Azərbaycan və Rusiya XİN rəhbərləri arasında məktub mübadiləsi olub

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 33 illiyi ilə əlaqədar iki ölkənin xarici işlər nazirləri arasında məktub mübadiləsi olub.

XİN xəbər verir ki, 4 aprel tarixində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 33 ili tamam olur.

Bu münasibətlə, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov arasında təbrik məktublarının mübadiləsi baş tutub.

Azərbaycan Respublikası xarici işlər nazirinin məktubunda bildirib ki, ötən onilliklər ərzində ölkələr arasında ümumi tarixi dəyərlərə, qarşılıqlı hörmətə və etimada əsaslanan, o cümlədən bir-birinin maraqlarını nəzərə alan ikitərəfli münasibətlər uğurla inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik münasibətlərinə çevrilib:

"Təbii ki, ən yüksək səviyyədə müntəzəm siyasi dialoq əməkdaşlığın mütərəqqi inkişafında mühüm amil olmaqla hər zaman Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinə rəvac verib.

22 fevral 2022-ci il tarixində Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin edərək, müxtəlif sahələrdə uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradıb.

Bu gün, intensiv ikitərəfli təmaslarla səciyyələnən müttəfiqlik qarşılıqlı fəaliyyəti səmərəli şəkildə möhkəmlənməkdə davam edir. Bunun bariz nümunəsi ticarət dövriyyəsinin durmadan artması, qanunvericilik bazasının genişləndirilməsi, eləcə də birgə layihə və təşəbbüslərin uğurla həyata keçirilməsidir. İkitərəfli gündəmdə mədəni-humanitar əlaqələrin və regionlararası əməkdaşlığın genişləndirilməsi məsələləri xüsusi yer tutur.

Şübhəsiz ki, xarici siyasət qurumları arasında sıx əməkdaşlıq qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər üzrə müttəfiqlik qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə kömək edir.

Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli şəkildə dərinləşəcək və yeni məzmunla təmin olunacaqdır", - Ceyhun Bayramovun məktubunda deyilir.

05 Aprel 2025 Vüsal Aslanov sabiq rəisə yeni vəzifə verdi – FOTO
04 Aprel 2025 Üç qurum ləğv olundu - Sərəncam
04 Aprel 2025 İlham Əliyev qəbul keçirdi - Foto
04 Aprel 2025 Seyid Əzim Şirvaninin 190 illiyi qeyd ediləcək - Sərəncam
04 Aprel 2025 "Şərqi Zəngəzur və Qarabağ bölgələrində öz potensialımızı artırırıq" - Prezident
04 Aprel 2025 “Bu işi işğaldan azad edilmiş ərazilərdə aparırıq”
04 Aprel 2025 “Əlbəttə, bunun üçün bizə maliyyələşmə lazımdır” - Yenilənib
04 Aprel 2025 İlham Əliyevi təbrik etdi
04 Aprel 2025 “Azərbaycan xam neftin istehsalçısı və ixracatçısıdır”
04 Aprel 2025 Prezident “Gülüstan”​ sarayında iclasda iştirak edir
03 Aprel 2025 Prezidentə təbriklər gəlməyə davam edir
03 Aprel 2025 Qonaqpərvərliyə görə təşəkkür etdi - Fotolar
03 Aprel 2025 Biz Türk dünyasına qarşı aparılan hibrid müharibəsi ilə üz-üzəyik - AÇIQLAMA
02 Aprel 2025 Azərbaycan Prezidenti Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqlayıb
02 Aprel 2025 Almaniya prezidenti Bakıdan paylaşım etdi
02 Aprel 2025 İlham Əliyev: Tam əminəm ki, bu səfər Azərbaycan-Almaniya əlaqələrinə yeni müsbət təkan verəcək
02 Aprel 2025 Azərbaycan və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
02 Aprel 2025 İlham Əliyevin Almaniya Prezidenti ilə geniş tərkibdə görüşü başlayıb
02 Aprel 2025 Mehriban Əliyevanın Almaniyanın birinci xanımı ilə görüşü olub
02 Aprel 2025 Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb

Xəbər lenti