|
Yəhudi milli dövləti qanununun Knesset tərəfindən qəbul edilməsi İsrail məclisinin hüquq normalarını zədələyib.
Axar.az xəbər verir ki, bunu Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay bildirib.
Oqtay belə bir qanunun Türkiyə Cümhuriyyəti tərəfindən qəbuledilməz olduğunu söyləyib: "Qüds Fələstinin paytaxtıdır və paytaxtı olaraq da qalmağa davam edəcək".
Xatırladaq ki, İsrail parlamenti dövlətin yalnız yəhudilərə aid olması haqqında Konstitusiya qanununu qəbul edib.