İrəvanın yeni müharibə hazırlığı: Kimə qarşı? - AKTUALPrezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Ermənistanın silahlanmasından danışıb.

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Ermənistan Fransadan pulsuz silah alır:

“Ermənistan silah üçün nəzərdə tutulan Sülh Fondundan istifadə edir, Fransadan pulsuz silah alır. Ona görə bu, ciddi məsələdir”.

Prezident Ermənistanı silahlandıranlara bir daha xəbərdarlıq edib:

“Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar. Təbii olaraq bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır.

Onların Konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır”.

Qeyd edək ki, Ermənistanın sürətlə silahlanması onun əsl məqsədlərinin müzakirələrə səbəb olmasına gətirib çıxarır. Siyasi analtiklər də rəsmi İrəvanın bu addımlarının növbəti müharibəyə hazırlaşmaq cəhdi kimi dəyərləndirirlər.

Milli Məclisin deputatı Azər Allahverənov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan özünün sülh gündəliyini bütün platformalarda diqqətə çatdırır:

“Lakin buna baxmayaraq, Ermənistan guya Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlı olduğunu bəyan edir. Hərçənd ki, Ermənistan müxtəlif maliyyə mənbələrdən maddi cəhətdən dəstək alır, onu isə birbaşa silah almağa yönləndirir. Bundan başqa, Avropa İttifaqının Sülh Fondunun xətti ilə də rəsmi İrəvanın silahlandırılma siyasəti dəstəklənir və bunun üçün vəsait ayrılır.

Bütün bunlar isə Ermənistanın sülhdə maraqlı olmadığını göstərir.

Erməni cəmiyyətində revanşist əhval-ruhiyyə hələ də yüksəkdir. Bu ocaq söndürülməyib, hətta zaman-zaman kənar qüvvələr tərəfindən daha da alovlandırılır. Bir tərəfdən sülhdən danışan dövlət, digər tərəfdən şərti sərhəd ərazilərində təxribatlara əl atır”.

Millət vəkili qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan öz siyasi mövqeyini qorumaq üçün zaman-zaman revanşist əhval-ruhiyyəni gündəmdə saxlamağa çalışır:

“Bununla da həm xarici havadarlar arasında daha böyük dəstəyə ümid bəsləyir, həm də ölkəsini silahlandırmağa davam edir.

Artıq Paşinyanın müəyyən mənada bir koalisiya formalaşdırdığı da görünür. Bir sıra dövlətlər bu prosesdə rəsmi İrəvana çox yaxından dəstək olur. Onlara maddi cəhətdən dəstəyin göstərilməsi, silahlanma üçün vəsaitin ayrılması və təmənnasız olaraq silah-sursatın verilir. Eyni zamanda, Ermənistan Silahlı Qüvvələriylə birlikdə hərbi təlimlər də keçirilir.

Həmçinin, Ermənistanın Müdafiə Nazirliyində xarici ölkələrin təlimatçıları fəaliyyət göstərir. Bütün bunlar isə Ermənistanın növbəti müharibədə maraqlı olduğunu nümayiş etdirir. Bunun başlıca səbəbi erməni cəmiyyətində Nikol Paşinyan əleyhinə olan qüvvələri onun leyhinə çevirməkdir. Yəni Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi Paşinyan siyasi dvidet qazanmağa çalışır”.

Deputat bildirib ki, bütün bunlar Ermənistanın yenə də kiminsə alətinə çevrildiyini nümayiş etdirir:

“Ermənistan əvvəllər bir dövlətin forpostu idisə, hazırda isə bir çox dövlətin maraqlarının toqquşduğu poliqona çevrilir. Cənubi Qafqazda da öz maraqlarını təmin etmək istəyən dövlətlər Ermənistanda hərbi cəhətdən dəstək göstərməyə çalışırlar.

Onlar özlərinə uyğun konfiqurasiyanın formalaşmasına nail omaq və maraqlarını təmin etmək istəyirlər. Ermənistan dövlət olaraq çoxdan öz subyektliyini itirib. Ona görə də başqa dövlətlərin bu və ya digər formada geosiyasi oyunların alətinə və qurbanına çevrilir”.
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Palau Prezidenti ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Leonid Slutski ilə görüşüb

Xəbər lenti