Sovet hakimiyyəti illərində Xəzər sadəcə 2 ölkəyə - İran və SSRİ-yə məxsus idi.

Buna görə də iqtisadi, ekoloji və hüquqi sahədə bir çox məsələlərin tənzimlənməsi çətin olmurdu. Sovet imperiyasının süqutundan sonra bir sıra müstəqil dövlətlər yarandı və Xəzər hövzəsində 5 dövlət – Qazaxıstan, Türkmənistan, Azərbaycan, Rusiya və İran oldu. Belə olan halda Xəzərin hüquqi statusu ilə bağlı mübahisələr yarandı. Bu mübahisəni həll etmək, Xəzərin hüquqi statusunu müəyyən etmək üçün müzakirə və cəhdlər 25 ildən artıqdır davam edir.

Axar.az xəbər verir ki, bu sözləri TASS-a müsahibəsində Rusiya prezidentinin Xəzər ölkələri ilə əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov bəyan edib.

“Yalnız indi, bizim diplomat və XİN nümayəndələrimizin dedikləri kimi, biz bütün 5 ölkənin razılağa gələ biləcəyi məqama çatırıq. Buna görə də ənənəvi olaraq bütün Xəzər hövzəsi ölkələrinin dövlət başçılarının iştirak edəcəyi Astana sammitində Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın imzalanması tamamilə mümkün görünür. Bu konvensiya olmadan intensiv iqtisadi əməkdaşlıqdan danışmaq kifayət qədər çətindir”, - Abdulatipov bildirib.

Abdulatipovun sözlərinə görə, rus hökumətinin təqdim etdiyi təkliflər variantı artıq ölkə başçısı Vladimir Putinlə də razılaşdırılıb. Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar davam etdiyi bir vaxtda isə onsuz da çox böyük zərərə məruz qalmış Xəzərin ekoloji sistemi məhv olur:

“Xəzərin bir neçə istiqamət üzrə artıq fəlakətin sərhədində dayandığını söyləsək, şişirtmiş olmarıq. Bir neçə il əvvəl Xəzərin qorunmasına dair imzalanmış Tehran konvensiyası isə səmərəli fəaliyyət göstərmir”.

11 Aprel 2025 İlham Əliyevin Antalyada Əhməd Əl Şaraa ilə görüşü olub - FOTO - YENİLƏNİB
11 Aprel 2025 Antalyada keçirilən Diplomatiya Forumunda parlament diplomatiyasının rolu müzakirə olundu – Azərbaycan deputatları da iştirak etdi
11 Aprel 2025 Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib
11 Aprel 2025 İlham Əliyev Ersin Tatarla görüşdü - Fotolar
11 Aprel 2025 “Bu, Azərbaycanın sülh təşəbbüslərinin irəlilədilməsi baxımından mühüm hadisə olacaq”
11 Aprel 2025 Hərbçilərimiz Moskvada 9 May paradında iştirak edəcəklər
10 Aprel 2025 İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 Aprel 2025 Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib
10 Aprel 2025 Azərbaycan və İtaliya hava nəqliyyatı sahəsində əməkdaşlığı genişləndirir
10 Aprel 2025 Azərbaycan və İran nümayəndə heyətləri Araz dəhlizində görülən işlərlə tanış olacaqlar
10 Aprel 2025 “Bu şəxs, sadəcə, ruhi xəstə elan edildi” - İlham Əliyev
10 Aprel 2025 “Bizə müraciət edirlər ki, borca pul alsınlar” - Video
10 Aprel 2025 Prezident onu təItif etdi - Sərəncam
10 Aprel 2025 “Biz bu məhkəmənin qərarlarını tanımırıq” - Prezident
09 Aprel 2025 Prezident: Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik
09 Aprel 2025 “Ermənistanı belə bir fikrə gəldikdə, dərhal cəzalandırmağa hazır olmalıyıq”
09 Aprel 2025 “Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib”
09 Aprel 2025 “Trampın prezident seçilməsi onları ciddi məyus etdi”
09 Aprel 2025 “Sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir”
09 Aprel 2025 “Ermənistan özünü bunlardan məhrum etdi” - Yenilənib

Xəbər lenti