|
Estoniya XİN Rusiyanın bu ölkədəki səfirini nazirliyə çağıraraq nota verib.
Axar.az xəbər verir ki, buna səbəb kimi Rusiya təyyarələrinin Estoniya hava məkanını 2 dəfə pozması göstərilib.
Hadisə Fin körfəzində, Vayndloo adası yaxınlığında baş verib. Estoniyanın hava məkanını əvvəlcə Eyrbus A319, daha sonra isə İl-96 təyyarələri pozub.
Təyyarələr Estoniyanın hava məkanında bir dəqiqədən daha az qalıblar.