb və üçtərəfli işçi qrupunda Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələnin müzakirə olunduğunu qabardıb. Və bu, o deməkdir ki, Kreml Zəngəzur dəhlizinin Qərbin nəzarətinə keçmə ehtimalına müqavimət göstərmək qərarına gəlib.

Belə anlaşılır ki, Zəngəzur dəhlizi uğrunda mübarizə yenidən başlayır və amansız xarakter almaq üzrədir. Bu mübarizədə ABŞ, Avropa Birliyi, Ermənistan və Fransa eyni düşərgədə yer alırlar. Rusiya isə istənilən halda, Azərbaycan və Türkiyəyə, yəni, Türk İttifaqına dəstək vermək məcburiyyətindədir. Əks halda, sanksiyalarla təcrid vəziyyətinə salınmış Rusiya Zəngəzur dəhlizindən kənarda qala və dünyaya yeni nəqliyyat-kommunikasiya xətti qazanmaq şansını tamamilə itirə bilər.(musavat.com)

23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Palau Prezidenti ilə görüşüb

Xəbər lenti