Ermənistan sülh sazişini imzalamağa məcburdur - YOXSA...Ermənistan sülh sazişinin tam razılaşdırılmış layihəsini Azərbaycan tərəfinə təqdim edib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, İrəvan və Bakı sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, 3-nü isə qismən razılaşdırıblar. Mirzoyanın sözlərinə görə, tərəflərin bu sənədi ən qısa müddət ərzində imzalaması üçün imkan var. XİN başçısı qeyd edib ki, bu addım Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün səhifə açacaq. O, İrəvanın Bakıdan cavab gözlədiyini qeyd edib: “Hesab edirik ki, sülh müqaviləsinin ən qısa müddətdə imzalanması və regionda uzunmüddətli sabitlik səhifəsinin açılması üçün real imkan mövcuddur”.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında sülh sazişinin 17 bənddən ibarət olduğunu bildirmişdi. Paşinyanın sözlərinə görə, preambula daxil olmaqla bəndlərin 13-ü razılaşdırılıb. Daha üç bənd birdən çox cümlədən ibarətdir və əksəriyyətinin lüğət tərkibi barədə razılıq əldə olunub. Paşinyan sözügedən 13 maddənin mahiyyətini açıqlamaqdan imtina edib: “Bu, məxfi sənəddir və o maddələrin sahibi təkcə biz deyilik”. Onun sözlərinə görə, sülh müqaviləsi layihəsinin razılaşdırılmış müddəalarından biri budur ki, tərəflərdən heç biri sazişin müddəalarına əməl etməmək üçün öz daxili qanunvericiliyinə müraciət edə bilməz.
Xatırladaq ki, Ermənistan və Azərbaycan arasında müzakirə olunan sülh layihəsi "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş" adlanır. Bu arada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Astananın Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib. Dövlət başçısı İlham Əliyev Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru Telman Nüsrətoğlu "Sherg.az"a deyib ki, bu məsələdə Ermənistanın "sülhpərvər" imic yaratmaq təşəbbüsü aydın görünür. Alim vurğulayıb ki, Ermənistan elə təəssürat yaratmağa çalışır ki, guya İrəvan konstruktiv siyasət izləməkdədir:

"Guya Ermənistan sülhü təsis etmək istəyir, amma Azərbaycan prosesi gecikdirir. Digər yandan Ermənistanın arxasındakı qüvvələrin bölgə ilə bağlı hesabları var. Onlar Ermənistanı silahlandıraraq, İrəvanı nəyəsə həvəsləndirməyə can atırlar. Azərbaycan Prezidenti də dəfələrlə bəyan edib ki, tərəflər sülh sazişinə yaxındır. Amma yaxın olmaq hələ mütləq nəticə əldə olunması demək deyil. Cənab Prezident ən sonuncu çıxışında vurğuladı ki, sülh sazişini imzalamaq üçün çox əlverişli münbit şəraitin olduğunu qeyd etmişdi. Ancaq Ermənistan tərəfinin bildirdiyi və hələlik razılıq olmadığı deyilən 3-4 maddənin nədən ibarət olduğu bəlli deyil. Onların bizim prinsipial maddələrimiz olub-olmadığı barədə məlumata sahib deyilik. Məsələn, sülhün çərçivə sazişi imzalansa belə, İrəvan üzərinə öhdəlik götürməlidir ki, konstitusiyasında və qanunverici aktlarında Azərbaycan və Türkiyə ilə bağlı ərazi iddialarını ehtiva edən maddələri aradan qaldıracaq. Yaxud Minsk qrupunun ləğvi ilə bağlı Ermənistan hələlik konstruktiv mövqe sərgiləmir. Bakı sülh sazişi imzalandıqdan sonra və ya ona paralel olaraq Minsk qrupunun ləğvi il bağlı müraciəti də şərt qoşur".
Həmsöhbətimiz vurğulayıb ki, ümumən regiona yeni şərait yaranıb və bunu böyük ölçüdə yaradan Azərbaycandır. Rəsmi Bakı müharibədən sonra İrəvanı sülhə məcburetmə siyasəti yürüdür: "Nəzərə alaq ki, Ermənistan könüllü şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımadı, Qarabağın bizə məxsus olması faktını istəyərək qəbul etmədi, bütün bunlar Azərbaycanın həyata keçirdiyi proses nəticəsində mümkün olub. Ermənistanın arxasındakı qüvvələr də bölgədə varlıqlarını yeni şəraitdə qorumaq, artan Azərbaycan-Türkiyə münasibətini nizamlamaq üçün İrəvanı fərqli addımlara sövq etdilər. Lakin Azərbaycanın qlobal anlamda yüksələn gücü yeni vəziyyət ortaya çıxartdı. Bütün parametrlər üzrə dəyərləndirmə aparsaq, Ermənistan Azərbaycanla yarışacaq gücdə deyil. O baxımdan İrəvan gec-tez sülh sazişini imzalamaq məcburiyyətindədir. Bunun alternativi böyük eskalasiya, müharibə və Ermənistanın fəlakətlə üzləşməsi deməkdir. Prinsipial məsələlərdən biri də sülh sazişi ilə bərabər bütün kommunikasiyaların, Zəngəzur dəhlizinin açılmasıdır. Bu, Şərq-Qərb ticarəti, regional proseslər, iqtisadi maraqlar, türk dünyasının əlaqələri baxımından çox önəmlidir. Əgər İrəvan konstruktiv mövqe sərgiləyərsə, bölgədə sülh və əməkdaşlıq mühitinin gəlməsinə şahidlik edərik".
22 Aprel 2025 Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 Aprel 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 Aprel 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 Aprel 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 Aprel 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 Aprel 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 Aprel 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib
16 Aprel 2025 Prezident: Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır
16 Aprel 2025 Prezident İlham Əliyev: Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil
16 Aprel 2025 Prezident Kavelaşvili ilə təkbətək görüşdü - Fotolar - Yenilənib
16 Aprel 2025 Prezidentin Kavelaşvili ilə təkbətək görüşü keçirilir

Xəbər lenti