Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub YENİLƏNİB - 2Sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngülçəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub.

AZƏRTAC xəbər verir ki, bu təyyarələr artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Azərbaycanın müdafiə naziri və Pakistan Aviasiya Kompleksinin sədri vitse-marşal Hakim Raza dövlətimizin başçısına təyyarələrin taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları və digər göstəriciləri barədə məlumat verdilər.

Bildirildi ki, JF-17C (Block-III) birmühərrikli çoxməqsədli döyüş təyyarəsidir.

Təyyarə hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir.

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda ordu quruculuğu geniş vüsət alıb. Xüsusilə Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub, Silahlı Qüvvələrimizin müasir dövrün çağırışları əsasında komplektləşdirilməsi işləri uğurla davam etdirilir. Dövlətimizin başçısının tapşırığı ilə yeni ordu birləşmələri və qoşun növləri yaradılır, şəxsi heyətin döyüş hazırlığı yüksəldilir. Eyni zamanda, Ordumuzun hərbi-texniki təchizatı məsələsi Ali Baş Komandanın xüsusi diqqət mərkəzindədir. Yeddinci çağırış Milli Məclisin ilk iclasındakı nitqində hərbi gücümüzün artırılmasının bir nömrəli vəzifə olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir”.

Milli müdafiə sənayemizin inkişaf etdirilməsi, eyni zamanda, xarici ölkələrlə hərbi sahədə əməkdaşlıq, yeni müqavilələrin imzalanması da xüsusi vurğulanmalıdır. Azərbaycanın müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlıq etdiyi ölkələrdən biri də qardaş Pakistandır. Prezident İlham Əliyevin bu ilin iyulunda Pakistana dövlət səfəri iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə yeni təkan verib. Azərbaycan və Pakistan beynəlxalq platformalarda daim bir-birinə qarşılıqlı dəstək göstərir və həmrəylik nümayiş etdirirlər.

Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub YENİLƏNİB - 2Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub YENİLƏNİB - 2Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub YENİLƏNİB - 2Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub YENİLƏNİB - 2Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub YENİLƏNİB - 2Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub YENİLƏNİB - 2Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub YENİLƏNİB - 2Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub YENİLƏNİB - 2Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub YENİLƏNİB - 2Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub YENİLƏNİB - 2Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub YENİLƏNİB - 2
21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 Aprel 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 Aprel 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 Aprel 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 Aprel 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 Aprel 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 Aprel 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib
16 Aprel 2025 Prezident: Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır
16 Aprel 2025 Prezident İlham Əliyev: Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil
16 Aprel 2025 Prezident Kavelaşvili ilə təkbətək görüşdü - Fotolar - Yenilənib
16 Aprel 2025 Prezidentin Kavelaşvili ilə təkbətək görüşü keçirilir
16 Aprel 2025 Kavelaşvili Fəxri və Şəhidlər xiyabanlarında - Yenilənib - Fotolar

Xəbər lenti