Mürvət Həsənli: “O, həmişəki kimi, böhtançı xislətindən əl götürə bilmir...”

 

Ötən gün Azərbaycanda yumurtanın və toyuq ətinin qiymətinin artması ilə bağlı yazı dərc etmişik. Yazıda qeyd olunur ki, yay mövsümünün əvvəlində 8-9 qəpiyə satılan yumurta indi 14-16 qəpiyə təklif edilir. Toyuq ətinin bir kiloqramı isə 6 manata (əvvəl qiymət 3 manat 80 qəpiklə 4 manat 50 qəpik arasında dəyişirdi) yüksəlib.

Dövlət Statistika Komitəsi də iyun ayı ərzində toyuq ətinin, yumurtanın qiymətinin qalxdığını açıqlayıb.

İqtibas kimi verdik: Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev oxu.az-a bildirib ki, yumurtanın və toyuq ətinin bahalaşması quş yeminin qiymətinin artması ilə bağlıdır.

Belə ki, yemin qiyməti bahalaşdığından istehsalçılar məhsullarının qiymətini qaldırmağa məcbur olublar:

Tavuk yumurta ile ilgili görsel sonucu

“İyun ayı biçin olduğu üçün bazarda yem azalır. Köhnə yemin qiyməti qalxır. Yəni istehsalçılar bu müddətdən istifadə edirlər. Yem komponentlərinin dəyərindəki artım yumurtanın maya dəyərinə təsir edir”.

A.Vəliyev deyir ki, ölkənin broyler təsərrüfatları 60 faiz xaricdən asılıdır. Onun sözlərinə görə, yemin 80 faizi xaricdən idxal edilir. Yüksək kalorili yem hesab edilən soyanın tonu 900 manatdan 1400 manata yüksəlib: “Eləcə də qarğıdalının tonu 300 manatdan 450 manata yüksəlib. Təəssüf ki, məhsul idxal etdiyimiz tərəfdaşlarımız mövsümi amillərdən istifadə edirlər”.

Aydın Vəliyev ile ilgili görsel sonucu

Hüquqşünas Aslan İsmayılov facebook sosial şəbəkəsindəki səhifəsində Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin oxu.az saytına dediyi fikirləri “Yeni Müsavat”ın adına çıxaraq bizi yumurta mafiyasına işləməkdə suçlayıb. Hətta onun dırnaq işarəsində verilən fikirlərini də bizim ayağımıza yazıb. Sonra da öz aləmində həmin fikrə cavab da verib: “Az-çox ağlı olan hər kəs bilir ki, biçin dövründə həm otun, həm də yemin qiyməti ortalama iki dəfə aşağı düşür. Bunu bilmək üçün sadə ağlı, məntiqi olmayanlar hər addımda yerləşən yem satışı mağazalarından maraqlana bilər”.

Hesab edirik ki, özünü çox ağıllı hesab edən A.İsmayılov ilk öncə Quşçular Cəmiyyəti sədrinin dırnaq arasında, yəni vasitəsiz nitq olaraq verilən fikirlərinin “Yeni Müsavat”ın mövqeyi olmadığını dərk etməyə çalışmalıdır. Əslində o material bütünlüklə oxu.az portalına məxsusdur, orada portalın və ya yazını hazırlayan jurnalistin şəxsi fikri yer almayıb. Fakt və onunla bağlı əlaqədar təşkilatın rəhbərinin konkret fikirlərinə yer verilib. Qəzetin şəxsi mövqeyi ilə müsahibin fikirlərini bir-birindən ayırd edə bilməyən birinin bizi hansısa mafiyaya işləməkdə suçlaması qədər absurd nə ola bilər ki?

Mürvət Həsənli ile ilgili görsel sonucu

A.İsmayılovun “yumurta mafiyası”nın adamı kimi təqdim etdiyi iş adamı Mürvət Həsənlinin “Yeni Müsavat”a dediyinə görə, hüquqşünas hər dəfə Türkiyədəki erməni dostlarından pul qopartmaq istəyəndə bu kimi böhtanlara başlayır: “O, Türkiyədəki erməni dostlarına göstərmək istəyir ki, guya onlara görə burada hansısa mafiyaya qarşı savaşır. Guya yazını oxuyanda başa düşmədi ki, orada qeyd olunan fikirlər redaksiyaya məxsus deyil? Əlbəttə ki, başa düşdü, sadəcə, həmişəki kimi, böhtançı xislətindən əl götürə bilmir...”

M.Həsənlinin dediyinə görə, hazırda Azərbaycan özünü yumurta və quş əti ilə tam təmin edir: “Süfrə yumurtasında istehsal tələbatdan da artıqdır. Bu ilin ötən dövründə haradasa 30-40 milyon ədəd süfrə yumurtası İrana və İraqa ixrac olunub. Bu ilin payızından isə damazlıq yumurtanın da ixracına başlayacağıq. Yumurtanın qiyməti bir neçə həftədir yüksəlib. Yüksəlmək də belədir ki, təxminən may ayınadək olan səviyyəyə qayıdıb. Arada bir neçə həftə mövsümlə bağlı qiymətlər düşmüşdü, sonra yenidən qalxdı. Bilirsiniz, hazırda bazarda məhsul qıtlığı yoxdur. Qiymət ona görə qalxır ki, tələbat var. Tələbat çox olanda isə qiymətlər həmişə artır”.

Toyuq ətinə gəlincə, M.Həsənli “Siyəzən broyler”in istehsal etdiyi məhsulun qiymətinin artmadığını söylədi: “Hazırda ölkədə olmadığıma görə hansı istehsalçının qiyməti qaldırdığını deyə bilməyəcəm. Amma qəti şəkildə əminəm ki, ”Siyəzən Broyler" ətin qiymətini qaldırmayıb. Hətta soyanın, yemin qiymətindəki artıma rəğmən artıma gedilməyib. Çünki təklif çoxdur, məhsul boldur. İstənilən şəxs marketlərə gedib “Siyəzən Broyler”in məhsulunun qiyməti ilə maraqlana bilər".

İş adamının dediyinə görə, ilin sonunadək “Siyəzən Broyler” quş əti istehsalını indiki ayda 1800-2000 tondan 4500-4800 tonadək artıracaq: “Ondan sonra toyuq ətinin qiyməti aşağı da düşə bilər, çünki təklif bolluğu yaranacaq. Bundan əlavə, yerli yem bazasının formalaşdırılması üçün böyük addımlar atılıb. Payızdan yemin çoxu yerli olacaq. Bu da maya dəyərini aşağı salan amillərdən biridir”.

M.Həsənli bildirir ki, Azərbaycanda quşçuluq sahəsində monopoliya yoxdur: “Bu sahədə monopoliyanın olduğunu iddia etmək absurddur. Ən rəqabətli, çox oyunçulu bazardır. Burada münasibətləri də sağlam rəqabət tənzimləyir”.

11 Aprel 2025 İlham Əliyevin Antalyada Əhməd Əl Şaraa ilə görüşü olub - FOTO - YENİLƏNİB
11 Aprel 2025 Antalyada keçirilən Diplomatiya Forumunda parlament diplomatiyasının rolu müzakirə olundu – Azərbaycan deputatları da iştirak etdi
11 Aprel 2025 Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib
11 Aprel 2025 İlham Əliyev Ersin Tatarla görüşdü - Fotolar
11 Aprel 2025 “Bu, Azərbaycanın sülh təşəbbüslərinin irəlilədilməsi baxımından mühüm hadisə olacaq”
11 Aprel 2025 Hərbçilərimiz Moskvada 9 May paradında iştirak edəcəklər
10 Aprel 2025 İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 Aprel 2025 Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib
10 Aprel 2025 Azərbaycan və İtaliya hava nəqliyyatı sahəsində əməkdaşlığı genişləndirir
10 Aprel 2025 Azərbaycan və İran nümayəndə heyətləri Araz dəhlizində görülən işlərlə tanış olacaqlar
10 Aprel 2025 “Bu şəxs, sadəcə, ruhi xəstə elan edildi” - İlham Əliyev
10 Aprel 2025 “Bizə müraciət edirlər ki, borca pul alsınlar” - Video
10 Aprel 2025 Prezident onu təItif etdi - Sərəncam
10 Aprel 2025 “Biz bu məhkəmənin qərarlarını tanımırıq” - Prezident
09 Aprel 2025 Prezident: Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik
09 Aprel 2025 “Ermənistanı belə bir fikrə gəldikdə, dərhal cəzalandırmağa hazır olmalıyıq”
09 Aprel 2025 “Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib”
09 Aprel 2025 “Trampın prezident seçilməsi onları ciddi məyus etdi”
09 Aprel 2025 “Sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir”
09 Aprel 2025 “Ermənistan özünü bunlardan məhrum etdi” - Yenilənib

Xəbər lenti