Ermənilər buna hazırdırlarsa, gəlsinlər - GƏLİŞMƏİstəyirlər 3 il yox, lap 10 il olsun. 30 il Ermənistanla heç bir əlaqəmiz yox idi, aramızda dondurulmuş münaqişə var idi, bu, Azərbaycanın inkişafına maneə törətmədi. Ordumuzu möhkəmləndirdik, torpağımızı azad etdik. Odur ki, uzatsalar, itirən yenə İrəvan olacaq.

Bu sözləri Axar.az-a politoloq Rasim Musabəyov İrəvanın Konstitusiya referendumunu 2027-ci ilə planlaşdırmasının sülh müqaviləsinə təsiri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın sülh müqaviləsi ilə bağlı tələbləri aydındır:

“Öz iddialarından əl çəkməyə və bunu öz qanunvericliliyində də əks etməyə hazır olsalar, buyursunlar, gəlsinlər. Ermənilər Azərbaycan torpaqlarına iddialarını aradan götürməsələr, biz onlarla heç bir sənəd imzlayan deyilik. Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələni sülh müqaviləsindən çıxartmışıq, amma bu, heç də o demək deyil ki, tələbimizdən vaz keçirik. Zəngəzur dəhlizi açılmasa, Ermənistana heç bir nəqliyyat xətti açılmayacaq. Bunlar həm də sülh müqaviləsi bağlandıqdan sonra Qərbdəki “dayı”larının köməyi ilə erməniləri Qarabağa qaytarmaq niyyətindədirlər. Sülh müqaviləsini uzatsalar, demək, o biri məsələlər haqqında danışmaq imkanları olmayacaq”.

Rasim Musabəyovun sözlərinə görə, Ermənistan Konstitusiyaya dəyişiklikləri ertələsə belə, sülh müqaviləsinin bağlanması bəzi şərtlər əsasında mümkündür:

“Sadəcə olaraq, razılaşdırılmış mətn paraflana bilər. Paraflanma sənədin təsdiq olunması demək deyil. Bu, o deməkdir ki, razılaşdırılmış mətn tam şəkildə ya qəbul olunur, ya da rədd olunur. O mətnə daha düzəliş olunmur. Paraflanma ilə bağlı cənab Prezident də fikirlərini deyib. Bu sənəd xarici işlər nazirlərinin imzası ilə olur və radifikasiyaya göndərilmir”.
22 Aprel 2025 Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 Aprel 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 Aprel 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 Aprel 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 Aprel 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 Aprel 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 Aprel 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib
16 Aprel 2025 Prezident: Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır
16 Aprel 2025 Prezident İlham Əliyev: Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil
16 Aprel 2025 Prezident Kavelaşvili ilə təkbətək görüşdü - Fotolar - Yenilənib
16 Aprel 2025 Prezidentin Kavelaşvili ilə təkbətək görüşü keçirilir

Xəbər lenti