Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.

İcra Hakimiyyətindən BAKU.WS-in bölgə müxbirinə verilən məlumatda bildirilib ki, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən, Möhsümov Babək Zaməddin oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilib.

1993-cü ildə anadan olan B.Möhsümov Gəncə Dövlət Universitetini bitirib, Aprel döyüşlərinin iştirakçısıdır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin müvafiq qərarı ilə “İcbari tibbi sığorta çərçivəsində tibbi xidmət(lər)in göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası” təsdiq edilib.

Qayda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə, o cümlədən özəl tibb fəaliyyəti ilə məşğul olan tibb müəssisələrinə tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi şərtlərini müəyyən edir.

Göndəriş vərəqəsi tibb müəssisəsində sığortaolunana tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadığı təqdirdə, həmin tibb müəssisəsinin bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə verdiyi yazılı göstərişdir.

Göndəriş vərəqəsi Agentlik ilə tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış tibb müəssisələrinə (dövlət və ya özəl tibb müəssisələri) verilə bilər.

Qaydaya əsasən tibbi göstəriş olduğu hallarda vətəndaşa göndəriş vərəqəsinin iki növü verilə bilər:

  • dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması üçün verilən göndəriş vərəqəsi
  • stasionar tibbi xidmətin göstərilməsi üçün verilən göndəriş vərəqəsi.

Dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması üçün dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi ilkin səhiyyə xidməti (ailə həkimi, sahə-terapevti, sahə pediatrı) tərəfindən verilir.

Dar ixtisaslı həkim də öz növbəsində tibbi göstəriş olduğu hallarda, digər dar ixtisaslı həkim müayinəsinə və yardımçı-diaqnostik müayinələrin aparılması üçün sığortaolunana göndəriş vərəqəsi verə bilər. Vərəqəyə ambulator kitabçadan çıxarış, aparılmış müayinələrin nəticələri, zəruri hallarda digər tibbi sənədlər əlavə olunur.

Stasionar tibbi xidmətin göstərilməsi üçün dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi ilkin səhiyyə xidməti və dar ixtisaslı həkim tərəfindən verilir. Stasionar tibbi xidmətlərin göstərilməsi dövlət tibb müəssisələrində mümkün olmadığı təqdirsə isə Qaydanın müvafiq bəndlərinin tələblərinə uyğun olaraq özəl tibb müəssisəsinə göndəriş vərəqəsi verilir.

Sığortaolunan göndəriş verilən tibb müəssisəsinin qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi və ona təqdim edilən göndəriş vərəqəsi ilə birlikdə müraciət etməlidir. Göndəriş vərəqəsinin etibarlılıq müddəti 10 gündür.

Göndəriş vərəqəsinin verilməsi Qaydası ilə daha ətraflı 

 

buradan

 tanış ola bilərsiniz.

Bakıda iki avtobusun hərəkət sxemi müvəqqəti olaraq dəyişir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildiriblər.

Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edildilib.

Bu səbəbdən 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ yolla təşkil edilib.

 

 

 
 
 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva müvafiq beynəlxalq təşkilatlara 27 sentyabr 2020-ci il tarixindən başlayan hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları, həmçinin 2014-cü ildən Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslərlə rəftara dair hesabat ünvanlayıb.

Ombudsman Aparatından  verilən məlumata görə, məlum olduğu kimi, Ermənistan və Azərbaycan arasında dekabrın 14-dən başlayaraq hərbi əsir, eyni zamanda girovların dəyişdirilməsi prosesi başlanıb. Ombudsman Səbinə Əliyevanın geri qaytarılan hərbi əsir və girovlarımıza baş çəkərkən apardığı fərdi söhbətlər zamanı onlar Ermənistanda məruz qaldıqları işgəncə və qeyri-insani rəftar halları barədə məlumat veriblər. Hesabatın hazırlanması zamanı həmin əsir və girovların ifadələri, sosial şəbəkələrdə yayılmış materiallar və əldə edilmiş digər faktlardan istifadə edilib.

Hesabatda Ermənistan tərəfindən əsirlik və girovluqda saxlandıqları müddət ərzində azərbaycanlılara qarşı işgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar halları sübutlarla təqdim olunub.

Eyni zamanda, Azərbaycanda saxlanılan erməni hərbi əsirlərə qarşı münasibət və onların hüquqlarının təmini vəziyyətinin Azərbaycan Ombudsmanı tərəfindən monitorinq edildiyi də diqqətə çatdırılıb.

Yekunda Ermənistan hərbi-siyasi rəhbərliyinin beynəlxalq humanitar hüquq normaları, xüsusən Cenevrə Konvensiyalarının müddəalarını kobud şəkildə pozmaqla törətdiyi cinayətlərlə bağlı müvafiq beynəlxalq qurumlara çağırış edilib və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması tələb olunub.

Qeyd olunmalıdır ki, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistanın Azərbaycanda mülki əhali və obyektləri hədəfə alan hücumları ilə bağlı Azərbaycan Ombudsmanı tərəfindən beynəlxalq təşkilatlara ümumilikdə 8 hesabat, 8 bəyanat və videomüraciətlər də daxil olmaqla 14 müraciət ünvanlanıb.

Məlumdur ki, koronavirusa yoluxmuş bir çox insanlarda dad və iybilmə duyğusu itir.
 
Qaynarinfo xəbər verir ki, "Sputnik” radiosuna müsahibəsində Rusiyanın tanınmış nevroloqu, neyrofizioloqu Aleksandr Budik iybilmə və dadbilmə hisslərinin qısa zamanda bərpası üsullarından danışıb.
 
Onun sözlərinə görə, COVID-19-a yoluxma zamanı dad və iybilmə hisslərinin itməsi problemlərinin yaranma səbəbləri hələ tam müəyyənləşdirilməyib. Güman olunur ki, yoluxma zamanı ağız suyunun tərkibi pozulur, buna görə dadverici maddələr daha sürətli dağılaraq dadverici reseptorlara çata bilmir. Başqa nəzəriyyəyə görə, reseptorlar özləri zədələnir, təkcə dad yox, həm də iybilmə hissi itir.
 
Həkimin sözlərinə görə, yoluxma zamanı maddələri qəbul edən həssas hüceyrələr və ya sinirlər, keçiricilər zədələnir.
 
Adətən koronavirusa yoluxanlarda xəstəliyin lap əvvəlində qoxubilmə və dadbilmə hissləri itir, amma iki həftə sonra hər şey bərpa olunur. Ancaq bəzi insanların hətta sağalmadan aylar sonra da bu pozuntulardan əziyyət çəkməsi hallarına tez-tez rast gəlinir.
 
Aleksandr Budik iybilmə və dadbilmə hisslərini geri qaytarmaq üçün xüsusi təlimi məsləhət görür. Onun sözlərinə görə, hər gün bir neçə dəfə 20 saniyə ərzində müxtəlif qoxuları qəbul etmək lazımdır. Bunlar güclü ətirlər olmalıdır. Qərənfilin, sarımsağın, darçının iylənilməsi lazımi orqanları fəal işləməyə məcbur edəcək.
 
"Orqanizm diqqəti işə fəal cəlb olunan orqana yönəltməyə başlayır və bütün resurslar həmin orqanın işini daha sürətlə bərpa etməsinə yönəlir. Əlavə terapiya kimi buruna A vitamini məhlulunu damcılatmaq, bir həftə ərzində "Omeqa-3”dən istifadə etmək olar", - deyə Budik tövsiyə edib.

Bu həll ölkəmizin istənilən yerindən namizədlərin iş elanlarına evdən çıxmadan müraciətinə və növbəti mərhələlərdə onlayn rejimdə iştirakına geniş imkanlar yaradır

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) işə qəbul prosesini tamamilə məsafədən rejimə keçirib. Namizədlər arasında aparılan müsabiqənin hər üç mərhələsi – ilkin seçim, testləşdirmə və müsahibə – məsafədən həyata keçirilir.

ADY-də işə qəbul prosesinin daha da şəffaflaşdırılması və optimallaşdırılması, namizədlərin daha rahat şəkildə vakansiyalara müraciət etməsi və müsabiqədə iştirak etməsi məqsədilə şəxsi kabinet, minlərlə test sualından ibarət baza və stasionar elektron test mərkəzi, daha sonra isə mobil elektron test sistemi istifadəyə verilib. Bu stasionar test mərkəzi və mobil test sistemi sayəsində Bakı və ətraf bölgələrlə yanaşı ölkəmizin digər ərazilərində yaşayan vətəndaşlar da paytaxta gəlmədən işə qəbul müsabiqəsinin test mərhələsində iştirak edə bilirlər. Bu mərhələni uğurla keçən namizədlər müsahibələrdə də onlayn şəkildə iştirak edə bilirlər.

ADY-nin rəsmi saytının “Karyera” bölməsində (career.ady.az) işə qəbul prosesi haqqında bütün məlumatları əldə etmək, cari vakansiyalarla tanış olmaq və onlara müraciət edib müsabiqədə iştirak etmək mümkündür.

ADY-nin İnsan resursları idarəsinin rəisi Tural Məmmədov məsələni şərh edərək qeyd etdi: “Azərbaycan Dəmir Yolları” QSC-nin digər sahələrində olduğu kimi insan resursları idarəçiliyi sahəsində də davamlı islahatlar aparılır. İnsan resursları idarəsi ADY-nin digər strukturları kimi karantin dövründə öz fəaliyyətini mövcud vəziyyətin tələblərinə uyğunlaşdırmaqla məsafədən işləmə rejiminə üstünlük verərək, daxili işlərlə yanaşı namizədlərlə və işçilərlə olan əlaqələri də elektron və onlayn qaydada tənzimləməkdədir. ADY-də işə qəbul prosesi ilə yanaşı digər insan resursları idarəçiliyi funksiyalarının da onlayn tətbiqinə başlanılmış və uğurla davam etdirilməkdədir. Məsələn, işçilərin sahə üzrə biliklərinin qiymətləndirilməsi, təlimlərin təşkili prosesləri də onlayn şəkildə icra edilməkdədir”.

İşə qəbul sahəsində başlıca məqsəd gələcək karyerasını “Azərbaycan Dəmir Yolları” QSC-də qurmaq istəyən namizədlərə bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bərabər şərait yaratmaq, müsabiqələrdə şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir. ADY vətəndaşların Cəmiyyətin əməkdaşı olmaq arzusunu yüksək qiymətləndirir və bu yolda onlara uğurlar arzu edir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərdiklərinə görə təltif olunan hərbi qulluqçular arasında “Azərbaycan Dəmir Yolları” QSC-nin 57 əməkdaşı var. Təltif edilən dəmiryolçuların siyahısı aşağıda təqdim olunub.

Şəhid Aqil Bağırov

İnfrastruktur departamenti,
 7 nömrəli Ağstafa yol sahəsi,
yol montyoru

 - "Vətən uğrunda",
- "Döyüşdə fərqlənməyə görə",
- "Füzulinin azad olunmasına görə" (ölümündən sonra)

Şəhid Asif Qocayev

Mühafizə departamenti,
Yüklərin və obyektlərin
mühafizə şöbəsi,
atıcı

 - "Vətən uğrunda",
 - "Cəsur döyüşçü",
- "Şuşanın azad olunmasına görə" (ölümündən sonra)

Şəhid İlqar Vəliyev

İnfrastruktur departamenti,
10 nömrəli İxtisaslaşdırılmış Dəmir yolu Müəssisəsi,
sahə rəisi

 - "Vətən uğrunda",
- "Cəbrayılın azad olunmasına görə" (ölümündən sonra)

Şəhid Vüqar Məmmədov

İnfrastruktur departamenti,
"Əsaslı təmir" MMC,
 gözətçi

 - "Vətən uğrunda",
 - "Füzulinin azad olunmasına görə" (ölümündən sonra)

Elşad Hacıyev

Yük daşımaları departamenti,
Qərb vaqon deposu,
böyük vaqon baxıcısı təmirçisi

 - "Xocavəndin azad olunmasına görə",
 - "Füzulinin azad olunmasına görə",
  -"Kəlbəcərin azad olunmasına görə",
- "Hərbi xidmətlərə görə"

Rəşad Sahibov

"Dəmiryolservis" MMC,
1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi, yol montyoru

 - "Cəbrayılın azad olunmasına görə",
 - "Xocavəndin azad olunmasına görə", 
 - "Füzulinin azad olunmasına görə",
 - "Qubadlının azad olunmasına görə"

Həbib Cabbarov

Mühafizə departamenti, Yüklərin və obyektlərin mühafizə şöbəsi,
atıcı

 - "Cəsur döyüşçü",
- "Xocavəndin azad olunmasına görə",
 - "Füzulinin azad olunmasına görə"

Rəşad Bədəlzadə

İnfrastruktur departamenti,
 Sinifdən kənar Biləcəri stansiyası,
 işarəverən

 - "Cəbrayılın azad olunmasına görə",
  - "Füzulinin azad olunmasına görə",
- "Qubadlının azad olunmasına görə"

Elsevər Quliyev

İnfrastruktur departamenti,
7 nömrəli Ağstafa yol sahəsi,
keçid növbətçisi

 - "Cəbrayılın azad olunmasına görə",
 - "Qubadlının azad olunmasına görə",
 - Laçının azad olunmasına görə

Malid Qənbərov

İnfrastruktur departamenti,
12 nömrəli Salyan yol sahəsi,
keçid növbətçisi

  - "Xocavəndin azad olunmasına görə",
- "Füzulinin azad olunmasına görə",
- "Şuşanın azad olunmasına görə"

Cəbrayıl Ağayev

İnfrastruktur departamenti,
6 nömrəli Gəncə yol sahəsi,
yol montyoru

 - "Cəbrayılın azad olunmasına görə",
- "Qubadlının azad olunmasına görə",
- "Hərbi xidmətlərə görə"

Xəlil Yusubov

Yük daşımaları departamenti,
Yük və kommersiya xidməti,
böyük yük və baqaj qəbul- təhvilçisi

 - "Cəbrayılın azad olunmasına görə",
- "Qubadlının azad olunmasına görə",
- "Laçının azad olunmasına görə"

Tural Bayramov

Mühafizə departamenti,
 Yüklərin və obyektlərin mühafizə şöbəsi,
atıcı

 - "Cəbrayılın azad olunmasına görə",
- "Qubadlının azad olunmasına görə",
 -"Kəlbəcərin azad olunmasına görə"

Elcan Məmmədov

Mühafizə departamenti,
Yüklərin və obyektlərin mühafizə şöbəsi,
 atıcı

 - "Cəbrayılın azad olunmasına görə",
- "Qubadlının azad olunmasına görə",
 - "Laçının azad olunmasına görə"

Samir Xələfov

Texniki xidmət və istismar departamenti, Gəncə istismar sahəsi,
santexnik

  - "Xocavəndin azad olunmasına görə",
- "Füzulinin azad olunmasına görə",
 - "Kəlbəcərin azad olunmasına görə"

Sərxan Əliyev

Həkim-Sanitar Xidməti,
 tibb qardaşı

 - "Xocavəndin azad olunmasına görə",
 - "Füzulinin azad olunmasına görə",
- "Şuşanın azad olunmasına görə"

Aydın Quliyev

İnfrastruktur departamenti, 
Qərb istiqaməti sahəsi,
stansiya növbətçisi

 - "Cəsur döyüşçü",
 - "Xocavəndin azad olunmasına görə"

Elnur Məmmədov

"11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC,
Kürəkçay istehsalat sahəsi,
yol montyoru

 - "Cəsur döyüşçü",
- "Kəlbəcərin azad olunmasına görə"

Elnur Qarayev

Yük daşımaları departamenti,
Yük və kommersiya xidməti,
 yük xəzinədarı

 - "Döyüşdə fərqlənməyə görə",
- "Şuşanın azad olunmasına görə"

Əhməd Keçəlov

Yük daşımaları departamenti,
Qərb vaqon deposu,
vaqon baxıcısı təmirçisi

 - "Döyüşdə fərqlənməyə görə",
- "Şuşanın azad olunmasına görə"

Nicat İlyasov

İnfrastruktur departamenti,
4 nömrəli Gəncə elektrik təchizatı sahəsi,
elektrik mexaniki

 - "Cəbrayılın azad olunmasına görə",
 - "Qubadlının azad olunmasına görə"

Ruslan Məlikov

İnfrastruktur departamenti,
4 nömrəli Hacıqabul işarəvermə və rabitə sahəsi,
 elektrik mexaniki

 - "Füzulinin azad olunmasına görə",
  - "Qubadlının azad olunmasına görə"

Elgün Şahbazov

İnfrastruktur departamenti,
6 nömrəli Salyan işarəvermə vərabitə sahəsi,
avtomobil sürücüsü

 - "Xocavəndin azad olunmasına görə",
  - "Qubadlının azad olunmasına görə"

Rəşad Soltanov

İnfrastruktur departamenti,
 5 nömrəli Kürdəmir yol sahəsi,
keçid növbətçisi

 - "Xocavəndin azad olunmasına görə",
- "Füzulinin azad olunmasına görə"

Calal Möhsümzadə

İnfrastruktur departamenti,
12 nömrəli Salyan yol sahəsi,
keçid növbətçisi

 - "Xocavəndin azad olunmasına görə",
- "Füzulinin azad olunmasına görə"

Əli Mərdanov

İnfrastruktur departamenti,
14 nömrəli H.Z.Tağıyev yol sahəsi,
keçid növbətçisi

 - "Xocavəndin azad olunmasına görə",
- "Füzulinin azad olunmasına görə"

Novruz Məmmədov

İnfrastruktur departamenti,
9 nömrəli Yevlax işarəvermə və rabitə sahəsi,
elektrik mexaniki

 - "Füzulinin azad olunmasına görə",
 - "Xocavəndin azad olunmasına görə"

Əzim Xudaverdiyev

İnfrastruktur departamenti,
Motorlu-rels nəqliyyatı, Maşın və mexanizmlərin təmiri Yol emalatxanası,
motovoz maşinistinin köməkçisi

 - "Füzulinin azad olunmasına görə",
- "Xocavəndin azad olunmasına görə"

Binyamin Rəfiyev

Yük daşımaları departamenti,
  II qrup İmişli lokomotiv deposu,
 dizel və köməkçi avadanlıqların təmiri üzrə çilingər

 - "Cəbrayılın azad olunmasına görə",
- "Qubadlının azad olunmasına görə"

Səfər Həziyev

Sərnişin daşımaları departamenti,
Bakı lokomotiv deposu,
usta

  - "Cəbrayılın azad olunmasına görə",
- "Füzulinin azad olunmasına görə"

Qasım Bayramlı

Mühafizə departamenti,
Yüklərin və obyektlərin
mühafizə şöbəsi,
atıcı

 - "Füzulinin azad olunmasına görə",
 - "Qubadlının azad olunmasına görə"

Ramil Adgözəlov

İnfrastruktur departamenti,
Fövqəladə hallar qatarı idarəsi,
 akkumulyatorçu

 - "Cəsur döyüşçü"

Aslan Seydaliyev

İnfrastruktur departamenti,
 1 nömrəli Tağıyev işarəvermə və rabitə sahəsi,
elektrik mexaniki

 - "Suqovuşanın azad olunmasına görə"

Rəşad Əmiraslanov

İnfrastruktur departamenti,
2 nömrəli Biləcəri yol sahəsi,
 motovoz maşinist köməkçisi

 - "Suqovuşanın azad olunmasına görə"

Orxan Məmmədov

Mühafizə departamenti,
Yüklərin və obyektlərin mühafizə şöbəsi, atıcı

 - "Suqovuşanın azad olunmasına görə"

Əli Hüseynov

İnfrastruktur departamenti,
Sinifdən kənar Biləcəri stansiyası,
elektrik mərkəzləşməsi üzrə stansiya növbətçisi

 - "Xocavəndin azad olunmasına görə"

İlqar Qarayev

İnfrastruktur departamenti, 
Qərb istiqaməti sahəsi,
operator

 - "Füzulinin azad olunmasına görə"

Ramil Qurbanov

Yük daşımaları departamenti,
Yük və kommersiya xidməti,
yük və baqaj qəbul-təhvilçisi

 - "Füzulinin azad olunmasına görə"

Vüsal Bəybalabəyli

Yük daşımaları departamenti,
 I qrup Biləcəri lokomotiv deposu,
 teplovoz maşinisti

 - "Füzulinin azad olunmasına görə"

Kamran Məmmədov

Yük daşımaları departamenti,
 I qrup Biləcəri lokomotiv deposu,
 yanacaq aparatlarının təmiri üzrə çilingər

 - "Füzulinin azad olunmasına görə"

Rəhman Fətullayev

Texniki xidmət və istismar departamenti, İmişli anbarı, gözətçi

 - "Füzulinin azad olunmasına görə"

Əli Quliyev

"Dəmiryolservis" MMC,
1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi,
gözətçi

 - "Füzulinin azad olunmasına görə"

Nizami Qoçəliyev

İnfrastruktur departamenti,
16 nömrəli Hacıqabul yol sahəsi,
yol montyoru

 - "Qubadlının azad olunmasına görə"

Seymur Qasımov

Yük daşımaları departamenti,
Qərb vaqon deposu,
hərəkət heyətinin təmiri  üzrə çilingər

 - "Qubadlının azad olunmasına görə"

Ayxan Abbasov

İnfrastruktur departamenti,
Qərb istiqaməti sahəsi,
post növbətçisi

 - "Şuşanın azad olunmasına görə"

Mais Abbasov

İnfrastruktur departamenti,
7 nömrəli Ağstafa yol sahəsi,
keçid növbətçisi

 - "Şuşanın azad olunmasına görə"

Niyaməddin Heydanov

Sərnişin daşımaları departamenti,
Bakı sərnişin stansiyası,
vaqon hərəkət sürətinin tənzimləyicisi

 - "Şuşanın azad olunmasına görə"

Elbrus Şahməmmədov

Mühafizə departamenti,
Yüklərin və obyektlərin mühafizə şöbəsi, atıcı

 - "Şuşanın azad olunmasına görə"

Ramil Hüseynov

İnfrastruktur departamenti,
12 nömrəli Salyan yol sahəsi,
operator köməkçisi

 - "Kəlbəcərin azad olunmasına görə"

Fuad Nuriyev

İnfrastruktur departamenti, 
Qərb istiqaməti sahəsi,
operator

 - "Kəlbəcərin azad olunmasına görə"

Asif Ağazadə

Yük daşımaları departamenti,
Yük və kommersiya xidməti,
yük xəzinədarı

 - "Kəlbəcərin azad olunmasına görə"

Fərzəli Cəlilov

Mühafizə departamenti,
 Yüklərin və obyektlərin mühafizə şöbəsi, atıcı

 - "Kəlbəcərin azad olunmasına görə"

Murad İbrahimov

İnfrastruktur departamenti, 
Qərb istiqaməti sahəsi,
post növbətçisi

 - "Ağdamın azad olunmasına görə"

Süleyman Hacıyev

İnfrastruktur departamenti, 
Qərb istiqaməti sahəsi,
operator

 - "Laçının azad olunmasına görə"

Məhəmməd Rəhimov

İnfrastruktur departamenti,
4 nömrəli Gəncə elektrik təchizatı sahəsi, drezin sürücüsü

 - "Laçının azad olunmasına görə"

Zabil Yaqubov

Mühafizə departamenti,
Yüklərin və obyektlərin
mühafizə şöbəsi,
böyük atıcı

 - "Laçının azad olunmasına görə"

Seymur Bədirov

Mühafizə departamenti,
Yüklərin və obyektlərin mühafizə şöbəsi, atıcı

 - "Laçının azad olunmasına görə"



Bu gündən Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində bərbərxanaların, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərə tətbiq edilən qadağa aradan qaldırılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərara əsasən, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərpa olunub.

O cümlədən, bu gündən bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət də bərpa edilib.

Bu gündən ölkədə şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.

Bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində  şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.

Bununla belə, xüsusi karantin rejiminin müddətində - 2021-ci il aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qərarı qüvvədə qalır.

Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində muzey və sərgi zallarının fəaliyyətinə tətbiq edilən qadağa bu gündən aradan qaldırılıb.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Qərara əsasən, muzey və sərgi zallarının fəaliyyəti 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərpa olunub.

Xəbər lenti