Ermənistan “çarpaz zərbə”yə məhkumdur: Paşinyan Qərblə Rusiya arasında seçim şansını itirir

Rəsmi İrəvan ya həm ABŞ və Qərbin, həm də Rusiyanın sərt təzyiqlərinə eyni vaxtda məruz qalmaq variantını seçməlidir... Ya da bu iki supergüc mərkəzindən yalnız hansısa birinin sarsıdıcı zərbələrini öz üzərinə çəkmək məcburiyyətilə barışmalıdır...
Cənubi Qafqazda dünya nəhənglərinin sərt qarşıdurması artıq real nəticələrini göstərməyə başlayıb. Belə ki, Ermənistan dünya nəhənglərinin qarşıdurmasının əsas poliqonuna çevrilib. Ən əsasısa, rəsmi İrəvanın bilərəkdən Ermənistanı geopolitik savaş poliqonuna çaevrilməsinə yönəlik siyasi kursu planlaşdırarkən apardığı hesablamalar artıq iflasa uğramaq üzrədir. Çünki indi məlum olur ki, rəsmi İrəvanın həm ABŞ və Qərb, həm də Rusiya ilə səhnəarxası əməkdaşlıqdan faydalanma niyyətləri hazırda Ermənistana qarşı bumeranq effekti verir. Və belə davam edərsə, Ermənistan yeni “geopolitik fəlakət zonası”na düşməkdən yayına bilməyəcək.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan Qərblə Rusiya arasında manevrlər edərkən, ilk növbədə hər iki qütbdən fərqli istiqamətlər üzrə faydalana biləcəyinə ümid bəsləyirdi. Yəni, Paşinyan hakimiyyəti Ermənistanın iqtisadi-ticari cəhətdən Rusiyadan tamamilə asılı olduğunu nəzərə alırdı. Ona görə də, olduqca önəmli iqtisadi-ticari güzəştlər aldığı Avrasiya İqtisadi İttifaqından və Rusiyanın xüsusi həssaslıqla yanaşdığı KTMT-dan çıxmağı qətiyyən düşünmürdü. Və rəsmi İrəvanın Ermənistanı Qərbə inteqrasiya etdirmək barədə bəyanatları ən yaxşı halda, manipulyasiya xarakteri daşıyırdı.

Eyni zamanda, Paşinyan hakimiyyəti bütün bunlara paralel olaraq, Qərblə strateji tərəfdaşlıq imitasiyaları ilə Ermənistana ABŞ, Avropa Birliyi və Fransanın həm siyasi, həm də hərbi-texniki dəstəyini təmin etməyi hədəfləyirdi. Üstəlik, rəsmi İrəvan Rusiya ilə siyasi qarşıdurma imitasiyasının Ermənistana Qərbin maliyyə kanallarını aça biləcəyini də öz məkrli hesablamalarına qatmışdı. Və baş tutmuş olsaydı, Ermənistan hər iki tərəfin paralel dəstəyindən maksimum səviyyədə faydalanmaq şansı qazana bilərdi.

Ancaq son vaxtlar baş verən hadisələr Cənubi Qafqazda geopolitik proseslərin Ermənistanın planlarına uyğun inkişaf etmədiyini göstərir. Belə ki, Paşinyan hakimiyyətinin “iki stul” taktikası ümidverici nəticələrdən çox-çox uzaqdır. Əksinə, rəsmi İrəvanın məhz bu “taktika” ilə Ermənistanı geopolitik kollapsa düçar etmək üzrə olduğu müşahidə edilməyə başlayıb. Və bu, o deməkdir ki, rəsmi İrəvanın kəskin qarşıdurma vəziyyətində olan Rusiya ilə Qərbdən eyni vaxtda faydalanmaq planları artıq iflasa uğramaq üzrədir.

Məsələ ondadır ki, həm Rusiya, həm də ABŞ və Qərb Ermənistana rəsmi İrəvanın umduğu dəstəyi verir. Yəni, Ermənistan həm Rusiyadan, həm də buna paralel olaraq, Qərbdən istədiyi yardımları almağa nail olmaqdadır. Ancaq bu paralellik son vaxtlar Paşinyan hakimiyyətinin hesablamalarında kəskin ziddiyyətlər də yaratmağa başlayıb. Və indi bundan sonrakı mərhələ Ermənistan üçün faydalı dəstəyin sərt təzyiqlərlə əvəzlənməsinə də yol aça bilər.

Səbəblər isə olduqca sadədir. Belə ki, hazırda həm ABŞ və Qərb, həm də Rusiya Ermənistana verdiyi dəstəklərin əvəzini rəsmi İrəvandan tələb etmək qərarına gəliblər. Kremldə hesab edirlər ki, Rusiyanın for-postu olan Ermənistanda ABŞ və Qərbin yerləşmə imkanları qazanması yolverilməzdir. Ona görə də, Kreml Ermənistandan Qərbin dərhal bloklanmasını tələb edir. Paşinyan hakimiyyətinin Rusiyanın maraqları çərçivəsində xarici siyasət kursu qurmasında israrlı davranır. Və rəsmi İrəvan Kremlin bu istiqamətdə göstərdiyi sərt təzyiqlərə uzun müddət tab gətirmək şansına sahib deyil.

Digər tərəfdən, ABŞ və Qərb də rəsmi İrəvandan Rusiyanı Ermənistandan çıxartmağı tələb edir. Qərbdə hesab edirlər ki, Ermənistana geniş dəstək paketləri təqdim olunduğu bir şəraitdə rəsmi İrəvanın səhnəarxasında Kremllə əməkdaşlığı davam etdirməsi yolverilməzdir. Hətta bəzi məlumatlara görə, Qərb siyasi dairələri bu məsələdə olduqca səbrsiz davranmaları ilə diqqəti çəkirlər. Və Paşinyan hakimiyyətindən dərhal Qərbin xeyrinə seçim edilməsini tələb edirlər.

Təbii ki, rəsmi İrəvan ABŞ və Qərbin də sərt təzyiqlərinə tab gətirmək şansına sahib deyil. Ona görə də, əvvəl-axır ya Rusiyanın, ya da ABŞ və Qərbin xeyrinə seçim etmək məcburiyyətində qala bilər. Halbuki, bu Ermənistan üçün əsl fəlakətin başlanğıcı anlamı daşıyardı. Çünki əgər, Qərbin xeyrinə seçim edilərsə, onda Rusiyanın Ermənistana qarşı iqtisadi-ticari zərbə mexanizmlərini işə salacağı qətiyyən şübhə doğurmur. Və Rusiyanın xeyrinə seçim isə Ermənistanı Qərbin həm siyasi, həm də hərbi-texniki dəstəyindən məhrum buraxa bilər.

Göründüyü kimi, rəsmi İrəvan əsl geopolitik labirintin içərisində qalmış kimi görünür. Üstəlik, bu labirintdən itkisiz çıxmaq şansı isə ümumiyyətlə, qeyri-real xarakter daşıyır. Hətta hesab etmək olar ki, Ermənistanın qarşısında həlli mümkün olmayan və dağıdıcı zərbələr vəd edən geopolitik problem mövcuddur. İndi rəsmi İrəvan hansı tərəfə çevrilsə, əks istiqamətdən sərt reaksiya ilə üzləşəcək. Yəni, Rusiya və Qərblə eyni vaxtda “geopolitik rəqs” bundan sonra mümkün olmayacaq. Onlardan hansındansa imtuna isə digərinin düşmənə çevrilməsinə yol açacaq.

Ona görə də, indi rəsmi İrəvan prinsipial seçim etməli olacaq. Yəni, rəsmi İrəvan ya həm ABŞ və Qərbin, həm də Rusiyanın sərt təzyiqlərinə eyni vaxtda məruz qalmaq variantını seçməlidir. Ya da onlardan yalnız hansısa birinin sarsıdıcı zərbələrini üzərinə çəkmək məcburiyyətilə barışmalıdır. Halbuki, nəhənglərin ortaq təzyiqlərinin, yoxsa onlardan yalnız birinin cəza zərbələrinin daha dağıdıcı olacağı da hazırda qeyri-müəyyən xarakter daşıyır. Və bu baxımdan, rəsmi İrəvanın “ortaq stuk siyasəti” artıq Ermənistan üçün taleyüklü mərhələni sürətlə yaxınlaşdırmağa başlayıb.(musavat.com)

21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 Aprel 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 Aprel 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 Aprel 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 Aprel 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 Aprel 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 Aprel 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib
16 Aprel 2025 Prezident: Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır
16 Aprel 2025 Prezident İlham Əliyev: Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil
16 Aprel 2025 Prezident Kavelaşvili ilə təkbətək görüşdü - Fotolar - Yenilənib
16 Aprel 2025 Prezidentin Kavelaşvili ilə təkbətək görüşü keçirilir
16 Aprel 2025 Kavelaşvili Fəxri və Şəhidlər xiyabanlarında - Yenilənib - Fotolar

Xəbər lenti