İlham Əliyevə verilən ordenin anlamı nədir?

 

Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev  İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni və birinci xanım Mehriban Əliyevanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə təltif edilib.Bəs bu ordenlərin anlamı nədir?

“Qafqazinfo” xəbər verir ki, “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni İtaliyanın ən ali dövlət mükafatı hesab olunur. İtaliyanın “Xidmətlərinə görə” ordeni əhəmiyyətinə görə ikincidir.

Ümumilikdə, ordenin 6 dərəcəsi var: “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni (cavaliere di gran croce decorato di gran cordone), “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni (cavaliere di gran croce), Böyük zabit (grande ufficiale), Komandor (commendatore), Zabit (ufficiale), Kavaler (cavaliere).

 

Ordenin rəhbəri İtaliya prezidentidir. O, Ordenin Kansleri və daha 16 nəfərin daxil olduğu Ordenin Şurasına rəhbərlik edir.

Böyük Xaç Kavaleri Ordeni 1951-ci ildə təsis olunub. Orden iqtisadiyyat, ictimai və humanitar fəaliyyət, xeyriyyəçilik, ədəbiyyat, incəsənət və digər sahələrdə xalq qarşısında mühüm xidmətlərə görə verilir.

İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni ilə dövlət və hökumət başçıları, dünya səviyyəli ictimai-siyasi xadimlər təltif olunublar. Onların arasında Çexiyanın birinci prezidenti Vatslav Havel, Almaniyanın keçmiş Kansleri Helmut Kol, Böyük Britaniya Kraliçası ll Yelizaveta, Fransanın sabiq prezidentləri Jiskar Desten, Fransua Mitteran və Jak Şirak, Belçikanın sabiq Kralı ll Albert, Türkiyənin 11-ci Prezidenti Abdullah Gül və digər görkəmli şəxslər var.

 


 
11 Aprel 2025 İlham Əliyevin Antalyada Əhməd Əl Şaraa ilə görüşü olub - FOTO - YENİLƏNİB
11 Aprel 2025 Antalyada keçirilən Diplomatiya Forumunda parlament diplomatiyasının rolu müzakirə olundu – Azərbaycan deputatları da iştirak etdi
11 Aprel 2025 Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib
11 Aprel 2025 İlham Əliyev Ersin Tatarla görüşdü - Fotolar
11 Aprel 2025 “Bu, Azərbaycanın sülh təşəbbüslərinin irəlilədilməsi baxımından mühüm hadisə olacaq”
11 Aprel 2025 Hərbçilərimiz Moskvada 9 May paradında iştirak edəcəklər
10 Aprel 2025 İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 Aprel 2025 Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib
10 Aprel 2025 Azərbaycan və İtaliya hava nəqliyyatı sahəsində əməkdaşlığı genişləndirir
10 Aprel 2025 Azərbaycan və İran nümayəndə heyətləri Araz dəhlizində görülən işlərlə tanış olacaqlar
10 Aprel 2025 “Bu şəxs, sadəcə, ruhi xəstə elan edildi” - İlham Əliyev
10 Aprel 2025 “Bizə müraciət edirlər ki, borca pul alsınlar” - Video
10 Aprel 2025 Prezident onu təItif etdi - Sərəncam
10 Aprel 2025 “Biz bu məhkəmənin qərarlarını tanımırıq” - Prezident
09 Aprel 2025 Prezident: Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik
09 Aprel 2025 “Ermənistanı belə bir fikrə gəldikdə, dərhal cəzalandırmağa hazır olmalıyıq”
09 Aprel 2025 “Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib”
09 Aprel 2025 “Trampın prezident seçilməsi onları ciddi məyus etdi”
09 Aprel 2025 “Sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir”
09 Aprel 2025 “Ermənistan özünü bunlardan məhrum etdi” - Yenilənib

Xəbər lenti