|
İtaliya müdafiə naziri Quido Krosetto müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə bu gün Bakıya gəlib.
O, “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək.
İtaliya nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov və Nazirliyin digər rəhbər heyəti qarşılayıb.
İtaliyalı qonaq ölkəmizdə səfərdə olduğu müddətdə Azərbaycan-İtaliya hərbi əməkdaşlığının yeni perspektivləri və digər məsələlərlə bağlı görüşlər keçirəcək.