ABŞ-ın kəşfiyyat rəhbəri Bakıdan nə ilə getdi? - GİZLİNLƏR ÜZƏ ÇIXDICənubi Qafqazda mürəkkəb geosiyasi və geostrateji proseslərin getdiyi bir zamanda ötən həftə ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prioru Bakıya gəldi.

MKİ nümayəndəsinin Azərbaycana səfəri sözsüz ki, çoxlu suallara yol açırdı. Çünki MKİ rəhbərliyindən İrəvana da səfərlər intensiv xarakter almışdı. Bu baxımdan Patrik Priorunun Bakıda olması kifayət qədər önəmli səfər idi, habelə, Azərbaycan-Ermənistan danışıqları ərəfəsində vacib görüş idi. Səfər çərçivəsində o, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Görüşdə ABŞ-Azərbaycan münasibətlərini və təhlükəsizlik əməkdaşlığının müzakirə edildiyi bildirilir. Bundan öncə səfirlik belə bir paylaşım etmişdi: “Biz təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi məsələləri ilə bağlı Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmaq üçün Bakıya gələn ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri cənab Patrik Prioru ürəkdən salamlayırıq”.

Söhbət hansı məsləhətləşmələrdən gedir? Amerikalı kəşfiyyat rəsmisinin Azərbaycan səfəri ilə bağlı müxtəlif versiyalar səslənir. Onların arasında Zəngəzur dəhlizinə nəzarətin hansısa xarici (Qərb) şirkətinə həvalə edilməsinə rəsmi Bakını razı salmaq istəməsi ilə bağlı ehtimal da var. Hətta belə fikir var ki, bu səfərin proqramı Azərbaycanın maraqlarına uyğun sayılmır. ABŞ təhlükəsizlik yetkilisi Bakıdan nə ilə getdi və bu səfərin təsiri özünü bölgədə nə vaxt göstərməyə başlayacaq?

Professor Qabil Hüseynli istisna etmir ki, Zəngəzur dəhlizinin Rusiyanın nəzarətindən kənarda açılması mövzusu MKİ rəsmisinin portfelində olan məsələlərdən biridir. Onun zənnincə, ABŞ regiona Ermənistan üzərindən nüfuz etməyə səy göstərir və hazırda geoekonomik hədəf Orta dəhlizin Rusiyasız işə düşməsidir. Bununla belə, politoloq regionda təhlükəsizliyin gücləndirilməsi, İranın bitməyən “qırmızı xətt” eyhamlarının da müzakirə oluna biləcəyini mümkün sayır: “Amerika kəşfiyyatı Ermənistana ayaq açıb və tez-tez səfərlər edirlər. İrəvandakı səfirliyində də kəşfiyyatçıların olması şübhə doğurmur. Məni maraqlandıran odur ki, Tehranın qarşı çıxdığı dəhlizlə bağlı Vaşinqton nə düşünür? Yəni İran etiraz edir, amma müttəfiqi Rusiyaya bu koridor lazımdır. Əgər bu logistika işə düşərsə, İran Kremlin yanında olacaq, ya yox? Düşünürəm ki, Cənubi Qafqazda təhlükəsizlik ən kövrək məsələdir. İndi tərəflərin üst-üstə düşməyən mövqeləri ucbatından mübahisə daha qızğın xarakter ala bilər. Görünür ki, MKİ rəsmisi Bakının Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəqiqləşdirmək istəyib. Lakin Azərbaycanın baxışı ortadadır - qərb rayonlarımızdan Naxçıvana gediş-gəliş maneəsiz təmin olunmalıdır”.

Q.Hüseynli xatırladır ki, yola kontrolun özəl şirkətə verilməsi gündəmə gəlib və ABŞ bu mövzuda Azərbaycanın münasibətini bilmək istəyib: “Yəni bizim üçün Rusiya Federal Təhlükəsizlik Xidmətinin, yoxsa hər hansı özəl şirkətin Naxçıvana gediş-gəlişə nəzarət etməsinin fərqi varmı? - bunu öyrənmək istəyə bilərlər. Əslində Azərbaycana lazım olan üçtərəfli sənədin 9-cu bəndinin yerinə yetirilməsidir. Ermənistan öhdəlik götürüb. Paşinyan təhrif edərək deyir ki, yolun təhlükəsizliyinin qarantiyası Ermənistandadır. Bəli, belədir, amma yola nəzarət ruslara verilməlidir. Bu öhdəlik var. Paşinyan doğru deyir, təhlükəsizliyi Ermənistan təmin etməlidir, amma yola kontrol Rusiya Federal Təhlükəsizlik Xidmətində olmalıdır, buna da qol çəkib. Onun çıxışı Paşinyanın sənədi təhrif etməsi kimi dəyərləndirilir. Lakin belə deyil, sadəcə, erməni baş nazir təhlükəsizliklə bağlı hissəni qeyd edib, nəzarət haqda heç nə deməyib və üstündən keçib. Bu da ondan irəli gəlir ki, hər məsələdə Rusiyaya yarınan Ermənistan hakimiyyəti Qərbin himayəsi ilə dəhlizə kontrolu ruslara vermək istəmir”.

Politoloq Xaqani Cəfərlinin fikrincə, ABŞ Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan dövlətdir: “Ötən 33 ildə ABŞ-ın Azərbaycanın təhlükəsizliyinə töhfə verməsi barədə Azərbaycan rəsmiləri tərəfindən çoxsaylı müsbət fikirlər səsləndirilib. Bütövlükdə, ABŞ öz müttəfiqlərini və tərəfdaşlarını bir qayda olaraq kəşfiyyat kanalları vasitəsilə məlumatlandıraraq onları arzuolunmaz hadisələrdən sığortalamağa çalışır. Ehtimal oluna biləcək xüsusi terror hadisələri ilə bağlı müttəfiqlərini və tərəfdaşlarını məlumatlandırır”. Ekspertin sözlərinə görə, ABŞ-ın yüksək rütbəli rəsmisinin Azərbaycana səfəri Rusiya ilə bağlı ola bilməz: “Çünki Rusiya ilə münasibətlər, Rusiyanın Ukraynaya qarşı müharibəsi, Rusiyanın İranla yaxınlaşması və Ermənistana təzyiqləri daha çox siyasi mövzulardır. Səfərin məqsədi ABŞ-ın Azərbaycanla təhlükəsizlik sahəsində münasibətlərini möhkəmləndirməklə bağlıdır. Həm də Azərbaycana terror hadisələrinin artma ehtimalı ilə bağlı məlumatlar verməkdir”.

“Yeni Müsavat”
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Palau Prezidenti ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Leonid Slutski ilə görüşüb

Xəbər lenti