Payızda son savaş başlayır: Paşinyan buna hazırlaşır - Kritik gəlişməErmənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları reallıqdan uzaqdır. Bu, Azərbaycanın haqlı olaraq Ermənistan Konstitusiyasında yer almış əsassız ərazi iddialarına qarşı erməni tərəfinin növbəti oyunudur. Görünən odur ki, növbəti siyasi oyun gedir. Ermənistan üçün bu ilin payızı o qədər də asan olmayacq. Paşinyan da özünü mümkün qədər bu təhlükələrdən sığortalamağa can atır.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, Ermənistan müxalifəti Rusiyanın təzyiqi ilə Paşinyanı devirmək istəyir:

“Bunun üçün Ermənistanda yeni nümayiş dalğasını başlatmaq niyyətləri var. İşi elə qurmaq istəyirlər ki, mütləq bu aksiyalar nəticəsində ölənlər olsun, qan tökülsün. Daha sonra “cəllad erməni xalqının qanını tökdü” bağırtısı ilə hansısa silahlı qiyam təşkil edə bilsinlər. Bu həmin qüvvələrin son ümididir. Paşinyan bütün bunları bildiyi halda dövlət aparatını buna qarşı hazırlayır. Eyni zamanda xalqın diqqətini yayındırmaq üçün cürbəcür mənasız sözlər işlədir”.

Politoloq hesab edir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların yer alıb-almamasının prosesə təsiri yoxdur və olmayacaq:

“Azərbaycanla Ermənistan arasında qüvvələr nisbəti göz qabağındadır. 10 milyondan artıq əhalisi olan Azərbaycana qarşı 2 milyonluq Ermənistan heç nə edə bilməz. Pulu, müttəfiqi, ordusu olan Azərbaycan qarşısında darmadağın olmuş Ermənistanın duruş gətirməsi mümkün deyil”.

Zərdüşt Əlizadəyə görə, indiki halda Paşinyanın bu cür açıqlamalar verməsi siyasi oyunun tərkib hissəsidir: “Bu siyasi oyunda regional və qlobal qüvvələr də iştirak edir. Ortaya atılan yeni kartlar isə mənasızdır. Azərbaycan isə real amillərə baxır. Bu güc, iqtisadi amillərlə bağlıdır. Kimin nə deməsindən, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq Azərbaycana təsir imkanları yoxdur”.
22 Aprel 2025 Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 Aprel 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 Aprel 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 Aprel 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 Aprel 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 Aprel 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 Aprel 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib
16 Aprel 2025 Prezident: Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır
16 Aprel 2025 Prezident İlham Əliyev: Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil
16 Aprel 2025 Prezident Kavelaşvili ilə təkbətək görüşdü - Fotolar - Yenilənib
16 Aprel 2025 Prezidentin Kavelaşvili ilə təkbətək görüşü keçirilir

Xəbər lenti